“Dedim, nəyə görə istefa verdin?” - Ramin Bayramlının atası
TƏBİB-in İdarə Heyətinin sabiq sədri Ramin Bayramlının atası Baba Bayramlı oğlunun rəhbərlik etdiyi qurumdan istefa verməsi ilə bağlı Qaynarinfo-ya müsahibə verib.
NUH.az həmin müsahibəni təqdim edir:
- Baba bəy, oğlunuzun istefa verməsi ilə bağlı nə deyə bilərsiz?
- Biz ata-oğul olsaq da, Raminin şəxsi işinə qarışmıram. Özü-özünə bunu məsləhət bilib. Nəticədə öz istəyi ilə ərizəsini yazıb və işdən çıxıb. Heç nəyə də ehtiyac yoxdur. Şükür Allaha, oğlum qabiliyyətli oğlandır, inşallah özünə bir iş də tapar.
- İstefa verməsi ilə bağlı Ramin bəylə bir ata kimi danışmısınızmı?
- Səhər gedib, axşam gəlirdi. Nə ailə görürdü, nə də uşaq. Həm də yazılanlar da buna təsir etdi. Səhərdən axşama kimi işinin başında olurdu. Evi-eşiyi qalmışdı kənarda. Qədir bilirlər ki... Söhbət eləmişəm. Dedim, nəyə görə istefa verdin? Dedi, "Ay ata, vallah nə deyim. Gördüm həqiqətən ətrafda narazılıqlar çoxdur. Buna görə istefa verdim ki, yuxarıdan bunu görsünlər. Mən bu vəzifəyə layiqəm, ya yox. Sonra ləkənənməmiş bu istefanı qərarlaşdırdım. Qoy ləkəsiz işdən çıxım”.
- Oğlunuz sizinlə qalır?
- Mən bir ata olaraq hər zaman öz zəhmətimlə yaşamışam. Atam da müəllim olub. Uşaqlıqdan arı təsərrüfatı ilə məşğul olmuşam. Ailəmi də zəhmətə alışdırmışam. Halal zəhmətimlə təhsil almışam. Bu oğlum Raminə də aiddir. Oğlum Tibb Universitetinin yataqxanasında qala-qala müəllim təyin olunmuşdu. Elə yataqxanada da tələbələrinə dərs deyirdi. Ata kimi onun şəraitindən hər zaman narahat olurdum. Qərbi Azərbaycanın Göyçə mahalında, keçmiş Çəmbərək rayonunun Toxluca kəndindən Şəmkirə məcburən qaçqın kimi gəlib, yaşamışdıq. Oğluma görə Şəmkirdən Bakıya köçdüm. Burda bir il kirayədə qaldıq. Sonra zəhmətimizlə bir ev aldıq. Ramin mənimlə bir həyətdə yaşayır.
- Ramin bəyin fəaliyəti ilə bağlı bir sıra tənqidlər səsləndirilirdi. Siz bir vətəndaş olaraq onun işini necə qiymətləndirirdiz?
- İş olan yerdə yəqin ki, tənqid olacaqdı. Amma haqsız tənqidlər də çoxdur. Raminin səhvi varsa, ondan nəticə çıxarsın. Amma ümumi şəkildə desəm, bir ata kimi hər zaman Raminə uğurlar arzulamışam. Elin gözü tərəzidir. Əgər haqlı tənqiddirsə, bu, ayrı məsələdir. Gəlib, Raminin təzə tikdiyi evlə bağlı çəkiliş ediblər. Hardasa 10 il bundan əvvəl oğlum öz zəhmət ilə 4 sot torpaq almışdı. İndi istəyirdik ki, özünə yurd yeri düzəltsin. Çünki Ramin hələ də mənim həyətimdə yaşayır. Yaşadığı mənzili də vaxtı ilə öz zəhmətimlə düzəltmişdim. İndi də deyirdik ki, artıq özünə ayrı bir şərait düzəldib, yaşasın.
- Yəqin ki, siz Ramin bəyin mətbuatda yayılan villasından danışırsınız?
- Bəli. Sonra da gördük mediada Raminin villası ilə bağlı xəbərlər dərc edilir. Bu məsələdə haqsız yerə onun adını hallandırırlar. Gəlib görsünlər ki, bu adamın doğurdan da nəyi var, nəyi yox... Zərrə qədər bir göstərsinlər ki, bu adam dövlət işində rüşvətlə hər hansı bir iş görüb. Əstəğfürullah. İnanın ki, belə bir hal ola bilməz. Özümdə olmayıb, onda da ola bilməz. Mən ailəmi müəllimliklə bərabər, həmçinin arıçılıqla da saxlamışam. İndi də arıçılıq təsərrüfatı ilə məşğulam. Buyurun, gəlin, sizi bal qonaqlığına dəvət edirəm.
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 2024 08:45
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 2024 11:37
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Kür çayında batan ata və altı yaşlı qızının FOTOSU
13 aprel 2024 10:05
- SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi
10 aprel 2024 23:08
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- Ulu öndər Heydər Əliyevin əmiləri soyqırımı cinayətlərinə məruz qalıblar – FOTO/VİDEO
9 aprel 2024 06:18
- Milli Məclisdə boşalan deputat yerləri 10-a ÇATDI
8 aprel 2024 14:00
- Deputat Dini Komitəyə sədr TƏYİN EDİLDİ
8 aprel 2024 12:46
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56