Dünyanın İLK kosmonavtı Yuri Qaqarin YOX, Andrian Nikolayev...
İdman6 sentyabr 2021 07:48
Onun adı tarixə kosmosu fəth edən ilk kosmonavt kimi də düşə bilərdi. Uçuşa hazırlıq dövründə Andrian Nikolayevin göstəriciləri digərlərindən üstün olsa da, Nikita Xruşşov namizədlər arasında Yuri Qaqarinə üstünlük verib. Fəal komsomolçu və kəndli ailəsindən olması Qaqarinə “üstünlük” qazandırıb. Əslində Andrian Nikolayev də kəndli ailəsində böyüyüb, atası sıravi kolxozçu, anası isə sağıcı işləyib.
Nikolayevin ikinci şansını da əlindən alıblar. Növbəti dəfə orbitə German Titov göndərilib. Bəlkə də “qapıları” Nikolayevin üzünə bağlayan türk kökənli, milliyyətcə çuvaş olması olub.
Nəhayət, 1962-ci ildə Xruşşovdan razılıq alındıqdan sonra Andrian Nikolayevin kosmosa birinci uçuşu baş tutub. O, SSRİ-də üçüncü, dünyada beşinci kosmosu fəth edən kosmonavt olub.
Aviasiya general-mayoru, iki dəfə Sovet ittifaqı qəhrəmanı, texnika elmləri namizədi Andrian Nikolayev 5 sentyabr 1929-cu ildə Çuvaşiya Muxtar respublikasında, Şorşel kəndində anadan olub. Orta məktəbdə oxuduğu illərdə feldşer olmaq istəsə də, ailənin maddi imkanları onun təhsil almasına imkan verməyib. Yeniyetməlik və gənclik illəri müharibədən sonrakı ağır illərə düşən Nikolayev çox erkən yaşlarından işləməyə başlayıb, ailənin dolanışığına kömək edib. Yeddiillik təhsildən sonra o, Marinski Posad şəhərində meşə təsərrüfatı texnikumuna qəbul olub. Həmin ərəfədə qəzetlərdə hərbi məktəblərə qəbulla bağlı elanlar dərc olunanda, Andrian Nikolayev özünü bu sahədə sınamağa qərar verib və o, qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Çerniqov Ali Hərbi Avisiya Məktəbinə daxil olub. Daha sonra isə təhsilini Jukovski adına Hərbi Hava Mühəndislər Akademiyasında davam etdirib. Andrian Nikolayev SSRİ-də yaradılan Kosmonavtlar Dəstəsinin ilk üzvlərindən biri olub.
Andrian Nikolayev orbitə birinci dəfə “Vostok-3” gəmisində 11 avqust 1962-ci ildə uçub. 3 sutka 22 saat 22 dəqiqə ərzində o, yer kürəsi ətrafında 64 dəfə dövrə vurub. Bu uçuş zamanı Nikolayev ilk dəfə olaraq kosmik gəmidə kreslodan ayrılaraq, gəmi daxilində hərəkət edib.
Nikolayev kosmosu ikinci dəfə 1 iyun 1970-ci ildə “Soyuz-9” gəmisi ilə fəth edib. Bu dəfə kosmonavt orbitdə 17 sutka 16 saat 58 dəqiqə qalaraq mövcud dövr üçün rekorda imza atıb.
1974-cü ildə Andrian Nikolayev Yuri Qaqarin adına Kosmonavtların Hazırlıq Mərkəzinin rəis müavini təyin edilib. O, həmçinin SSRİ-nin ictimai həyatında fəal iştirak edib, bir neçə dəfə Rusiya Ali Sovetinin deputatı seçilib.
1963-cü ildə Andrian Nikolayev ilk qadın kosmonavt Valentina Tereşkova ilə ailə həyatı qurub. “Əsrin toyu” adını alan təntənəli məclisdə Nikita Xruşşov, Kremlin yüksək ranqlı məmurları, marşallar, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Kosmonavtların nikahı onların heç birinin təşəbbüsü ilə olmayıb. Bu nikah Nikita Xruşşovun və sovet ideoloqlarının planına uyğun baş tutub. Belə ki, SSRİ rəhbərləri iki məşhur kosmonavtın qismində dünyaya ideal sovet ailəsini təqdim etmək istəyiblər. Bununla yanaşı, Nikita Xruşşov bəzi ABŞ və qərb alimlərinin “kosmosa uçanların övladları olmur” kimi fikirlərini alt-üst etmək qərarına gələrək, kosmonavtların nikahından sınaq məqsədi üçün istifadə edib.
1964-cü ildə cütlüyün Yelena adlı qızı dünyaya gəlib. Yelena dünyada həm atası, həm də anası kosmonavt olan yeganə uşaq olub. Həmin günlər dünyanın aparıcı kütləvi vasitələri onun şəkillərini manşetlərdə tirajlayıblar.
Kosmonavtların nikahı 18 ildən sonra, Yelenanın 18 yaşı olanda rəsmi olaraq pozulub, Nikolayevlə Tereşkova ayrılıblar.
Andrian Niklayevin həyatında maraqlı faktlardan biri də Brejnevlə bağlı olub. 22 yanvar 1969-cu ildə baş katibin avtomobil karvanı Kremlə yaxınlaşanda Viktor İlyin adlı bir şəxs Brejnevə sui-qəsd etmək üçün karvana 16 dəfə atəş açıb. O, elə düşünüb ki, Brejnev karvanın ikinci, yaxud da üçüncü avtomobilində olacaq. Baş katib isə dördüncü avtomobildə olub. Qarşıdakı avtomobildə isə dörd kosmonavt əyləşib – Nikolayev, Tereşkova, Bereqovoy və Leonov. Karvandakı avtomobillərdə olanların hamısı Kremldəki tədbirə gediblər. Açılan atəşlərdən biri Nikolayevi kürəyindən yüngülcə yaralayıb.
Ömrünün son illərində Andrian Nikolayev öz xatirələrini yazıb, onun üç kitabı işıq üzü görüb, “Orbitdə görüşərik” kitabı isə bir neçə dilə tərcümə olunaraq daha böyük oxucu auditoriyası qazanıb.
Andrian Nikolayev 3 iyul 2004-cü ildə, 74 yaşında vəfat edib. Həmyerlilərinin, o cümlədən Çuvaşiya rəhbərliyinin təşəbbüsü ilə kosmonavt doğma kəndində, Şorşeldə dəfn edilib. Qızı Yelena əvvəlcə buna razı olmasa da, atasının “Ulduzlar şəhərciyi”ndə dəfn olunmasını istəsə də, sonda Andrian Nikolayev doğma yurdunda torpağa tapşırılıb. Həmin məkanda kosmonavtın xatirəsinə muzey yaradılıb, xatirə kompleksi salınıb.(Musavat.com)
Oxşar xəbərlər
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 2024 13:49
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Finlandiya yenidən dünyanın ən xoşbəxt ölkəsi oldu – Azərbaycan isə 101-ci...
21 mart 2024 13:42
- Qaqarini 1967-ci ildə ölümdən xilas edən dostu DANIŞDI
11 mart 2024 00:00
- Andropovun QARA KÜRÜ əməliyyatı ...
18 fevral 2024 14:26
- Dünyanın Puşkini - Firuz Mustafa yazır
8 fevral 2024 11:25
- Kosmosa uçmaq istəyən məşhur azərbaycanlı jurnalistə nə mane oldu...
28 yanvar 2024 16:15
- Andropovun nəzarəti altında keçirilən əməliyyat – SSRİ-nin “cibi”nə girənlər
5 yanvar 2024 21:50
- Raisaya Qarabağ üçün ABŞ-da verilən bahalı üzük – Foto
4 yanvar 2024 22:05
Xəbər lenti
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
Video & Fotoqalereya
Video
Fotoqalereya