Rusiyada 120 min azərbaycanlı qeyri-qanuni yaşayır
Bir müddət öncə MDB-nin Parlamentlərarası Assambleyasında çıxışı zamanı Rusiyanın daxili işlər nazirinin müavini Aleksandr Qorovoy MDB-yə üzv ölkələrin Rusiyada qanunsuz olaraq yaşayan vətəndaşlarının 15 iyuna qədər bu ölkədən çıxarılması ilə bağlı tələbini açıqlamışıdı.
Nazir müavininin slaydda nümayiş etdirdiyi statistikaya görə, bu gün Özbəkistanın 332 min, Tacikistanın 247 min, Ukraynanın 152 min, Azərbaycanın 120 min, Qırğızıstanın 115 min, Ermənistanın 61 min, Moldovanın 56 mini, Qazaxıstanın 49 min vətəndaşı Rusiyada qeyri-qanuni yaşayır. Artıq 15 iyuna az vaxt qalır.
Lakin pandemiya səbəbindən təyyarə biletlərinin həddən artıq baha və sərhəd qapılarının da bağlı olması azərbaycanlıların vətənə qayıtmasına çox ciddi əngəl yaradır. Bununla bağlı Azərbaycan dövləti hansı tədbirləri nəzərdə tutur? Camaat arasında belə söz-söhbət gəzir ki, guya iyunun 1-də Azərbaycan-Rusiya nəzarət buraxılış məntəqəsi açılacaq. Bu məlumat nə dərəcədə doğrudur?
Rusiyada yaşayan həmyerlilərimizdən birinin Qaynarinfo-ya verdiyi məlumata görə, sentyabrın 15-dən sonra ölkədən çıxmasa, 3500 manat cərimə ödəyəcək:
"Burada camaat pis gündədir. Vətəndaşlarımızın böyük əksəriyyətinin maddi imkanı yoxdur. Quru yolu bağlıdır. Bundan əlavə, Türkiyə ilə də sərhəd bağlıdır. Sənəd düzəltdirmək mümkünsüzdür. Sentyabrın 15-dən sonra ölkədən çıxmayanlara 150000 rubl cərimə və ya cinayət məsuliyyəti var. Vəziyyət çox pisdi. Nə vaxtdı çalışıram, hec nə edə bilmirəm”.
İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, bu məsələ ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyi çox zəif işləyir:
"Bu vəziyyətə düşən yüzlərlə Azərbaycan vətəndaşı var. Bir çoxları onların saylarının 120 min olduğunu qeyd edib. Bu aylar ərzində onların bir çoxları çalışdılar ki, leqal sənədlər düzəldib, Rusiyada qalmaqda davam etsinlər. Onlar bilirlər ki, Azərbaycana qayıtsalar, iş tapmaqla bağlı problemlərlə qarşılaşacaqlar. Ona görə də onların bəziləri verilən müddətdən istifadə edərək öz vəziyyətlərini leqallaşdırmağa çalışdılar. Amma buna baxmayaraq, yenə də minlərlə vətəndaşımızın geri qayıtmağa imkanı yoxdur. Həm qanuni, həm də maddi. Ona görə də iyunun 15-dən sonra Rusiyanı tərk etməsi məcburiyyəti yaranacaq. Burada artıq Azərbaycan dövləti dövriyyəyə girməlidir. Azərbaycan səfirliyi Rusiya tərəfi ilə birgə işləməlidir. Bunların çarter reysləri ilə Azərbaycana gətirilməsi ilə bağlı qərar verilməlidir. Bundan əlavə, çarter reysləri çox ucuz olmalıdır. Və yaxud da bəzi ölkələrin təcrübəsini nəzərə alsaq, bu, pulsuz da həyata keçirilə bilər. Xüsusi bir dəmir yolu, xüsusi eşalonlar təşkil olunmalıdır. Pandemiyadan əvvəl Bakı-Moskva qatarları işləyirdi. Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi yolları axtarılmalıdır. Çünki o insanları taleyin ümidinə buraxmaq olmaz. Azərbaycan dövlətinin öz vətəndaşları qarşısında bir məsuliyyəti də var. Digər ölkələrin qeyri-leqal miqrantlarının da ölkədən çıxarılması ilə bağlı qərar verilib. Bu, təkcə Azərbaycana aid deyil. Amma görünən odur ki, Pakistan, Özbəkstan Xarici İşlər Nazirliyi bununla bağlı aktiv iş aparır. Amma Azərbaycan Xarici İşlər Nazirliyi və Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən bununla bağlı ciddi açıqlaması, araşdırmaların aparılması, siyahıya alınmasının həyata keçirilməsi ilə bağlı çox təəssüf ki, ictimaiyyətə açıqlama verilmir. Bu da nəticə etibarı ilə orada yaşayan azərbaycanlıların sanki vətənin, dövlətin onlara sahib çıxmaması hissini yaradır. Orada qalmaq istəyən vətəndaşlara Azərbaycan səfirliyi tərəfindən hüqiqi yardım göstərib, onların leqallaşmasına kömək elmək lazımdır. Orada həmçinin konsulluq xidməti də var ki, onlar da bu işlə məşğul ola bilərlər. Yaxud da heç cür leqallaşdırılması mümkün deyilsə, ya çarter rejsləri təşkil olunmalı, ya da Bakı-Moskva qatarı ilə bir necə min insanı daha ucuz qiymətə vətənə çatdırmaq mümkün olar. Rusiya ilə əlaqəli qurumlarla təmas qurulmalı və razılıqlar alınmalıdır ki, azərbaycanlılar ölkəyə qayıda bilsin”.
Oxşar xəbərlər
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 2024 08:37
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 2024 10:10
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Rusiyada millətçi çağırışlar – Kadırovdan etiraz gəldi
24 mart 2024 22:03
- Moskva terrorunda azərbaycanlı kişi və erməni xanımı da öldürülüb
24 mart 2024 20:47
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- 1 nömrəli qanuni oğru kor olub
24 mart 2024 19:59
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya