DTX işçisi HƏBS olundu - 20 min
14 il Dövlət Təhlükəsizliyi Xidmətində işlədikdən sonra özünü yüksək vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən Süleyman Ağayevə hökm oxunub.
Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmədə çıxış edən S.Ağayev özünü qismən günahkar bilib. O bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətində 2004-2018-ci illərdə işləyib: "2020-ci ilin avqust ayında Bakıxanov qəsəbəsində tanışım Murad vasitəsilə onun yaxını Emin Sultanov və atası ilə görüşdük. O, Ədliyyə Nazirliyində işə düzəlmək istəsə də, bu alınmamışdı. Təklif etdim ki, ona DTX-də kiçik gizir kimi iş təşkil edim. Bunun üçün 20 min manat məbləğ istədim.
Dedim ki, bu pulun 10 min manatını indi, qalanını işə düzəldikdən sonra verəcəksən. Həmçinin aylıq 1 600 manat maaş alacaqsan. Sonra isə ondan sənədlərini aldım. 2 ədəd 3x4 fotoşəkil, tərcümeyi halını istədim. Ona doldurmaq üçün bir blank verdim. 2-3 gün sonra görüşüb ondan 10 min manat pulu aldım. Sonra isə zəng edib dedim ki, işin tezləşməsini istəyirsənsə, mənə daha 5 min manat verməlisən. Razılaşdıq və bir neçə gün sonra ondan bu pulu da aldım.
Həmçinin yaxın qohumları haqqında məlumatları da gətirməli olduğunu bildirdim. Lakin Eminə demədim ki, səni kiminsə vasitəsilə işə qəbul etdirəcəyəm. DTX-yə qəbulun imtahanla olmadığını bilirəm. Lakin Emini müsahibə üçün kurslar vasitəsilə yox, özüm hazırlaşdırırdım. Etdiyim əməldən peşmanam”.
Zərərçəkmiş Emin Sultanovun atası A.Sultanov bildirib ki, Süleyman onlara DTX-də yüksək vəzifədə işlədiyini və tabeliyində 25 əməkdaşı olduğunu deyib: "Hətta bizə qırmızı rəngli vəsiqəsini də göstərdi. Dedi ki, 20 min manat versəniz, oğlunuzu işə düzəldərəm. Avqustun 26-da görüşüb ona 10 min manatı verdik. Ondan sonra uzun müddət səs çıxmadı və soruşanda deyirdi ki, ölkədə müharibə var, bu vəziyyətdə çətindir, DTX işçiləri işdə deyillər. Müharibə bitdikdən sonra məsələni həll edəcəyəm.
2021-ci ilin fevral-mart aylarında oğlumun əmrinin çıxacağını dedi. Fevralın 23-ü axşam saatlarında Süleymanın yaşadığı evə getdikdə isə bizə bildirdi ki, mən DTX əməkdaşı deyiləm, sizi aldatmışam”.
O əlavə edib ki, Süleyman onlara pulunu hələ də qaytarmayıb.
Hakim Samir Əliyevin sədrliyi ilə keçən məhkəmədə Süleyman 7 il azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Oxşar xəbərlər
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 2024 18:40
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 2024 22:31
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- İmran Əliyev həbs edildi
19 aprel 2024 20:39
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 2024 11:06
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 2024 10:08
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 2024 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
Xəbər lenti
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
Video & Fotoqalereya
Video
Fotoqalereya