Biz onların da gələcəyinin TƏMİNATÇISIYIQ - Vaqif Abdullayev
Maraqlı13 oktyabr 2021 11:00
Prezident İlham Əliyev hər zaman erməni xalqının faşist Köçəryan-Sarkisyan rejiminin, terrorizm ideologiyasının qurbanına çevrildiyini və rejimin məntiqsiz siyasəti nəticəsində əziyyət çəkdiklərini bildirib. Hələ Vətən müharibəsindən əvvəl də, 44 günlük müharibə zamanı da erməni analarına müraciət edərək övladlarını mənasız yerə ölümə göndərməməyə çağırırdı. O, “Bizim mübarizəmiz erməni xalqı ilə deyil. Bizim mübarizəmiz haqq mübarizəsidir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, bunu edirik. Azərbaycan heç vaxt mülki əhaliyə, yəni, mülki şəxslərə qarşı müharibə etməyib. Azərbaycanda minlərlə erməni yaşayır və onlar bizim vətəndaşlarımızdır. O cümlədən bu gün Qarabağda yaşayan ermənilər də bizim vətəndaşlarımızdır” deməklə terrorçu rejimin əsarətindən qurtarmağa, öz iradələri ilə dinc və əmin-amanlıq şəraitində yaşamağa dəvət edirdi.
Müharibə zamanı döyüşməkdən imtina edən, Azərbaycana məxsus torpaqlar üçün ölmək istəməyən 10 mindən çox erməni əsgəri bu əməlləri ilə göstərdilər ki, onlar terrorçu hakimiyyətin qurbanına çevrilmək istəmirlər. Müharibə zamanı Qarabağdakı Azərbaycan vətəndaşı olan ermənilər də sülh üçün çarpışır, müharibənin tez bitməsini istıəyir, beynəlxalq təşkilatlara müraciət edərək savaşın dayandırılmasını istəyirdilər. Onlar həmin vaxt İrəvanın saxta vədlərinə də inanmayaraq Azərbaycanın qələbə qazanacağına və mənasız müharibə aparılmasına müxtəlif yollarla etirazlarını da bildirirdilər.
Bu gün də erməni cəmiyyətinin müxtəlif dairələri, ekspertlər və hərbçilərin özü Azərbaycanın öz torpaqları uğrunda can qoymasından bəhs edir, müharibədə Türkiyə hərbçilərinin iştirak etməsi barədə fikirləri inkar edirlər. Onlar bildirirlər ki, Ermənistana qarşı müharibə aparaın Türkiyə yox, Azərbaycanlı əsgərlər və zabitlər olub. Qondarma rejimin “Müdafiə Nazirliyi”nin keçmiş mətbuat katibi Senyor Asatryan etiraf edir ki, müharibənin yenidən başlanmasını istəyənlər erməni xalqını yeni fəlakətə sürükləyə bilərlər, çünki Azərbaycan Ordusu çox güclüdür və istənilən halda uduzan ermənilər olacaq. Erməni politoloq Armen Baqdasaryan da belə qənaətdədir ki, Azərbaycan Qarabağı öz gücü ilə azad edib və status məsələsi birdəfəlik bağlanıb. Bu reallığı dəyişdirməyə kənar qüvvələr qadir deyil. Çünki bütün prosesləri və vəziyyəti Azərbaycan müəyyən edir.
Göründüyü kimi erməni erməni cəmiyyəti öz səhvlərini anlayaraq sülhün tərəfindədirlər. Cənab Ali Baş Komandan İlham Əliyevin dediyi kimi sadə erməni xaqlı müharibə istəmir, onlar Paşinyanın məğlub dövlət başçısı olmasına baxmayaraq revanşizmi təşviq edən, insanları yenidən müharibəyə çağıran qatil Sarkisyanın çağırışlarına qarşıdırlar, Serjikə nifrət o qədər güclüdür ki, növbədənkənar seçkilərdə xalq ondan üz döndərdi, səs vermədilər, bununla da açıq şəkildə göstərdilər ki, onlar müharibə yox, sülh istəyirlər.
Rusiyanın Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovskinin bir fikri burada yerinə düşür, politoloqun vurğuladığı kimi erməni xalqı qonşusu Azərbaycanla düşmənçilikdən bezib, onlar normal əlaqələrin olmasını arzu edirlər. Ona görə də, Ermənistanın Azərbaycanın təklif etdiyi sülpərvər siyasətlə razılaşmaqdan, o cümlədn “3+3 formatına” qoşulmaqdan başqa çıxış yolu yoxdur. Digər siyasi şərhçı Oleq Kuznetsovun da qeyd etdiyi kimi Ermənistanın siyasi, ideoloji, diplomatik, maddi-maliyyə, intelektual, insan baxımından resursları yoxdur ki, Azərbaycandan Qarabağ mövzusunda nəsə tələb etsin, onların yeganə yolu normal münasibətlər şəraitində yaşamaqdır.
Ermənistan cəmiyyətinin praqmatik düşüncə sahibləri də etiraf edirlər ki, Azərbaycanla mehriban qonşuluq əlaqələri qurmaq lazımdır, diplomatik əlaqələrin bərpasının vaxtıdır, İrəvan sülh və dövlət sərhədi haqqında sazişin imzalanmasını gecikdirməməlidir.
Ali Baş Komandan bu günlərdə Cəbrayıla və Hadruta səfər zamanı bir daha erməni xalqına müraciətində onların Qarabağda təhlkəsiz və rahat yaşamalarının yalnız Azərbaycanın zəmanəti ilə, erməni xalqının gələcəyinin məhz Azərbaycanla sülh qonşuluq şəraitində mümkün olacağını xatırlatdı. Cənab Prezident olduqca humanist, mərhəmətli, insanpərvər, sülpərvər niyyətlidir. Onun bu xoş niyyəti artıq İrəvanda və Ermənistanın bir sıra bölgələrində, müxtəlif dünya ölkələrində yaşayan minlərlə erməni tərəfindən müsbət qarşılanır. Onlar başa düşürlər ki, müharibə onlar üçün arzuolunmaz fəlakətdir və Azərbaycanla normal əlaqələr qurmaq lazımdır.
Professor Vaqif Abdullayev
Oxşar xəbərlər
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 2024 20:32
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Moskva terrorunda azərbaycanlı kişi və erməni xanımı da öldürülüb
24 mart 2024 20:47
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
Xəbər lenti
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
Video & Fotoqalereya
Video
Fotoqalereya