MTN generalı: İstəsəydim ölkədən elə qaçardım, izimi-tozumu tapa..ŞOK
Müsahibə19 sentyabr 2021 12:39
MTN-in Antiterror Mərkəzinə rəhbərlik etmiş Elçin Quliyev qapalı məhkəmə iclasında daha çox şeyi açıqlayacağını söyləyib
MTN-in Antiterror Mərkəzinə rəhbərlik etmiş, indi həbsdə olan general Elçin Quliyevin həyat yoldaşının da ölkədən çıxışına qadağa qoyulub. Bunu iyulun 17-də MTN generalının özü məhkəmədə söyləyib: “İki uşaq anasının ölkədən çıxışına “stop” qoyulur. Hara qaçacaqdı?”.
Elçin Quliyevin, eləcə də onun tabeliyində işləmiş polkovnik Azər Mehdiyevin işinə Bakı Hərbi Məhkəməsində Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Bu işdə zərərçəkənlərdən biri Maqsud Mahmudovdur. İttihama görə, onu MTN-ə çağırıb, bir qadınla intim münasibətlərinə dair video ilə şantaj ediblər. Həbs olunmamasından ötrü ondan 120 min manat alıblar. İstər Elçin Quliyev, istərsə Azər Mehdiyev bunun yalan olduğunu deyir. Onların sözlərinə görə, Maqsud Mahmudov başqa bir vətəndaşın şikayətinin araşdırılmasından ötrü MTN-ə çağırılıb və həmin şəxsdən pul alınmayıb.
“Mağazamı satdıq, pulu MTN-ə apardıq”
İyulun 17-də məhkəmədə dindirilən Aslan Qəhrəmanov isə deyir ki, dostu Maqsud günlərin birində ondan kömək istəyib. Bildirib ki, onu MTN-dən şantaj edirlər, pulu çatdırmağa da bir gün vaxt veriblər: “Maqsudun da, mənim də obyektlərimiz vardı. Biz dost olmaqla yanaşı, həm də kirvəyik. Buna görə də aramızda pul söhbəri olmayıb. Maqsud təklif etdi ki, mənim obyektim balaca olduğundan onu təcili sataq, sonra bu məsələni öz aramızda həll edək. Həsən Əliyev küçəsində yerləşən mağazanı təcili satdıq, pulu götürüb MTN-ə getdik. Maqsud maşından düşüb onu gözləyən Azər Mehdiyevlə danışdı. Kənarda olduğuma görə pulun verilmə anını görməmişəm. Amma Maqsud geri qayıdanda dedi ki, pulu MTN-ə verdi”.
Şahidin sözlərinə görə, Maqsud Mahmudov ondan pulu tələb edənlər arasında Azər Mehdiyevlə yanaşı, Antiterror Mərkəzi rəisinin müavini, həbsindən iki ay sonra təcridxanada intihar edən İlqar Əliyevin və mərkəzin əməkdaşı Ayaz Gərayzadənin də adını çəkirmiş.
“Həyat yoldaşımın çıxışına da “stop” qoyulub”
Bu məqamda Elçin Quliyev deyib ki, Ayaz Gərayzadəni və MTN-in başqa bir əməkdaşı Ramin Hümmətovu məqsədli şəkildə aradan çıxarıblar, onların ölkədən çıxışına şərait yaradıblar:
“Bu epizodla bağlı İlqar Əliyevin ifadələrinə istinad edirlər. Guya İlqar Əliyev həbsindən sonra ifadə verib. Amma o ifadə ortada yoxdur. İfadəni görmək istədim, mənə deyirlər ki, həmin ifadə dövlət sirridir. Ayaz Gərayzadə və Ramin Hümmətov da guya könüllü ifadə veriblər, cinayətlərini etiraf ediblər, sonradan yoxa çıxıblar. Bu adamlar cinayəti etiraf ediblərsə, deməli, ölkədən çıxmalarına “stop” qoyulmalı idi. Bəs niyə qadağa qoyulmayıb? Çünki onların ölkədən çıxmalarına şərait yaradılıb.
MTN-dəki hadisələrdən sonra da iki ay orada işlədim. Bir müddət sonra mənim və həyat yoldaşımın ölkədən çıxışına “stop” qoyuldu. İki uşaq anası hara qaçacaqdı? Cinayət törətdiyimi bilsəydim, mən də başqaları kimi qaçardım. Buna imkanım da vardı. Elə qaçardım, izimi-tozumu da tapa bilməzdilər”, – MTN generalı bu sözləri məhkəmədə dilə gətirib.
“Ukraynadakı Maydan hadisələrinə görə MTN-ə çağrılmışdı”
Qapalı məhkəmə iclasında daha çox şeyi açıqlayacağını söyləyən Elçin Quliyev onu da bildirib ki, zərərçəkən Maqsud Mahmudov MTN-ə Ukraynadakı Maydan hadisələrinə görə çağrılıb dindirilmişdi: “Sən özün də yaxşı bilirsən ki, MTN-ə niyə çağrılmışdın…”.
Maqsud Mahmudovdan MTN-ə şikayət yazdığını və həmin ərizə əsasında da onun nazirliyə dəvət olunduğu bildirən Marik Şamilov da məhkəmədə dindirilib. O təsdiqləyib ki, aldığı torpaq sahəsi ilə əlaqədar narazılıq yarandığı üçün MTN-ə şikayət edib: “Amma ünvanlı şəkildə, kiminsə tapşırığı ilə bu addımı atmamışam”.
Həbsdə olan MTN polkovniki Azər Mehdiyev deyir ki, Maqsud Mahmudovla bağlı məsələnin araşdırılmasına nazir Eldar Mahmudovun özü göstəriş verib: “Mənə qovluqda ərizə verdilər ki, bu məsələni araşdırım. Maqsuda zəng eləyib MTN-ə çağırdım, izahatını alandan sonra materialı rəhbərliyə göndərdim. Bu işin araşdırılmasından ötrü nazirin imzası olub. Mən də rəsmi qaydada araşdırma aparmışam. Marik Şamilovun şikayət ərizəsi ilə bağlı qaranlıq məqamlar var, onları qapalı iclasda açıqlayacağam”.
Məhkəmədə MTN generalı ilə zərərçəkmiş Maqsud Mahmudov arasında mübahisə yaranıb. Kəskin ifadələr səslənən bu mübahisəyə görə hakim onların hər ikisinə xəbərdarlıq edib.
Xatırlatma
E.Quliyevə CM-in 145 (qanunsuz azadlıqdan məhrum etmə), 181 (quldurluq), 182 (hədə-qorxu ilə tələbetmə) 302 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham verilib.
Amma general ittihamları qəbul etmir və heç kimdən hədə-qorxu ilə pul almadığını deyir.
Milli təhlükəsizlik naziri Eldar Mahmudov 2015-ci ilin oktyabrında işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında iki ayrıca xidmət – Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətləri yaradılıb. (Azadliq.org)
Oxşar xəbərlər
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Nürəddin Mehdixanlının vəsiyyəti ....
21 mart 2024 19:28
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Aliment ödəyə bilməyən şəxslər həbsə yox, məcburi əməyə cəlb olunmalıdır
10 mart 2024 13:56
- M.Ə. Rəsulzadənin qızı Xalidə -Neftçalanın Kurkasa adasında bitən ömür...
9 mart 2024 17:39
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları....
3 mart 2024 12:09
- Əlisa Nicatdan sensasion sözlər - Bağırov Hüseyn Cavidi yanına çağırıb, deyib ki...
20 fevral 2024 11:34
- İlkin Süleymanov: Əsl cinayətkarı tapmaq istəmirlərsə, kiminsə yerinə cəzanı mən çəkməliyəm
15 fevral 2024 21:14
- Nərminin valideynləri qanuni nəticə istəmir - İlkin Süleymanov səbəbi AÇIQLADI
14 fevral 2024 21:49
- Səlim Müslümov razıdır - Mülkləri alınır, ölkədən çıxa bilməz
12 fevral 2024 13:45
Xəbər lenti
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 13:54
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 13:49
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 13:47
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 11:29
Video & Fotoqalereya
Video
Fotoqalereya