Şuşada yatmış idim, Top atdılar oyanmadım..
“Elə sovet dövründə tut arağının küpünə, erməni axçilərin ağuşuna girib İsa bulağında, Turşsuda div yuxusuna getdik ki, təzədən bizi qanımıza qəltan edib torpaqlarımızı da 30 il işğalda saxladılar...”
“Qarşıda “Böyük Qayıdış” proqramına uyğun olaraq büdcədən ayrılacaq milyonları, milyardları düzgün(!), səmərəli(!) xərcləyərək insanların o torpaqlarda daimi məskunlaşmasına şərait yaratmaq var axı...”
Məlum olduğu kimi, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun doğma Şuşasında "Xarıbülbül" musiqi festivalını izləyərkən yuxuya getməsi haqda xəbər və fotolar yayılıb.
Bu, Şuşa(!) icra başçısının dövlət əhəmiyyətli kütləvi tədbirlər zamanı qeydə alınan ikinci mürgüləməsidir...
Xatırladaq ki, Bayram Səfərov 2018-ci ildə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda da yuxuya getmişdi...
Dövlət məmurlarının tənbəl, yatağan olması heç xoşagələn hal deyil. Əslində yolverilməz haldır. Xüsusən də nazirlər, icra başçıları, ələlxüsus da əhalisi hələ də torpaqlarına qayıtmamış işğaldan azad rayonların icra başçılarının...
Bilirik, yuxu şirin şeydir. Özü də Şuşada, Cıdır düzündə Üzeyir bəyin “Koroğlu” üvertürasının möhtəşəm sədaları altında... Paa!..
Fəqət, Xankəndini, Malıbəylini, Quşçuları, Meşəlini, Kosaları, Kərkicahanı, Xocalını, Əsgəranı, Ağdərəni, Xocavəndi, Qırmızı Bazarı və s. düşmən qüvvələrdən sözün əsl mənasında azad etməmiş, Böyük Kirs, Bala Kirs, Sarıbaba, Qırxqız və s. zirvələrin tam nəzarətimizdə olmasına əmin olmamış Şuşada nəinki yatmaq, mürgüləmək, heç göz yummaq da haramdır, Bayram müəllim!..
Özü də belə mürgü vurmaq heç, işgüzar-maddi(!) baxımdan da Şuşa ilə yanaşı, Laçının, Kəlbəcərin, Xocalının, Ağdamın, Qubadlının, Zəngilanın, Füzulinin, Cəbrayılın, Xocavəndin və s. başçılarına da sərfəli deyil. Qarşıda “Böyük Qayıdış” proqramına uyğun olaraq büdcədən ayrılacaq milyonları, milyardları düzgün(!), səmərəli(!) xərcləyərək insanların o torpaqlarda daimi məskunlaşmasına, “ağıllı” şəhər, qəsəbə və kəndlər, böyük fermer təsərrüfatları, fabriklər, zavodlar qurulmasına şərait yaradaraq düşmənə növbəti gözdağı vermək var axı...
Atalar əbəs yerə deməyib:
"Yuxu - ölümün qardaşıdır", "Yatan aslan olsa da, fürəst oyağındır", "İlan yatar - düşmən yatmaz", "Düşmənə fürsət vermə, ayıq ol"...
Elə 1920-1930-cu illərdən sonra, sovet dövründə, yəni ermənilərlə “kirvə”ləşəndən, “qardaş”laşandan, ermənilərin çəkdiyi “göz yaşı” kimi tut arağının, Çartaz çaxırının küpünə, erməni axçilərin ağuşuna girib Şuşanın İsa bulağında, Turşsusunda, Laçının Turşsusunda, Kəlbəcərin İstisuyunda, Qubadlının Bərgüşadında, Zəngilanın çinarlığında və s. div yuxusuna getdik ki, təzədən bizi qanımıza qəltan edib torpaqlarımızı da 30 il işğalda saxladılar...
Yenidən azad Qarabağda eyni qaydada nəfsimizə uyub, ermənilərlə eyni “kirvəliyi”, axçilərlə eyni eyni eyş-işrəti yaşamaqdan əlhəzər!!.
Sultan Laçın
Oxşar xəbərlər
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- 32 kiloqram çəki atan Sonaxanım sirrini açıqladı
22 mart 2024 13:27
- Aybəniz Haşımovadan qızı Aynişana: Bilsəydim, səni bu dünyaya gətirməzdim
22 mart 2024 10:47
- Mənə bu qədər rəhmət oxunacağını gözləmirdim - Cavanşir Quliyev + VİDEO
22 mart 2024 10:00
- Day-dayım olsaydı, qısa zamanda … - Aysel Əlizadə
21 mart 2024 22:16
- Xalq artisti - Dedi ki, sizə erməni pasportu düzəldək və Ermənistanda heykəlini ucaldaq
20 mart 2024 14:16
- Prezident Xankəndi ilə bağlı faktları açıqladı
18 mart 2024 21:06
- Doldur piyaləmi Arazdan mənim - Sənət yoldaşları Rübabə Muradova haqqında
17 mart 2024 21:21
- Əhmədin Kreml sərgüzəşt-ləri – Çörçillin oğlu ilə mübahisə edib və...
17 mart 2024 17:43
Xəbər lenti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya