Deputat DƏLƏDUZluq, oğurluq edib? - DTX rəisinə müraciət
Dünya10 sentyabr 2021 14:40
Milli Məclisin deputatı Rəfael Hüseynovla bağlı Respublika Prokuroru Kamran Əlivevə və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə müraciət edilib.
Bu barədə Qaynarinfo-ya açıqlamasında yazıçı-publisist Elnur Baxış deyib. Yazıçı deputatı dələduzluqda ittiham edir:
"6 il bundan öncə Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru, rejissor Yasin Qarayev haqqında kitab hazırladıq. Kitabda müxtəlif sənət adamları, şairlər, yazıçılar və başqalarının Yasin Qarayev haqqında fikirlərini soruşduq, hər kəs aktyorla bağlı xatirələrini bölüşdü. Həmin vaxt Yasin müəllimin 70 illik yubileyinə həsr olunan tədbir keçirildi. O tədbirdə Milli Məclisin deputatı Rəfael Hüseynov eşidib ki, Yasin Qarayev haqqında kitab yazılıb, Yasin Qarayevə həmin kitaba ön söz yazmaq istədiyini deyib. Yasin müəllim də onu mənə dedi. Bundan başqa, onu da dedi ki, Rəfael Hüseynov kitabın çapına da kömək edəcək. Biz kitabı aparıb ona təqdim elədik, özümüzdə bir nüxsə saxlamadıq. Mən bilmirəm bu ədəbiyyat, yoxsa mədəniyyət oğrusudur? Yasin Qarayevin indi 76 yaşı var, amma hələ də kitab çap olunmayıb. Hər dəfə gedəndə, yaxud da zəng edəndə köməkçiləri müxtəlif bəhanələr gətirirlər, özü də gah telefonu götürmür, gah da bizdən qaçır. Kitabdan bir nüxsə olsun belə bizdə yoxdur, qalmışıq belə. Nə bilək ki, deputat belə hərəkət edəcək. Maraqlıdır ki, son vaxtlar adamları Azərbaycanda tanınmış şəxslər aldadır, deputatdır deyə kimisə aldatmalı deyil ki. İstəyir ki, hər şey onun adı ilə bağlı olsun. Hər sey onun adı ilə bağlı ola bilməz”.
Əli hər yerdən üzülən Elnur Baxış Respublika Prokurorluğu və Dövlət Təhlükəsizlik Xidmətindən yardım istəyir:
"Əlacım hər yerdən kəsilib. Kamran Əliyev və Əli Nağıyev cənablarına müraciət edirəm. Mən mədəniyyətə və ədəbiyyata xidmət edən adamam. Deputat olanda nə olar ki... Çox maraqlıdır, sabiq deputat Eldəniz Səlimovu polisi döydüyünə görə həbs etdilər, mandatını da əlindən aldılar. Amma Rəfael Hüseynovun bu hərəkətlərinə görə ona söz deyən yoxdur. Heç elə bil, belə hərəkət etməyib, başqasının yazdığı kitabı oğurlamayıb. Onun kimi mən də bu dövlətin övladıyam. Mən də dövlətə qələmimlə xidmət edirəm. Aidiyyatı orqanlardan xahiş edirəm, mənim Yasin Qarayev haqqında yazdığım kitabın əlyazmasını Rəfael Hüseynovdan alsınlar. Hər bir kitab yazarın övladıdır. Onun bu hərəkəti dələduzluqdur”.
Oxşar xəbərlər
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 2024 08:45
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 2024 18:40
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 2024 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 2024 22:31
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
Xəbər lenti
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
Video & Fotoqalereya
Video
Fotoqalereya