Elçibəyə Kələkidə 3 vacib sual... - Onlar bu gün də xalqı düşündürür...
Mədəniyyət2 sentyabr 2021 00:41
“Bəy, sonda, doğrudan da, dediyiniz kimi oldu. Bunu haradan bilirdiniz? Yoxsa sizdə görücülük qabiliyyəti var?”
Hər il Əbülfəz Elçibəyin doğum və ya xatirə günləri yetişəndə öncə 1994-cü ilin avqustunda mərhum eks-prezidentdən Kələkidə geniş müsahibə götürdüyüm çox maraqlı və şirin anları xatırlayıram...
O zaman Azərbaycan Xalq Cəbhəsi fəallarının dəstəyi və iştirakıyla sabiq dövlət başçısıyla görüşüb müsahibə götürmələri üçün Bakıdan bir qrup jurnalistin Kələkiyə səfəri təşkil edilmişdi. Bakıdan uçaqla Naxçıvana, oradan da mikroavtobus və avtomobillərlə Ordubadın bu məşhur kəndinə yollandıq...
Bizləri çox mehriban, isti atmosferdə qarşılayan Elçibəy ona bütün suallarımızı verməmiz üçün rahat şərait də yaratdı. Səhv etmirəmsə, 3 gecə və iki gün Kələkidə qaldıq və həmin vaxt ərzində 10-dan çox jurnalist növbə ilə eks-prezidentlə təkbətək görüşüb qeyri-məhdud vaxt çərçivəsində sərbəst şəkildə ünvanladığı suallara cavab aldı...
Bu sətirlərin müəllifi də təxminən saat yarım ərzində həmin vaxt milli azadlıq hərəkatının şəksiz lideri sayılan Əbülfəz bəyə 10-a yaxın sual ünvanladı...
Həmin suallar arasında daha çox 3 sual yadımda qalıb ki, o dövrdə onlar ölkədə də, xaricdə də bir çox azərbaycanlını narahat edirdi...
Öncədən onu deyim ki, Elçibəylə geniş müsahibənin dərc olunduğu qəzetləri, təəssüf ki, 30-40 illik qəzet arxivimdə hələki yerində tapa bilməmişəm... Amma “Təzadlar” qəzetinin 1994-cü il təxminən avqustun 15-i 20-i arasındakı saylarını Milli Kitabxanada, yəni məşhur “Axundov” kitabxanasında tapmaq mümkündür... Bundan əlavə, xatırladım ki, həmin dövrdə siyasi senzura olduğundan müsahibənin xeyli hissəsi, o cümlədən əsasən sözügedən suallara cavabların çox parçaları çıxarılmış və qəzetdə yeri ağ nəşr edilmişdi... O günlərin maliyyə və texniki imkansızlığı səbəbindən müsahibənin audio-yazısını da saxlaya bilməmişik...
Bunlara rəğmən oxucuları əmin edirəm ki, suallar və onlara cavabların əsas hissəsi və mahiyyətini unutmamışam.
Suallardan biri belə idi:
“Əbülfəz bəy, 1992-ci ilin martın 24-də Ali Sovetin sessiyasında Prezident seçkilərindən danışarkən dediniz: "Prezident seçirsiniz, seçin... 3 aydan sonra seçdiyiniz prezidenti 1 ildən sonra yıxacaqsınız” . Sonda, doğrudan da dediyiniz kimi oldu. Bunu haradan bilirdiniz? Yoxsa sizdə görücülük qabiliyyəti var?”
Cavab:
“Bilirsiz, mən ətrafımdakı komandaya yaxşı bələd idim. Ona görə də hakimiyyətimizin çox sürməyəcəyini düşünürdüm...”
Sual:
“Bəy, hakimiyyətdə olduğunuz dövrdə hansı səbəbdən keçmiş “KQB”, yəni DTK arxivlərini açdırmadınız?”.
Sabiq dövlət başçısının cavabının qısa məzmunu belə idi:
“Əgər “KQB” arxivlərini açsaydıq, Azərbaycanda vətəndaş müharibəsi baş verərdi...”
Sual:
“Bəy, sizin öz hakimiyyətinizin taleyi haqqında proqnozunuz düz çıxdığından belə bir sual da vermək istəyirik: “Sizcə, Qarabağ məsələsi, nə vaxt ədalətli həllini tapar?”.
Cavab:
“Hesab edirəm ki, uzağı, iki-üç ilə məsələ öz həllini tapar. Çünki bunun həllində ABŞ və NATO ölkələri də maraqlıdır...”
Təəssüf ki, mərhum Əbülfəz bəyin bu proqnozu doğrulmadı. Və 1997-ci ilin payızında o, Kələkidən Bakıya dönəndən sonra “Azadlıq” qəzetinin o vaxt məşhur Xəqani küçəsi, 34 ünvanındakı redaksiyasında keçirdiyi mətbuat konfransında eks-prezidentə Qarabağ haqqında 3 il öncəki sualımı xatırlatdım və məsələnin bu müddətdə həll olunmamasının səbəbini soruşdum. Sabiq dövlət başçısı cavab verdi ki, Amerikanın, NATO-nun başı Yuqoslaviyaya, Kosovo məsələsinə qarışdığından Qarabağ diqqətdən yayındı. Yəqin ki, tezliklə onun üzərinə də qayıdarlar...
Allaha çox şükürlər olsun ki, dövlətimizin siyasəti, şəhid və qazilərimizin canı, qanı, dost və müvəqqəti müttəfiqlərimizin dəstəyi sayəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad olundu və Qarabağ məsələsi xeyli dərəcədə həllini tapdı... Amma Xocalı, Xankəndi, Əsgəran, Ağdərə, Xocavənd, eləcə də Laçın rayonunun “dəhliz” edilmiş ərazilərinin taleyi ilə yanaşı, Əbülfəz bəyə verdiyim digər suallar da hələ də xalqı, cəmiyyəti düşündürür, narahat edir...
Sultan Laçın
Oxşar xəbərlər
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 2024 10:49
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Bu günlə bağlı VACİB XƏBƏR - Saat 13:32-də...
25 mart 2024 10:04
- Krokus teraktının qəhrəmanı olan 15 yaşlı QIRĞIZ BALASI danışd - Əvvəlcə qorxdum…
24 mart 2024 21:13
- İlham Əliyev Putinə zəng etdi
24 mart 2024 20:37
- Putin 1999-cu ildə prezident olsaydı, Yuqoslaviyanın bombalanmasına icazə verməzdi
24 mart 2024 20:25
- Alimlər insanların danışmağı öyrəndiyi tarixi dövrü müəyyənləşdirib
24 mart 2024 19:32
Xəbər lenti
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
Video & Fotoqalereya
Video
Fotoqalereya