3 yaşında küçəyə atıldı, 19 “ana”sı tapıldı - Arif Quliyevin dəhşətli...
Uşaq evinə başqa uşaqların yanına valideynləri, qohumları gələndə Arif pəncərədən həsrətlə onlara baxırmış. Belə günlərin birində sinif yoldaşından noğul istəyir. Oğlan vermir. Arif otağına gedib, çarpayısına uzanıb iki gün ağlayır.
Kulis.az xəbərinə görə, xalq artisti Arif Əli oğlu Quliyev 16 may 1950-ci ildə o vaxtkı Əli Bayramlı, indiki Şirvan şəhərində anadan olub.
Üç yaşı olanda qara çarşablı bir qadın onu gətirib Mərdəkanda yerləşən uşaq evinin qarşısına qoyur. Arifə isə deyir ki, gedim, sənə peçenye alıb gəlirəm. Axşam saat 8-ə qədər üç yaşlı Arif uşaq evinin qarşısında həmin qadını gözləyir. Uşaq evinin müdiri işdən çıxıb evə gedəndə, qapının qarşısında üç yaşlı uşağı görür və məsələdən hali olub, onu uşaq evinə aparır.
Soyadı olmadığına görə onu pionerə keçirmirlər. Hər dəfə onun adı gələndə deyirmişlər ki, sən hələ gözlə. Arif bir kənara çəkilib yeni pionerlərə baxıb ağlayır. Onun Yəhya adlı müəllimi Arifə deyir ki, valideynin adı və familiyası olmadığı üçün onu pionerə keçirə bilmirlər. Arif daha çox ağlayanda, müəllim pis olur. Ona deyir, öz atamın adını və soyadını sənə verirəm. Atamın adı Əlidir, qoy, Əli sənin köməyin olsun. Bundan sonra onu pionerə keçirirlər.
Uşaq evinə başqa uşaqların yanına valideynləri, qohumları gələndə Arif pəncərədən həsrətlə onlara baxırmış. Belə günlərin birində sinif yoldaşından noğul istəyir. Oğlan vermir. Arif otağına gedib, çarpayısına uzanıb iki gün ağlayır. Bir neçə gündən sonra isə Xalq artisti Lütfiyar İmanova dördüncü sinif şagirdi kimi məktub yazıb ondan noğul istəyir. Bir həftə sonra Lütfiyar İmanov Arifə poçt vasitəsilə bir bağlama noğul yollayır. Arif həmin noğulları uşaq evindəki bütün uşaqlara paylayır. Ona noğul verməyən uşağı isə bir ağacın altında tək dayanan görür, yaxınlaşır, noğuldan bir ovuc həmin oğlanın ovcuna tökür.
1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumuna imtahan verir. İki imtahandan keçir, birindən kəsilir. Artıq internatda yaşamaq hüququ da başa çatdığından, küçədə qalan Arif çarəsiz halda texnikumun qarşısında dayanır. Oranın direktoru Cəvahir xanım Arifi görüb yanına çağırır, biləndə ki, onun heç kimi və qalmağa yeri yoxdur, Arifi özü ilə evinə aparır, paltarlarını yuyub xörək verir. Ertəsi gün isə onu texnikumun "Dram və kino aktyorluğu" fakültəsinə qəbul edir.
* * *
Arif Quliyev qocalar evinə gedəndə ora atılan ana və ataların qarşısında diz çöküb ağlayır, illərlə onlar kimi ata-ana axtardığını deyir. O, ömrünün sonuna qədər valideynlərinin həsrətini çəksə də, valideynləri onu atdığına görə heç vaxt onları qınamayıb. Əksinə onu dünyaya gətirdikləri üçün valideynlərinə can sağlığı arzulayıb.
1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilir. Burada işləyən vaxt Mərkəzi Komitənin tədbirində teatrın çıxışı nəzərdə tutulur. Aktyorlardan biri xəstələndiyi üçün Arif Quliyev səhnəyə tək çıxmalı olur. Gənc aktyorun çıxışı birinci katibin çox xoşuna gəlir. Bu çıxışdan sonra katibin göstərişi ilə Arifə mənzil verilir.
* * *
1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olur. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilir. Günlərin birində Arif teatrla birgə Tibb Texnikumunda keçirilən konsertdə iştirak edir. Zalda çıxış edən zaman o, hamı gülsə də, zalda irəli sıralarda əyləşən bir xanımın gülmədiyini görür. Bir müddət əvvəl avtobusda tanış olub, sonradan itirdiyi xanımı tanıyır və onu tapdığına sevinir. Sonra onun haqqında maraqlanır. Sevdiyi qıza elçiliyə getməyə Arifin heç kimi olmadığından işlədiyi Musiqili Komediya Teatrının aktyorları Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Eldəniz Zeynalov, Səyavuş Aslan onun elçiliyi üçün Gülzar xanımgilin evinə gedirlər. Evə girəndə Arif Quliyevin şəkli olan afişanı görürlər. 1977-ci ildə Gülzar adlı həmin xanımla ailə həyatı qurur. Toyunun tamadası Eldəniz Rəsulov olur. Bu evlilikdən onların iki oğlu, bir qızı dünyaya gəlir.
* * *
Toy ərəfəsində bir qadın onun yanına gəlib, anası olduğunu deyir. Arif onun dediyi nişanələrə əhəmiyyət vermədən, həmin qadını anası kimi qəbul edib, onunla ünsiyyət qurur, toyuna dəvət edir. Sonrakı illərdə isə özünü Arifin anası hesab edən on doqquz qadın ona müraciət edir. Arif onların hamısını ana kimi qəbul edir, heç birinin xətrinə dəymir.
* * *
Arif Quliyevin oğlu Fərid günlərin birində dostları ilə birlikdə Fariz adlı bir gəncin ölümünə bais olur. Fərid həbs olunur, uzun illik həbs həyatı və vərəm xəstəliyi Fəridin həyatdan erkən köçməsinə səbəb olur. 2012-ci ildə Arif Quliyev oğlunu torpağa tapşırır. Bu barədə o, mətbuata verdiyi açıqlamasında deyir: "Oğlum belimi qırdı. Onun yoxluğu ilə barışmaq dözülməzdir. Allah heç bir valideynə övlad dərdi verməsin.”
* * *
Müxtəlif film və tamaşalarda yaddaqalan obrazlar yaradan aktyor 1982-ci ildə Respublika Gənclər mükafatına, 1989-cu ildə əməkdar artist fəxri adına, 1993-cü ildə "Humay" mükafatına və xalq artisti adına layiq görülüb. Arif Quliyev 7 may 2021-ci ildə koronavirus xəstəliyindən vəfat edib.
Oxşar xəbərlər
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 2024 22:41
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- İlham Əliyev Putinə zəng etdi
24 mart 2024 20:37
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
- Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO
24 mart 2024 05:58
- Terror zamanı Müslüm Maqomayevin də muzeyi yanıb ...
23 mart 2024 17:53
- DƏHŞƏT: Ayaqyoludan 28 meyit tapıldı, analar uşaqlarını...TERROR
23 mart 2024 15:51
- Emindən ilk - Reaksiya
23 mart 2024 08:04
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya