Müəlliməsi ilə evləndi, erməni ona sui-qəsd etdi..
Mədəniyyət22 avqust 2021 00:42
NUH.az Kulis.az-a istinadla aktyor Eldar Əliyev haqqında maraqlı faktları təqdim edir.
Eldar Həsən oğlu Əliyev 1936-cı ildə anadan olub. Atası əməkdar müəllim Həsən Əliyev Şəki teatrının yaradıcılarından biri idi. Uzun müddət Gənc Tamaşaçılar Teatrında, "Azdrama"da, kinostudiyada, İncəsənət İnstitutunda işləyib. Görkəmli aktyor Yusif Vəliyevlə qohumluq əlaqələri olub. Ona görə onun oğlanlarının hər ikisi incəsənət sahəsinə meyl edirlər. Amma o, oğlu Eldarın səhnəyə həvəsli olmasını o qədər də təqdir etmir.
***
Eldar isə atasını razı salmaq üçün əvvəlcə Axundov adına Pedaqoji İnstituta daxil olur. Elə həmin ərəfədə o, özündən beş yaş böyük olan Moskva Dövlət Universitetini yenicə bitirib universitetdə müəllimə işləyən qadına vurulur və ona evlilik təklif edir. Lakin o, evlilik təklifinə tezliklə “hə” cavabı ala bilmir. Bir gün isə Eldarın anası oğlunun sevdiyi qadının yanına gəlib deyir:
“Eldar çox əzab çəkir, siz evlənsəniz yaxşıdı. Eldara biganə olmayan qadın onunla evlənməyə razılıq verir. Onların toyu üç gün, üç gecə çəkir”.
Eldar İnstitutu bitirəndən sonra bir neçə ay 20 nömrəli orta məktəbdə işləyib. Daha sonra sənədlərini M. A. Əliyev adına İncəsənət İnstitutuna verib. Rejissorluq fakültəsinə - Məlik Dadaşovun kursuna daxil olur. Universitet təhsilini başa vurub S.Vurğun adına Rus Dram Teatrında fəaliyyətə başlayır. İlk rejissor işi - "İnkoqnito" tamaşasının premyerası həmin ilin iyununda baş tutur. Sonralar bu teatrın səhnəsində "Rodstvenniki", "Moi Nadejdı", "Dikiy angel", "Sçastye moyo...", "Şeyx Sənan" əsərlərinə quruluş verir.
***
E. Əliyev həmçinin Azərbaycanda Ş. Qurbanov adına Musiqili Komediya Teatrında, Rusiyada Leninqrad Musiqili Komediya Teatrında, Komissarjevskaya adına Teatrda müxtəlif janrlarda tamaşalar qoyub.
Onun aktyorluq potensialı Rus Dram Teatrının, Akademik Milli Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının tamaşalarında, kino sahəsində isə "Eto sladkoye slovo - svoboda", "Sən niyə susursan?", "Dəli Kür", "Mən ki gözəl deyildim", "Yenilməz batalyon", "1001-ci qastrol", "Mezozoy əhvalatı", "Gümüşü furqon", "Qız qalası əfsanəsi" və digər filmlərdə istifadə olunub.
***
Müəllimi ilə evliliyinin ömrü uzun çəkmir. Onların bir qızı olandan 8 il sonra rəsmi şəkildə boşanmasalar da, ayrı yaşamağa başlayırlar. Aktyorun qızı Leyla Əliyeva öz xatirələrində deyir:
“Anam atam üçün ömrü boyu əlçatmaz zirvə olub. Anamın təbiəti tam realist, atamın isə xarakteri tam romantik idi. Üstəlik, atam çox gərgin rejissor və aktyor həyatı yaşayırdı, dostları çox idi və dostluq etməyi bacarırdı. Belə insanların həyat yoldaşı olmaq isə, təbii ki, çox çətindir”.
Eldar Aleksandr Şarovski ilə yaxın dost olub. Eldarın ölümündən sonra Şarovski onun məzarı üstündə Vısotskinin "Koni" mahsını oxumuşdu. Onun SSRİ-nin görkəmli incəsənət xadimləri olan Tovstonoqov, Jalakyaviçusla yaxşı münasibətləri var idi. Mixail Kazakov, Eduard Bredunla dostluq edirdi.
***
Aktyor çox erkən 27 fevral 1984-cü ildə 48 yaşında dünyasını dəyişib. Onun ölümünə səbəb isə yıxılaraq ölümcül zədələnməsi olur. Qızı Leyla xanım müsahibələrinin birində deyir:
“Rəsmi rəy belə olmuşdu ki, atam yaşadığı binanın çıxış qapısından çıxanda ayağı buzun üstündə sürüşüb arxası üstə yıxılıb və ölümcül beyin zədəsi alıb. Amma atamın dostu İsrafil əmi gedib sahə müvəkkilini sorğu-suala tutmuşdu. O da demişdi ki, mən bildiyimi desəm, Eldarın qardaşı sakit durmayacaq. Təkcə onu deyib ki, sizin qaynınızı qonşuluqda olan bir erməni itələyib. Bu yaxınlarda da bir nəfər mənim böyük oğlumun Eldar Əliyevin nəvəsi olduğunu biləndə deyib, sən bilirsənmi ki, babanı öldürüblər? Biz bu söhbətlərdən tamam çaşbaş qalmışıq. Axı atamın düşməni yox idi. Başa düşə bilmirik ki, atamı itələmək o erməninin nəyinə lazım imiş”.
Ayrıldığı həyat yoldaşı isə hələ Eldarın sağlığında vəsiyyət edir ki, onu ərinin yox, anasının yanında dəfn etsinlər. Lakin o, dünyasını dəyişən zaman anasının yanında yer olmur. Eldarın yanı isə boş olur. Beləliklə, ailəvi razılığa əsasən Eldarın bütün həyatı boyu sevdiyi xanım onun yanında dəfn olunur.
Oxşar xəbərlər
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 2024 11:29
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- Ordumuzun əsgəri intihar etdi
24 mart 2024 23:16
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya