Abşeronda balıqçılar suitiləri niyə öldürür?
Dünya23 oktyabr 2021 21:41
Xəzərin Abşeron sahillərində bir neçə gün ərzində Qırmızı Kitaba daxil edilən 16 suiti cəsədi aşkarlanıb. Bu barədə eko-fəallar sosial şəbəkələrdə məlumat və görüntüləri yayıblar. Xəzər suitilərinin çoxsaylı ölümünün balıq ovu fəaliyyətinin nəticəsi olduğu güman edilir. Təxminlərə görə suitilər sintetik torlara və qarmaqlara keçərək ölürlər. Buna balıqçılıqda "by-catch” deyilir və nəsli kəsilmək üzrə olan dəniz canlılarının mühafizəsində ən çətin məsələlərdən biridir.
"Mərdəkan, Şüvəlan, Buzovna, Bilgəh və Nardaran sahillərində monitorinqlər keçirdik, cəmi 12 kilometrlik məsafədə 16 Xəzər suitisi leşi aşkarlandı. Bir neçə suitinin bədənində qarmaq və kəndirlərin izi tapıldı, suitilərin bütün sahil boyunca ancaq tor qurulan çimərliklərdə və kompakt şəkildə tapılması onların balıqçılar tərəfindən öldürüldüyünü söyləməyə əsas verir. Torlar və nərəkimilərin tutulması üçün dənizin dibinə düzülmüş qarmaqlardan balıqlar çıxarılarkən, ölmüş suitilər lazımsız məhsul kimi dənizə atılır, sonra dalğalar onları vurub sahilə çıxarır. Cəsədlərə quşların və heyvanların demək olar ki, toxunmaması onların cəsədlərinin sahilə çıxmasından xeyli əvvəl öldüklərini deməyə əsas verir”,-həmin məlumatda deyilirdi.
Qeyd edək ki, Xəzər suitisi Xəzərin yeganə məməli heyvanıdır və dünyada ən kiçik suiti növüdür. 2008-ci ildən Beynəlxalq Təbiəti Qoruma Birliyi (İUCN) bu heyvanların yox olma təhlükəsi daşıyan canlı statusu ilə beynəlxalq mühafizə altına alınmasına qərar verib və Azərbaycanın Qırmızı Kitabına daxil edilib. Eko-aktivistlər problemin ciddiliyini nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyini qanunsuz balıq ovu alətləri və təcrübələri ilə mübarizəni gücləndirməyə, xüsusilə suitilərin miqrasiyası aylarında bu məsələyə diqqət ayırmağa çağırıblar.
AMEA-nın Zoologiya İnstitutunun aparıcı elmi işçisi Süleyman Süleymanov virtualaz.org-a bildirib ki, monitorinq və araşdırmalar hazırda Xəzərin ekosisteminin çox bərbad vəziyyətdə olduğunu sübut edir.
"Bir həftə əvvəl Xəzərin Pirşağı çimərliyində monitorinq apardıq və 10 suiti cəsədi ilə rastlaşdıq. Biz həmin ərazilərdə suitilərə balıqçılar tərəfindən zərər vurulduğunu müşahidə etdik. Suitilər həqiqətən balıqçıların toruna düşüb”,-S.Süleymanov deyib.
Suitilər dənizin açıq hissəsində balıqlarla qidalanırlar. Mütəxəssisin sözlərinə görə, suitilər tora düşmüş balıqlardan daha çox istifadə edirlər və nəticədə özləri də tora düşürlər. Amma balıqçılar suitilərə qarşı aqressiv davranırlar: "Ölmüş suitilərin bədəninin bir neçə yerində kəsici alətlərlə edilmiş dəliklər müşahidə etdik. Yəni balıqçılar heyvanları yaralayırlar, ölən ölür, ölməyən də qan itirə-itirə sahilə çıxır. Onların bəziləri yaxın vaxtlarda məhv olmuşdu”.
S.Süleymanov qeyd edib ki, balıqçılar icazə alıb balıq ovu ilə məşğul olurlar. Amma bu onlara Qırmızı Kitaba düşmüş suitiləri öldürmək, yaralamaq haqqı vermir: "Deyirlər ki, tədbir görüləcək, amma yenə də eyni vəziyyətlə qarşılaşırıq. Ay yarım-iki ay əvvəl Pirşağıda da suiti cəsədlərinə rast gəlmişdik”.
İnstitut əməkdaşı deyir ki, suitilər get-gedə azalır, demək olar ki, onların ehtiyatının 50-80 faizi tükənib.
"Təxminən 2 ay əvvəl Xəzərdə hərtərəfli tədqiqat apardıq. Dənizin orta və cənub ərazilərində müşahidələr zamanı cəmi 6 suitiyə rast gəldik, deməli, suitilər artıq tükənir. Suitilərin çoxalma səbəblərinin ortadan qalxması, Xəzərdə normadan artıq ov alətləri, qurma torların olması buna təsir edir. İndiki torlar sintetik materiallardan (jilka) hazırlanır, suiti tora düşəndə oradan çıxa bilmir. Bir az çırpınandan sonra bədəni zədələnir. Buna görə də bu cür torların ölkəyə gətirilməsinin qarşısını almaq lazımdır. Hətta nərə cinsli balıqların körpələri də o tora düşür, azad ola bilmir. Bu alət balıqları qəddarcasına məhv edir”,-S. Süleymanov deyib.
Mütəxəssis qeyd edib ki, son bir ayda aparılan müşahidələr Xəzərin ekosisteminin bərbad vəziyyətdə olduğunu söyləməyə əsas verir. Dəniz sahildən 400-500 metr çəkilib, səviyyəsi 1,5-1,7 metr aşağı düşüb. Bu o deməkdir ki, Xəzərdə keçici və yarımkeçici balıqların həyatına son qoyulur. Yarımkeçirici balıqlar Xəzərin sahillərində kürü tökürlər. Su çəkiləndən sonra bitkilər sahildə qalıb quruyur. "Yəni keçici və yarımkeçici balıqların vəziyyəti çox çətindir, onların kürü tökmə yeri yoxdur”,-həmsöhbətimiz bildirib.
O deyir ki, iki həftə ərzində dənizdə araşdırma aparıblar, cəmi iki yerdə - Lənkəranda 10 metr dərinlikdə, Giləzi ərazisində 25 metr dərinlikdə tilova balıq düşüb: "2000-ci ildə elmi tədqiqat aparan zaman tilova 52 nərə cinsli balıq düşmüşdü. Bu il bir balıq düşdü, onun da uzunluğu 47 santimetr idi. (Elmi tədqiqat və ya araşdırma üçün tutulan Qırmızı Kitaba düşmüş balıq növü yenidən dənizə qaytarılır). Bu o deməkdir ki, balıq yoxdur. Gələn ayın əvvəlində yenə dənizə çıxacağıq ki, qış fəslində vəziyyətin necə olduğunu müşahidə edək”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova isə bildirib ki, suiti cəsədlərinin aşkarlandığı ərazilərdə monitorinqlər keçirilib. Cəsədlərin üzərində xəsarət izləri, brokonyer torları, kəsici alətlərin yeri görünüb. Lakin suiti ölümlərini yalnız balıqçılıqla əlaqələndirmək doğru deyil. Çünki suitilər ilin bu dövründə şimal sahillərinə, Rusiya, Qazaxıstana miqrasiya eləməyə başlayır, yazda geri qayıdırlar. Miqrasiya edən zaman yaşlı fərdlər məhv ola bilir.
"Suitilərin balıqçı torlarına ilişməsi faktlarını müəyyən etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən daimi reydlər keçirilir. Son dövrlərdə reydlər intensivləşdirilib. Ötən həftə Abşeron sahillərində reydlərə başlanılıb və balıqçılara məlumatlar verilib, Reydlərin Xəzərin digər ərazilərində də həyata keçirilməsi planlaşdırılır”, -A.Səmədova deyib.
Onun sözlərinə görə, təkcə suitilər deyil, digər heyvanların ovlaması və ya heyvanlara zərər vurulması ilə bağlı qanunazidd faktlar aşkarlandığı halda cərimələr tətbiq olunur.
Cərimələr isə göründüyü kimi, Azərbaycanda, o cümlədən Xəzərdə ekosistemə ağır zərərin vurulmasının qarşısını ala bilmir...
Oxşar xəbərlər
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
- Azərbaycanlı ictimai fəalı Türkiyədə kim döy(dür)üb?-Zərəçəkən bəzi məmurlardan şübhələnir-Video
22 mart 2024 20:55
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
- ...AZƏRBAYCAN DEYİLƏNDƏ ayağa dur ki
22 mart 2024 10:38
- Day-dayım olsaydı, qısa zamanda … - Aysel Əlizadə
21 mart 2024 22:16
- Dəli Kür-də senzuradan keçməyən son səhnə: Cahandar ağanı kim öldürür? - Video
21 mart 2024 12:54
- Türkiyə iqtisadiyyatı Almaniya və Yaponiyanı da arxada qoyacaq
20 mart 2024 18:57
- Türk xalqlarında Novruz adətləri
20 mart 2024 17:53
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya