Bakıda ŞOK: Vəzifəli şəxsin xanımının sevgilisi paltar dolabında tapıldı
Bakı şəhər Xətai rayon Məhkəməsində sevgi münasibətində olduğu qadını döyən və ona qarşı soyğunçuluq etmiş 1992-ci il təvəllüdlü Natiq Məmmədov (şərti) barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən gənc oğlanın subay, zərərçəkən qadının isə evli olduğu, onların arasında sevgi münasibətinin olması üzə çıxıb. Bəlli olub ki, onlar təxminən 3 il əvvəl sosial şəbəkə vasitəsilə tanış olublar və tez-tez görüşməyə başlayıblar. Belə ki, həyat yoldaşı vəzifəli şəxs olan və maddi cəhətdən imkanlı olan Viktoriya (şərti) adlı qadın Xətai rayonundakı evində əksər vaxtlar tək yaşayıb. Bundan sonra Binqədi rayon sakini olan Natiq qadının evinə yaxın yerdən kirayə ev tutub və anası ilə ora köçüb. Gənc oğlanla Viktoriya beləliklə vaxtaşırı görüşməyə başlayıblar. Tanışlıq müddətində Natiqin kirayə tutduğu evin aylıq ödənişlərini də Viktoriya ödəyib. Baş vermiş cinayət hadisəsinə gəlincə zərərçəkmiş qadın olayı belə təsvir edib:
“Təxminən 3 ilə yaxındır ki, sosial şəbəkələrin birində Natiqlə tanış olmuşuq. Bundan sonra aramızda yaxın münasibət yaranıb və görüşməyə başlamışıq Natiq anası Sveta ilə birlikdə yaşadığım məhəllədə kirayə yaşayıb. Natiqin kirayə yaşadığı evin pulunu mən ödəmişəm. 06 dekabr 2020-ci il tarixdə Natiqi yaşadığım evə dəvət etdim. Natiq saat 18 radələrində gəldi, birlikdə nahar etdikdən sonra Natiq pula ehtiyacı olduğunu bildirib 5 min manat pul istədi. Mən də hazırda pulumun olmadığını bildirən zaman aramızda sözlə mübahisə baş verdi. Bundan sonra Natiqin yataq otağında olan siyirmədən mənə məxsus qızıl-zinət əşyaları olan mücrünü götürdüyünü gördüm. Natiqə yaxınlaşıb qızıllarını qaytarmağı tələb edəndə məni itələyib qızıllarımı da götürüb getdi. Natiq getdikdən bir qədər sonra özümə məxsus “Samsung” markalı mobil telefonumu götürdüyümü anladım. 08 dekabr 2020-ci il tarixdə Natiqin kirayə yaşadığı evə getdim. Həmin vaxt mənzilin qapısını Natiqin anası Sveta adlı qadın açdı. O, Natiqin evdə olmadığını bildirdi. Buna baxmayaraq o, evə daxil olub paltar dolabına baxan zaman Natiqin paltar dolabında gizləndiyini gördüm. Mənzildən götürdüyü qızıl-zinət əşyalarını qaytarmasını tələb etdim, o isə qızılları qaytarmayacağını bildirdi. Polisə şikayət edəcəyim təqdirdə aramızda olan münasibətin ailə üzvlərimə bildirəcəyini dedi. Bu mövzuda aramızda mübahisə baş verdi və mübahisə zamanı Natiq mənim bədənimin müxtəlif nahiyələrindən vuraraq xəsarətlər yetirdi. Bundan sonra oradan çıxaraq yaşadığım evə qayıtdım və artıq dözə bilmədiyim üçün baş vermiş hadisə barədə ailə üzvlərimə məlumat verdim. Səhərisi gün, yəni 09 dekabr 2020-ci il tarixdə polisə hadisə barədə şikayət etdim. Natiqin yaşadığı evdən paltar dolabından götürdüyü mücrünün içərisində hər biri 5.000 manat olmaqla 10.000 manat dəyərində boyunbağı, üzük və kulondan ibarət 2 ədəd qızıl dəsti, 1 ədəd 3500 manat dəyərində üzərində brilyant qaşları olan boyunbağı və üzükdən ibarət qızıl dəsti, 1 ədəd 10.000 manat dəyərində üzərində brilyant qaşları olan kişi üzüyü, 1 ədəd 8.000 manat dəyərində üzərində brilyant qaşları olan qadın üzüyü, 5407 manat dəyərində 1 ədəd gümüşü rəngli, 750 əyyarlı, brilyant qaşlı, ümumi çəkisi 26,01 qram üzük və sırğadan ibarət qızıl dəsti olub. Bundan əlavə hadisə zamanı 1 ədəd 2.000 manat dəyərində “Samsung S9 plus” markalı mobil telefon götürülüb. Ümumilikdə mənə 38967 manat ziyan dəyib. İstintaq zamanı Natiqin qohumları tərəfindən dəymiş ziyandan 3000 manat ona ödənili. İş üzrə mənə məxsus maddi sübut kim tanınmış bir ədəd 5407 manatlıq qızıl dəst müstəntiq tərəfindən qəbzlə özümə qaytarılıb”.
Zərərçəkən qadının dediklərini onun evində xidmətçi işləyən qadın və şəxsi sürücüsü də təsdiq edib.
Məhkəmə prosesində Viktoriya barışıq ərizəsi verərək Natiqi bağışladığını, məhkəmənin digər iclaslarında iştirak edə bilməyəcəyini nəzərə alaraq onun nümayəndəsinin iştirakı ilə iclasların keçirilməsini məhkəmədən xahiş edib.
Məhkəmə prosesi opktyabrın 5-də başa çatıb və Natiq Cinayət Məcəlləsinin 180.2.5-ci (soyğunçuluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilinib və 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 2024 20:32
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 2024 22:41
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Azərbaycan millisi bu gün Bolqarıstanla üz-üzə gələcək
25 mart 2024 10:13
- 1970-ci ildə Bakıda qeyd olunan Novruz şənliyindən görüntülər (VİDEO)
25 mart 2024 09:51
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Filipp Kirkorov Bakıda
24 mart 2024 23:54
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 13:54
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 13:49
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 13:47
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 11:29