Tahir Budaqov "Ahıllar klubu"nda "budama"..
Məmləkət üçün "Qordi düyünü"nə çevrilmiş Qarabağ münaqişəsindən Vətən igidlərinin qanı-canı hesabına qurtulduqdan sonra hamını bir sual düşündürür, görəsən ikinci ümummilli bəlamız - korrupsiya və məmur özbaşınalığöından, dövlət və millət malı yeyənlərdən nə zaman qurtulacağıq? Kimisi də buna islahat adı qoyaraq təkamül yolu ilə tədricən bu sahədəki biabırçılıqların nizama salınmasının mümkünlüyündən danışır. Yəni hamının tamarzı olduğu şey əslində çörək, iş yeri, dövlət qayğısından daha çox vətəndaş məmnunluğuna səbəb olacaq köklü islahatlar, loru dildə desək, cəmiyyətdə mənf reputasiyası ilə tanınan məşhurların qol-budağının "budanaraq" yavaş yavaş gözdən-könüldən uzaqlaşdırılmasıdır.
Budaqdan söz düşmüşkən, hakim partiya sonuncu qurultayla idarəetmənin başına gətirdiyi Tahir Budaqovdan da hamı islahat gözləyir. YAP-da ilişib qalmış, yaxud hanısa yollarla kürsüyə sahiblənmiş təqaüd yaşı çoxdan çatanların istirahətə göndərilərək bir vaxtlar "Ahıllar klubu" adını almış bu partiyanın gəncləşdirilməsi Tahir Budaqov qarşısında duran ən ümdə vəzifə və problemdir. Ona görə problem deyirik ki, YAP Xətai rayon şöbəsinin sədri Hüseynbala Mirələmovun "nadinc əl" rüsvayçılığından sonra Bakının 13 rayonunda YAP təşkilatlarına rəhbərlik edən şəxslərin siyahısını saf-çürük edəndə Tahir Budaqov üçün bu yolasalma prosesinin heç də asan keçməyəcəyi görsənir.
Şuluq partiya funksionerlərindən biri də Yasmal rayon təşkilatının 73 yaşlı sədri Tağı Əhmədovdur. Yox, kimsə elə zənn etməsin ki, Hüseynbala kimi onun da hansısa şuluq hərəkəti ifşa olunub. Məsələ burasındadır ki, Tağı müəllimin şuluqluğu daha çox onun dilindədir və zamanında bir kitablıq duzlu-məzəli fikirləri ilə ictimai fikirə özünü şuluq adam obrazında tanıda bilib. Deyilənə görə, Tağı müəllim pul qazanmağı bacaran adam olub və özünə yaxşı gün-güzəran qura bilib. Amma kimsə onun milyonçu olduğunu ağlının ucundan da keçirməyib. Bəlkə də Eldar Mahmudovun vaxtilə onu 3 milyon manat xərcə salması üzə çıxmasaydı, kimsə Metropoliten rəisinin milyonlara sahib olan biri olduğunu ehtimal etməzdi. Amma bəlli oldu ki, Tağı müəllimdən də şuluq adamlar varmış və Akif Çovdarov onu oğlanları ilə təhdid edərək sözün bütün mənalarında əməlli - başlı tərlədib. Elə ki 2015-ci ilin ssonlarında çərxi fələk tərsinə dövran etdi və Eldar Mahmudov - Akif Çovdarov tandeminin kitabı bağlandı, Tağı müəllim fəryad etdi ki, mənim pullarımı qaytarın. Amma təbii ki, o pulları kimsə qaytarası deyildi və bu günədək bəlkə də həmin milyonların xiffəti onun dincliyini əlindən alıb. Görünür elə ona görə son vaxtlar sağlıq durumunda ciddi problemlər yaranan Tağı müəllim öz canının hayında qalmaq məcburiyyətindədir. Amma di gəl ki, zalım oğlu kreslodan imtina edənə oxşamır. Halbuki bir oğlu Nizami rayon məhkəməsinin hakimi, o birisi diplomat olan Tağı müəllimin 3 milyonunu Akif Çovdarov çırpışdırsa da dar gün üçün kifayət qədər tədarükü olmamış deyil, yəni təqaüdə möhtac deyil. Ona görə də bundan sonra Allahın verdiyi ömürü nəvələrinə həsr etməli olan Tağı müəllimin kreslo inadkarlığı cəmiyyət tərəfindən heç də xoş qarşılanmır. Kim bilir, bəlkə də yanılırıq və tezliklə, o istefa mədəniyyəti ilə həmkarlarına nümunə olacaq. Amma adamın heç inanmağı gəlmir...
Növbəti yazılarımız YAP-ın digər rayon təşkilatlarının "pensioner" sədrlərinə həsr ediləcək. Niyyətimiz heç də onları ictimai qınaq hədəfinə gətirmək deyil. Sadəcə Tahir Budaqova YAP-dan hansı ağır mirasın qaldığını ortaya qoymaq, hakim partiya daxilində islahatların xeyli ağrılı keçəcəyini indidən oxucuların diqqətinə çatdırmaqdır.
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Doldur piyaləmi Arazdan mənim - Sənət yoldaşları Rübabə Muradova haqqında
17 mart 2024 21:21
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- İlham Əliyev bu hərbçiləri təltif etdi - SİYAHI
11 mart 2024 13:08
- Azərbaycan hökumətinin ən gənc və ən yaşlı kadrı kimlərdir? (SİYAHI)
20 fevral 2024 10:17
- Moskvada 7 azərbaycanlı bacı-qardaşın ccinayətkar şəbəkəsi- Yaşlı insanları öldürüb evlərini ələ keçiriblər
18 fevral 2024 11:39
- Hökumətin yeni tərkibi təsdiqləndi - Siyahı
16 fevral 2024 19:45
- Nazirlər nə vaxt istefaya gedir?
9 fevral 2024 22:32
- Daha bir hərbiçimiz şəhid oldu
28 yanvar 2024 11:41
- Prezidentliyə namizədlərin ilk debatı başladı - Video
15 yanvar 2024 21:39
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41