Azərbaycanda ali təhsil almağın qiyməti - İllik 6500 manat...
Mədəniyyət24 sentyabr 2021 07:59
"Azərbaycanın 51 ali təhsil müəssisəsində 186 min tələbə təhsil alır. 2018-ci ilə qədər tələbələrin 31 faizi ödənişsiz, qalan 69 faizi isə ödənişli əsaslarla oxuyurdu. Amma ölkə başçısının 2019-2020-ci ildə imzaladığı müvafiq sərəncamlarla ali təhsil müəssisələrinin plan yerlərinin 50 faizi – rəqəmlərlə desək, 21 min 600 plan yeri dövlət sifarişli müəyyən olundu. Bu gün ali təhsil müəssisələrində təhsil alan hər iki nəfərdən biri ödənişsiz oxuyur”.
Bunu Modern.az-a Azərbaycanın ali təhsil müəssisələrində tələb edilən təhsil haqqı ilə təklif edilən təhsilin keyfiyyət uyğunluğunu müqayisə edən təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, Azərbaycanda təhsil haqqının ən yüksək olduğu ali təhsil ocağı ADA universitetidir:
"Burada təhsil haqqı 6000-6500 manatdır. Təhsil haqqının yüksək olmasına görə ikinci yerdə Xəzər universiteti qərarlaşıb. Bu özəl ali təhsil ocağı 4000-5000 manat civarında təhsil haqqı tələb edir.
Təhsil haqqının ən yüksək olduğu dövlət universiteti isə Azərbaycan Tibb Universitetidir. Burada təhsil haqqı 4000-4500 manat olaraq müəyyənləşib. Bakı Dövlət Universitetinin hüquq ixtisası da ən yüksək təhsil haqqı tələb edən ixtisasdır. Burada təhsil almaq istəyən tələbə illik 4000-4500 manatından keçməlidir.
Ən ucuz ixtisaslar isə dövlət universitetlərindən biri olan Azərbaycan Dillər Universitetindədir. Burada bir neçə ixtisas var ki, təhsil haqqı digər ali məktəblərə nisbətdə daha aşağı müəyyən edilib. Həmçinin təhsil haqqının aşağı olmasına görə bölgələrin universitetləri də diqqəti cəlb edir.
Özəl ali məktəblər arasında Xəzər universitetindən sonra ən yüksək təhsil haqqı Qərbi Kaspi universitetindədir. Burada 3000-3500 manat təhsil haqqı müəyyən edilib. Azərbaycan Universitetində isə illik təhsil haqqı 2500-3000 manatdır.
Bakı Dövlət Universitetinin hüquq ixtisasından sonra ən çox təhsil haqqı tələb edən Beynəlxalq Münasibətlər ixtisasıdır ki, illik 3000 manat tələb olunur. Ali məktəblərin ixtisasları arasında illik ödənişi 1000-1500 manat olanlar da var, amma ortalama rəqəm 2000-2500 arasında dəyişir”.
Təhsil eksperti hesab edir ki, heç də bütün universitetlər aldıqları ödənişin müqabilində keyfiyyətli təhsil verə bilmirlər:
"Biz bunu əmək bazarında da görürük. Ali təhsil alan şəxslərin yalnız 42 faizi öz ixtisası üzrə işləyə bilir. Bu o deməkdir ki, onların keyfiyyət göstəricisi 50 faizdən azdır.
Təhsil Nazirliyinin həyata keçirdiyi müəllimlərin işə qəbul imtahanında pedaqoji ixtisasları bitirənlər iştirak edirlər və nəticələri kifayət qədər aşağıdır. Dövlət qulluğuna qəbulda da ürəkaçan nəticələrin olmaması təhsil alanların ödənilən təhsil haqqına uyğun keyfiyyətli təhsillə təmin olunmadığını aşkar göstərir.
Ali təhsil müəssisələri əmək bazarının tələblərinə, müasir standartlara cavab verən kadr hazırlamırlar. Ali məktəbi bitirən kadrı işəgötürənlər ondan elə bilik və bacarıqlar tələb edirlər ki, ali məktəblər bunu öyrətməyiblər. Hesab edirəm ki, universitetlər bu məsələyə diqqət etməli, əmək bazarının tələblərinə uyğun tədris proqramı qurmalıdır.
Universitetlərin maddi texniki bazası, elektron kitabxanaları, laboratoriyaları çox aşağı səviyyədədir. Qeyd etdiyim kimi, alınan təhsil haqqının müqabilində göstərilən xidmət ürəkaçan deyil”.
Oxşar xəbərlər
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 2024 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 2024 22:12
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 2024 08:37
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya