Gənc qadının ölümünə şahidlik edənlərin adları bu yazıda-VİDEO
Gənc qadının ölümünə şahidlik edənlərin adları bu yazıda!; Günel Mirzəyeva səfirin oğlunun yaxtasından dənizə necə düşüb?
Bura “Qurd qapısı” qəbiristanlığının dərin bir yeridir. Gözdən uzaq bu yerdə 1 yanvar 1986-cı ildə anadan olmuş Günel Rəşid qızı Mirzəyeva uyuyur. 4 ildir ki, azərbaycanlı model, “Miss Lafarella” internet yarışmasının iştirakçısı olmuş Günel Mirzəyevanın ölümü üzərindən sirr pərdəsi götürülmür. Baxmayaraq ki, mübhəm olaydan sonra onun suya qəsdən atılaraq öldürülməsi haqda sosial şəbəkələrdə çoxsaylı rəylər, ehtimallar var. Bu gün də həmin rəylər, ehtimallar araşdırılmamış qalır. Faktlar da Günel Mirzəyevanın ölümünün müəmmalı olduğunu ortaya çıxaracaq gücdədir.
Həmin gün - 2017-ci il iyunun 24-də Günel Mirzəyeva keçmiş deputat, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın oğlu Həbib Axundovun yaxtasında olub. Həmin gün qadın dənizdə batıb. Onun meyitini aşkarlamaq üçün dalğıclar 3 gün intensiv axtarış apardılar. Nəhayət, Günel Mirzəyevanın cansız cəsədini Bilgəhdə, ləpədöyəndən dənizin içinə doğru 300 metrlikdə aşkar edib, sudan çıxardılar...
Yayılan ilk rəsmi xəbərdə bir nəfərin yaxtadan suya düşərək öldüyü, meyitinin aşkar edilmədiyi deyilirdi. Ardından bəlli oldu ki, yaxtada Günel Mirzəyevanın yanında daha 6 nəfər olub. Onlardan biri də hazırda Ukraynada səfir olan Elmira Axundovanın oğlu Həbib Axundov olub.
Elmira Axundova həmin günlərdə xüsusi israrla “mənim oğlum orada olmayıb” deyirdi. Oğlunun 15 illik üzgüçülük praktikasının olduğunda israr edib “oğlum orada olsaydı, Günel Mirzəyevanı xilas edərdi” fikrini də əlavə etməkdən çəkinmirdi. Fakt isə odur ki, Həbib Axundov yaxtada olub, bundan başqa, müəmmalı hadisənin baş verdiyi yaxta Həbib Axundova məxsus olub.
Elmira Axundova sonradan üzgüçü oğlu Həbib Axundovun Günel Mirzəyevanı xilas etməməsinin səbəbinə aydınlıq gətirmədi. Diqqəti yayındırmaq üçün “dənizdə hər il adam batır da” deyib mətləbdən yayınmağa çalışdı.
Bəli, hər il dənizdə adamlar batır. Amma Günel Mirzəyeva kimi tale yaşamır heç biri.
Günel Mirzəyeva ilə Həbib Axundovun gizli-aşkar əlaqələri olmasaydı, bəlkə də Elmira Axundovanın söylədiklərinə şəkk edən də olmazdı. Digər tərəfdən, əgər olayda hər hansı bir kriminal iz yox idisə, niyə Elmira Axundova, ardından oğlu Həbib Axundov hadisədən sonra yaxtada olmasını ciddi-cəhdlə inkar edirdilər?
Elmira Axundovanın, oğlu Həbib Axundovun israrla gizlətmək istədiyi nə idi?
Hələ bu da son deyil. Günel Mirzəyevanın cəsədi torpağa tapşırılandan dərhal sonra Həbib Axundov yaxtasına müştəri axtarmağa başlayıb və cəmi 20 gün sonra yaxta Həbib Axundovun adından çıxarılaraq digər şəxsin adına keçirilib!
Bu, Elmira Axundovanın qələmə vermək istədiyi kimi, sıradan bir bədbəxt hadisə idisə, bunca tələskənliyə nə ehtiyac vardı?
Tutaq ki, Həbib Axundovun bu işdə heç bir günahı yoxdur. Bəs bu həngamə, bu qədər yalan nəyə lazım idi?
Günel Mirzəyeva dənizdə batandan sonra Həbib Axundov niyə yaxasını kənara çəkib deyirdi, “orada olmamışam”?
Anası Elmira Axundovanın da eyni mövqe sərgiləməsi ciddi suallar yaradır.
Həm də sonradan Həbib Axundovun da, Elmira Axundovanın da mövqeyi dəyişdi.
Ana-bala başladılar ki, bəs orada olub, amma sahildə dayanıb və Günel Mirzəyevanın sahildən 300 metr aralıda batmasını görüb, kömək edə bilməyib.
Fövqəladə Hallar Nazirliyinin bu hadisə ilə bağlı mətbuata verdiyi cavabdan isə bilinir ki, Həbib Axundov Günel Mirzəyeva dənizin dibinə gedəndə yaxtada olub. Yaxta isə dənizin 300 metr içərisində, dərinliyin 30 metrə qədər çatdığı ərazidə olub.
Bu sirli cinayət işinin istintaqı ərazi aidiyyəti üzrə Sabunçu Rayon Prokurorluğuna həvalə olundu. Fakt üzrə Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə (124.1) maddəsi ilə cinayət işi başlandı. Həmin günlərdə Sabunçu prokuroru olan Ceyhun Şirinov ölüm işinin tezbazar bağlanması üçün əlindən gələni edirdi. Bu tələskənlikdə cinayət işində elə biabırçı səhvlər buraxılmışdı ki, sonradan oxuyanlar belə başa düşürdülər ki, iş materiallarını hansısa bir məktəbli yazıb.
Təsəvvür eləyin, Günel Mirzəyeva Həbib Axundovun yaxtasında dənizin 300 metr dərinliyinə aparılıb. Orada hansısa şəkildə yaxtadan suyun için düşüb və ya atılıb, boğularaq ölüb. Sabunçu prokurorunun möhürünü basdığı qərarda isə yazılır ki, Günel Mirzəyeva dənizdə çiməndə batıb!
Dənizin 300 metr içərisinə doğru çimirlər, yoxa üzürlər? Dəniz hamam vannasıdır? Günel Mirzəyevanın dənizdə üzməkdən qorxmasının videosübutu da var. Üstəlik, müəmmalı ölümündən sonra sosial şəbəkələrdə onu tanıyanların şərhlərində bu haqda çoxsaylı fikirlər yer alır.
Sabunçu prokurorunun təsdiq etdiyi xitam qərarında isə Günel Mirzəyevanın dənizdə çimərkən boğulub öldüyü iddia olunur və cinayət işinin bu məqama istinadən sonrakı araşdırması dayandırılır.
Görəsən, Sabunçu prokuroru üzgüçü Həbib Axundovdan soruşubmu ki, Günel Mirzəyevanı niyə xilas etməyib? Ümumiyyətlə, Həbib Axundov Günel Mirzəyevanı xilas etmək istəyibmi? Belə bir niyyəti olubmu? Buna çalışıbmı?
Bundan başqa, FHN-dən verilən açıqlamada digər diqqətçəkən məqam da var:
- Yaxta dövlət qeydiyyatına alınan zaman ona keçirilmiş texniki baxış nəticəsində “istismara yararlı” qiyməti verilmişdir. Sözügedən yaxtanın 8 nəfər sərnişin götürmə qabiliyyəti var, 8 sayda xilasedici jilet və 1 sayda dairə ilə təchiz olunub.
Sabunçu prokurorluğunda bu məqama da nədənsə diqqət yetirilməyib. Əgər yaxtada 8 ədəd xilasedici jilet olubsa, Günel Mirzəyevanın əynində həmin jiletlərdən niyə olmayıb? Onun əynində jilet olmayıbsa, buna görə yaxta sahibi Həbib Axundov məsuliyyət daşımır?
Bu qədər suallar ortada ikən, Günel Mirzəyevanın ölümündə kriminal izlər qırmızı xətlə seçildiyi bir vaxtda Sabunçu prokurorluğu işə xitam verib. Halbuki bu sualların cavabı mütləq ortaya qoyulmalıdır.
Günel Mirzəyevanın ölümünün 4-cü ilində üzə çıxan digər bir məqam da həmin gün yaxtada onunla birgə olanların kimliyi ilə bağlıdır. Yaxtada Günel Mirzəyevanın olma səbəbi heç şübhəsiz ki, Həbib Axundov olub. Onlardan başqa Lalə Hüseynova, İnna Mozqalina, Vadim Milyuçenko, Roman Ramazanov və Eynar Allahverdiyev də yaxtada olublar. Elə bu adamların da dindirilməsi ortalıqda olan suallara aydınlıq gətirə bilər.
Həbib Axundovun anasının səfir olması da heç nəyi dəyişmir. Günel Mirzəyevanın sirli ölümü nəhayət ki, araşdırılmalıdır. Xüsusən də həyat yoldaşından boşanmış Mirzəyevanın boğularkən hamilə olması iddialarının da diqqətə alınması dəhşətli cinayətin açılmasına təkan verə bilər!
Mövzunu davam etdirəcəyik.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 2024 10:49
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- İtaliyada XVI əsrə aid qadın VAMPİR-in siması bərpa edildi
25 mart 2024 10:42
- 1970-ci ildə Bakıda qeyd olunan Novruz şənliyindən görüntülər (VİDEO)
25 mart 2024 09:51
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06