“Dürdanə Əliyeva dedi ki, aldığı pullar Nurlana xanıma çatacaq”
Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahidlər ifadə verib.
Şahidlərdən biri Elnarə Hüseynova bildirib ki, Azərbaycan Pedaqoji Universitetini bitirib. BSU-ya ikinci ali təhsil üçün müraciət edib:
"Universitetə gələndə məni Dürdanə Əliyevanın yanına yönləndirdilər. O, mənə bildirdi ki, "sən birbaşa ikinci kursdan başlayacaqsan. Oxumadığın bir ilə görə əlavə 2 min manat verəcəksən". Ona 2 min manat birbaşa kabinetində özünə, əlavə iki dəfəyə isə 4 min manat bank hesabına köçürdüm. Pulu köçürəndə bankda BSU-nun yox, Dürdanə Əliyevanın şəxsi hesabı oluğunu gördük. Bunu özündən soruşanda bildirdi ki, universitetin bank hesablarında texniki problem olduğu üçün öz hesabını verib. Hazırda universitetə 4 min manat borcum var. Verdiyim puldan cəmi 2 mini universitetə köçürülüb".
Şahid Afaq Qaybalıyeva bildirib ki, D.Əliyeva ilə tanışlıqları övladları eyni liseydə oxuyarkən başlayıb:
"Dürdanə xanım mənə lazım olan sənədlərin siyahısını verdi. Ona iki dəfəyə 4 min manatı öz kabinetində verdim. Sonra məlum oldu ki, mənim tələbə biletimin hüquqi qüvvəsi yoxdur və rəsmi olaraq adım heç bir sənəddə göstərilməyib. Daha sonra rektor Nurlana Əliyevanın qəbuluna getdim. Dürdanə xanım mənə dedi ki, məsələni Nurlana xanım onsuz da bilir və o, özbaşına möhür vura bilməz. Dedi ki, aldığı pullar Nurlana xanıma çatacaq. Məndən 3 ilin təhsil haqqı adı altında 4000 manat aldılar".
Şahid Sevinc İbrahimova, D.Əliyevaya kabinetində təhsil haqqı kimi 4500 manat verib. Lakin bir müddət sonra ona universitetdən zəng edilib ki, 3400 manat borcu var. 2 ilin təhsil haqqı hələ də ödənilməmiş qalır.
D.Əliyevanın vəkili etiraz edib ki, şahidin ibtidai istintaqa verdiyi ifadələri ilə məhkəmədəki ifadəsində ziddiyyət var. Belə ki, şahid ilkin ifadəsində bildirib ki, D.Əliyevaya verdiyi pulun 3 min manatını "şapka" kimi verib.
Şahidlərdən Kifayət Mirzəyeva 3000 manat, Ramilə İsmayılova 3200 manat, Şahbanova Minarə 1700 manat, Dilarə Rəsulova 1800 manat, İlahə Həşimova 2000 manat, İlahə Əhmədəliyeva 2000 manat, Arzu Həsənova 1000 manat məbləğdə pulu sabiq şöbə müdirinə şəxsi kabinetində verdiklərini bildiriblər.
Növbəti proses sentyabrın 6-na təyin olunub.
Qeyd edək ki, Dürdanə Əliyeva Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə ittiham olunur.
İttihama görə, o, BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdiri olan zaman 2018-2021-ci illərdə ümumilikdə 123 tələbədən təhsil haqqı ödənişləri adı altında 226 min manat pul alıb.
Xatırladaq ki, Nurlana Əliyeva bu ilin iyununda Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib.
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Ukraynada daha bir azərbaycanlı hərbçi öldü - Foto
24 mart 2024 05:46
- Leyla Bədirbəylinin Amerikada yaşayan nəvəsi
23 mart 2024 19:51
- Azərbaycanlı ictimai fəalı Türkiyədə kim döy(dür)üb?-Zərəçəkən bəzi məmurlardan şübhələnir-Video
22 mart 2024 20:55
- Sünbülə Əliyeva martın 20-də gecə saat 11 radələrində yaşadığı evdən aparılıb
22 mart 2024 18:26
- Samir Adıgözəllini vəhşicəsinə döydülər
22 mart 2024 17:10
- Rusiya vətəndaşı olan Cəlilabadlı Ukraynada döyüşdə həlak olub - FOTO
22 mart 2024 16:05
- 32 kiloqram çəki atan Sonaxanım sirrini açıqladı
22 mart 2024 13:27
- Day-dayım olsaydı, qısa zamanda … - Aysel Əlizadə
21 mart 2024 22:16
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06