"Taliban" yeməyi dadsız bişirən qadını diri-diri yandırdı
Əfqanıstana nəzarəti ələ alan “Taliban” hərəkatı mötədil siyasət aparacağına, qadınlara müəyyən haqlar tanıyacağına dair Kabildə verdiyi bəyanatlardan cəmi bir neçə gün keçmiş öz maskasını çıxarır və əsl simasını ortaya qoyur. virtualaz.org beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, insan haqları müdafiəçiləri taliblərin ölkənin hər yerində qadınlara və keçmiş hakimiyyətlə əməkdaşlıq edənlərə divan tutduqları, insan ovuna başladıqları haqda dəhşətli faktlar əldə edirlər.
Keçmiş hakim, insan haqları müdafiəçisi Nacla Ayubi “Sky News” telekanalına bildirib ki, “Taliban” Əfqanıstanın şimalında gənc qadını yeməyi dadsız bişirdiyi üçün diri-diri yandırıblar. Ayubi danışıb ki, gənc qadını taliblər üçün yemək hazırlamağa məcbur ediblər, amma yemək hazır olanda taliblərin xoşuna gəlməyib. Qadını “pis yemək bişirməkdə” ittiham ediblər və üstünə benzin tökərək diri-diri yandırıblar.
ABŞ-a qaçmış əfqanıstanlı insan haqları müdafiəçisi Ayubi deyib ki, qadınların döyülməsi, daş-qalaq edilməsi və digər zorakı əməllərə məruz qalması barədə çoxsaylı faktlar daxil olur. Habelə taliblər qadınları seks köləsi kimi istifadə edirlər.
Bundan əvvəl isə məlum olmuşdu ki, “Taliban” ələ keçirdiyi vilayətlərdə yerli ağsaqqallardan ərsiz qadın və qızların siyahısını tələb edib ki, onları zorla öz əsgərləri ilə evləndirsin. Taliblərin hətta 12 yaşlı qızları seks köləsi kimi istifadə etdikləri bildirilir.
Digər məlumata görə, “Taliban” Əfqanıstanın mərkəzindəki Qəzni vilayətində musiqiyə və qadınların yerli radiostansiyalarda işləməsinə qadağa qoyub. Bu barədə qərar vilayətə təyin edilmiş “Taliban” əmiri qərar çıxarıb. Vilayət avqustun 12-də taliblər tərəfindən ələ keçirilib və həmin gün yerli polis rəisi Məhəmməd Haşem Qalci yoxa çıxıb. Onun taliblər tərəfindən qətlə yetirildiyi təxmin edilir.
1990-cı illərin sonlarında Əfqanıstanda “Taliban” rejimi altında yaşayan və daha sonra Türkiyəyə qaçan miqrant qadınlar da Əfqanıstanda baş verən hadisələri narahatlıqla izləyirlər. BBC Türkcəyə danışan qadınlar, onlarla Taliban arasındakı məsafəyə baxmayaraq, Əfqanıstandan minlərlə kilometr aralıda olsalar da, sanki keçmişdə yaşadıqları qorxu hissinə qapıldığını deyirlər.
“Taliban” tərəfindən zorakılığa məruz qalan qadınlar belə deyir: "Tarix təkrarlanır. Heç kim inanmamalıdır ki, “Taliban” bu dəfə daha sakit olacaq və qadınlara zülm verməyəcək".
2014-cü ildə seçki idarəsində işləyərkən, “Taliban”ın hədəflədiyi mülkilərə qarşı hücumda ölümcül yaralanandan sonra ailəsiylə birlikdə Türkiyəyə qaçan Fərzanə deyir: "Taliban gələndə mənim 15 yaşım var idi. Bir gecə ətrafı divarlı bağçada oturmuşduq. Qonşu evdən maşınların səsi, sonra isə qadınların qışqırıqları gəlməyə başladı. Ertəsi gün taliblərin bir gənc qızı evdən götürüb apardığını öyrəndik . Bir neçə ay keçmiş artıq hamilə olan qızı geri gətirib atasının evinə qaytardılar. O, zindana aparıldığını və gecə-gündüz müxtəlif kişilər tərəfindən zorlandığını söylədi. O, ən kiçik hərəkətdən belə vahiməyə düşürdü. Özüm və digər bacılarımın başına da eyni şey gələ bilərdi. Buna görə də atam bacılarımdan birisini taliblərə verməli idi ki, digər uşaqlarına toxunmasınlar".
Fərzanə, çadrasını çıxardığı üçün “Taliban” üzvü tərəfindən şallaqlandığını belə xatırlayır: "Çox isti idi və burqaya görə nəfəs ala bilmirdim. Nəfəsimi dərmək üçün örtüyü çox qısa müddətə ağzımdan aşağı çəkdim. Birdən-birə mikroavtobusa girən taliblər məni və yanımdakı başqa qadınları şallaqladı. Başıma nə qədər zərbə vurduğumu xatırlamıram, məni huşumu itirənə qədər döydülər. Digər qadınları da döyərkən deyirdilər ki, niyə yanındakı qadına burqasını açmağa icazə verirsən? Dörd gün xəstə qaldım, amma bir dənə də olsun ağrıkəsici tapa bilmədim" (Virtualaz.org).
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 2024 22:12
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- Sünbülə Əliyeva martın 20-də gecə saat 11 radələrində yaşadığı evdən aparılıb
22 mart 2024 18:26
- Bu gün İsmayıl Şıxlının 105 yaşı tamam olur
22 mart 2024 12:35
- Azərbaycanda əhali yumurtaya üstünlük verir - Ət yeməyini azaldıb
22 mart 2024 11:02
- MASAZIRDA hoteldə qadını 150 manata görə öldürübmüş - 19 il cəza
22 mart 2024 09:10
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05