- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
Amerikanın “erməni planı” və Cümhuriyyətin tanınmaması
Bir neçə gün öncə Zəngəzurun ermənilərə verilməsinin Amerika planlarından biri olduğuna dair yazdığım statusa bəzi insanlar irad tutdular. Əslində bu yazı bu gün Amerika Prezidenti Baydenin çıxışı zamanı "erməni soyqırımı” ifadəsini işlədəyəciyinə proqnozlaşdırılmış idi. Bir neçə müddət idi ki, biz bilirdik ki, ABŞ Türkiyə, dolayası olaraq da Azərbaycana təsir kimi ermənilərə dəstək verəcək idi. Bu hadisəni gözləyirdik. Amerika bu gün özünü Rusiya ilə düşmən kimi göstərsə də əslində ikisinin də erməni məsələsində marağı eynidir. 1856-cı ildə dünyada erməni məsələsi çıxan gündən bəri Amerika və Rusiya ermənilərə dövlət yaratmaq, Osmanlıları parçalamaq uğrunda eyni cəhbədə dururlar. 1827-ci ildə Amerika və Rusiyanın erməni məsələsində mövqeyi belə idi: " erməni amilindən yararlanaraq Osmanlı dövləti ilə Azərbaycanın və burdan da Mərkəzi Asiya daxil olmaqla Çinə qədər olan bir ərazidə türk yolunun, məcazi mənada desək, sərhədlər arasında əlaqəni kəsmək.”
Rusiya Federasiyası dövlət arxivində olan F. 841, L. 7, D, 290, s. 38; RFDTA, F. 821, L. 7, D. 220 sənədin 41-ci səhifəsində qeyd olunur: "Ermənilərin irqçiliyi; öz dininə bağlılıq, tamahkarlıq, ehtiyatlılıq, hər şeyi görən, pula inam, var-dövlət və kapital qarşısında bir qul kimi tabe olma şəklindədir. Məhz bunlar ermənilərin əsas xüsusiyyətləridir ki, Rusiya və Amerika bundan yararlana bilər” ABŞ-da Erməni Milli İttifaqının 1919-cu ildə ermənilər haqqında "Ermənistan işi" adı ilə nəşr etdiyi bir əsərdə yuxarıdakı layihə əsasında qərar və "Böyük Ermənistan" xəritəsi də təsdiq edilmişdi. Amerikanın Batum konfransında ermənilərə dəstəyin kökündə aşağıdakı fikirlər üstünlük təşkil edirdi: "Ermənistan”a veriləcək ən kiçik hüquqlu muxtariyyət belə 5 il sonra əhalisi 5 milyon olan bir dövlətə çevriləcək və nəticədə Qafqazda hakim vəziyyətə gələrək "Şərqin Bolqarıstanı" olacaqdır. İran və Amerikada yaşayan bütün ermənilər oraya köçüb gələcək”.
Hətta 1918-ci ildə Qafqazda Azərbaycan Cümhuriyyəti və Gürcüstan dövləti yaratmaq barədə gedən danışıqlar zamanı regionda Ermənistan adlı dövlətin yaradılması Amerika və Rusiyanın təkidi ilə həyata keçirildi. Bu barədə https://www.azadliq.az/.../tarixin-sandigindan-irevanin.../ yazımda geniş izah vermişəm. Keçək Azərbaycan Cümhuriyyətinin yaradılmasından sonra onun tanınması məsələsi çox vacib idi. Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsindən sonra qırımızı terror ordusunun yaxın ərazidə dövlətləri işğal edəcəyi artıq 1919-cu ildə bəlli idi. Bunun qarşısının alınmasının çıxış yolu Cümhuriyyətin Amerika, Britaniya, Fransa, Almaniya, Yaponiya kimi dövlətlər tərəfindən tanınması idi və bu tanınma işi də Paris Sülh Konfransında iştirak edən Əlimardan bəy Topçubaşinin üzərinə qoyulmuş idi. ABŞ-da fəaliyyət göstərən "Müstəqil Ermənistanın Amerika Komitəsi” bu ölkənin siyasi dairələrində Azərbaycan haqqında böhtan və yalan yaymaqla məşğul idi və bu Azərbaycan xalqını gözdən salmağa yönəlmişdi. Azərbaycan hökuməti ermənilərin bu cür məqsədlərini ifşa etmək və Azərbaycanla bağlı həqiqətləri Amerika ictimaiyyətinin diqqətinə çatdırmaq üçün bu ölkədə lazımi təbliğat aparmağı vacib hesab edirdi. Çünki bu müqaviləyə qədər Topçubaşov şəxsən Amerika Prezidentinə yaxın adamlardan biri ilə görüşmüş idi. Bu şəxs Amerika hərbi dairələrinə və şəxsən prezident V.Vilsona yaxın olan mister Braun idi. O, İstanbulda Ə.Topçubaşovu və onun katibi Rəhim bəy Vəkilovu qəbul etdi. Ə.Topçubaşov özünü Azərbaycan dövlətinin nümayəndəsi kimi təqdim edərkən Braun dedi: "Ax, Azərbaycan! Deməli, siz ermənilərdənsiniz?”. Ə.M.Topçubaşov 1919-cu il yanvarın 6-da ABŞ diplomatik nümayəndəsi Nassi ilə görüşünə baxmayaraq Amerikanın Azərbaycanı rəsmən tanıyacağına ümidlər azalırdı.
Buna görə də Azərbaycan hökumətinin razılığına əsasən, Ə.M. Topçubaşov Nyu-York şəhərindən olan hüquq məsləhətçisi Valter Çandlerlə iki müqavilə imzaladı. Müqavilənin şərtlərinə görə, V.Çandler Azərbaycan nümayəndə heyətinin təbliğat məsələləri üzrə hüquq məsləhətçisi təyin edilirdi və o, göstərilən müddət ərzində Azərbaycan Respublikasının milli maraq və mənafelərini müdafiə etmək missiyasını öz üzərinə götürürdü. Eyni zamanda, iqtisadçı Maks Rabinov da Azərbaycan nümayəndəliyində işə qəbul edildi və bu şəxs dünya qiymətlərinə uyğun olaraq, Azərbaycandan neft alınması və digər iqtisadi məsələlərlə məşğul idi. Onların ABŞ-da apardığı təbliğat kampaniyası, ABŞ prezidenti Vudro Vilsona təsiri nəticədə ABŞ belə hesab etdi ki, yeni yaranmış dövlətlərin tanınmasına heç bir maneə yoxdur, amma bunu rəsmi şəkildə bildirmədi. Yanvarın 10-da Azərbaycanı qalib dövlətlərdən İtaliya, Fransa və Böyük Britaniya tanıdı, ABŞ və Yaponiya isə tanımadılar, çünki hesab etdilər ki, öz dövlətləri ilə məsləhətləşməlidirlər, onlarda belə bir səlahiyyət yoxdur. Yalnız 1920-ci il fevralın 7-də Yaponiya Azərbaycanı müstəqil ölkə olaraq tanımaq haqqında qərara qoşuldu. Amma Rusiyanın parçalanmasını istəmədiyi üçün ABŞ bu qərarı dəstəkləmədi. Əvəzində isə Amerikaya səfər edən 1918-ci ildə qurulan Ermənistan hökümətinin ilk baş naziri və Daşnaksutyun Partiyasının da lideri Hovanes Kacaznuni, Enfiadcyan və Piralovla görüşən Birləşmiş Ştatların Berlində keçmiş səfiri Ceyms Cerard Vilsonu və Amerika parlamentini "əzabkeş xristian erməniləri" və "xristian məbədlərinin" qorunmasına inandıra bilmişdi.
Bundan irəli gələrək Amerika senator və nümayəndələr palatasının üzvülərinin təsiri ilə dörd bənddən ibarət qərar qəbul edilmişdi və bu bəndlərə daxil idi” Ermənistan Respublikası Birləşmiş Ştatlar tərəfindən tanınsın; 30 min nəfərlik ordunu saxlamaq üçün Ermənistana ərzaqla, silahla və hərbi sursatla yardım göstərilsin; ABŞ-da yaşayan ermənilərə 10 min nəfərlik könüllü legion təşkil etməyə icazə verilsin, eyni zamanda İstanbul və Bolqarıstanda da 10 min nəfərlik erməni legionu təşkil edilsin və bu konüllü legionlar Ermənistana göndərilsin; Ermənistanın müstəqilliyi, Şərqi Anadolunun "erməni vilayətləri" və Kilikiyanın da daxil olduğu Ermənistan dövlətinin yaradılması haqqında hazırlanmış qətnamə ABŞ Senatından keçirilsin.”
Paris Sülh konfransında da Azərbaycan nümayəndə heyətini prezident V.Vilson qəbul etdi. Görüş zamanı Ə.M.Topçubaşov Qafqaz Azərbaycan Respublikası nümayəndələrinin memorandumunu Amerika prezidentinə təqdim etdi. Memorandum qısa tarixi-siyasi səpkidə hazırlanmışdı. Orada Qafqazda və ölkəmizdə cərəyan edən siyasi proseslər təsvir olunduqdan sonra Azərbaycan nümayəndələrinin altı bənddən ibarət tələbləri də öz əksini tapmışdı. Görüş zamanı V.Vilson Azərbaycan haqqında xeyli məlumat aldığına çox şad olduğunu bildirdi. Lakin Azərbaycanın müstəqilliyinin tanınması açıq saxlanıldı. O yenə də ermənipərəst mövqedə qalaraq gənc Cümhuriyyətin müstəqilliyini tanımaq istəmədi.
1920-ci il yanvarın 11-də Avropanın Müttəfiq və Birlik Ölkələri Ali Şurası Azərbaycan və Gürcüstan hökumətlərinin birlikdə müstəqilliyini de-fakto səviyyəsində tanıdılar. Amma ABŞ nümayəndələri bildirdilər ki, öz hökumətlərinin fikrini öyrənməlidirlər. Nəticədə Birləşmiş Ştatlar rəsmi surətdə bundan imtina etdi. Əvəzində 1920-ci il aprel ayının 23-də ABŞ Ermənistan Respublikasını de-fakto tanıdı.
Hətta 1991-ci ildə Azərbaycan sovetlər dağılandan sonra müstəqliyyini təkar bərpa edəndə Amerikanın Azərbaycana münasibəti mənfi idi. 1992-ci il aprelin 3-də ABŞ prezidenti Corc Buş Konqresə müraciət edərək, yenicə dövlət müstəqilliyi əldə etmiş keçmiş sovet respublikalarına yardım göstərmək barədə qanun qəbul olunması təşəbbüsü ilə çıxış etmişdi. "Azadlığa Dəstək Aktı” adlanan qanun keçmiş SSRİ-nin 12 ölkəsinə yardım edilməsi nəzərdə tutulan layihəyə 907-ci düzəlişin əlavə edilmidi. Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan Düzəliş ilk dəfə 1992-ci ildə Azərbaycan tərəfindən Dağlıq Qarabağın "işğalı” və Ermənistana qarşı "blokada”sını dayandırmaq məqsədilə Senator Con Kerrinin və konqresmen Ueyn Ouens tərəfindən irəli sürülmüş və Konqres tərəfindən qəbul edilmişdir. Hətta bundan bir neçə il sonra, baxmayaraq ki, Amerika Azərbaycanın müstəqilliyini tanımışdı, diplomatik əlaqələr qurulmuşdu, yenə də Demokrat Partiyasından olan senator Con Porterin təklifi ilə hazırlandığına görə "Porter əlavəsi” adlandırılan qanun layihəsində 1997-ci il üçün Azərbaycana yardım nəzərdə tutulsa da, bu əlavədə Dağlıq Qarabağ ayrıca, müstəqil tərəf kimi qeyd olunurdu. ABŞ qaynaqlarının rəsmi statistikasına görə təkcə 1993-2006-cı illərdə Ermənistan Amerikadan 1,717 milyard dollar yardım alıb ki, bunu da əhali üzrə böldükdə isə Ermənistan digər postsovet ölkələrini qat-qat üstələyir. Azərbaycan tərəfi ABŞ-ın bütün regional və geostrateji maraqlarını təmin etməsinə baxmayaraq, bu superdövlətin tətbiq etdiyi ikili standartlardan yaxa qurtara bilmir. Məntiqdən uzaq olsa da, bu gün təcavüzkar Ermənistan isə dəstəklənir və Birləşmiş Ştatların ayırdığı yardımlardan gen-bol bəhrələnir. Uzun illər ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ, Rusiya və Fransa ilə əlbir olub ermənilərə dəstək verərək münaqişənin həll olunmasında əngəllər yaradıb.
ABŞ birbaşa Azərbaycana silah və hərbi texnologiya satmaqdan imtina edir. ABŞ Azərbaycandan milyonlar qazanmasına baxmayaraq isə Ermənistanı qucağında isti yerdə otuzdurub bəsləyir. İndi bu dövlətin Azərbaycanda demokratik ideyalar yaymaq niyyətinə necə inanasan? Ermənistana balası kimi baxan bir superdövlət Azərbaycana qarşı niyə ikili standartlar tətbiq edir?
Səbəb bəllidir.
Baydenin isə soyqırım sözünün işlətməsi isə Azərbaycan və Türkiyəyə heç nə edəsi deyil. Bu siyasətdən uduzan Amerika və Rusiya biznesi olacaq..
Dosent Zaur Əliyev
Oxşar xəbərlər
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 2024 09:49
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 2024 15:24
- Erməni çoban sürüsü ilə Azərbaycan ərazisinə keçdi, atışma başladı, yaralı var ...
10 aprel 2024 19:48
- Ulu öndər Heydər Əliyevin əmiləri soyqırımı cinayətlərinə məruz qalıblar – FOTO/VİDEO
9 aprel 2024 06:18
- Qırğızıstan cinayətkar qrupun 5 üzvünü Azərbaycana təhvil verdi - Video
8 aprel 2024 10:29
- Gözlərinə mismar vurulub diri-diri basdırılanlar: Yaşı bir əsri ötən dəhşətli faciənin hekayəsi (VİDEO)
31 mart 2024 12:37
- 31 Mart soyqırımından 106 il ötür
31 mart 2024 12:22
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 2024 23:09
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
Xəbər lenti
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04
- Kür çayında batan ata və altı yaşlı qızının FOTOSU
13 aprel 10:05
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 09:29
- Çingiz Abdullayev xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır
13 aprel 08:38
- Əməkdar artist vəfat etdi
12 aprel 21:21
- Günəş "öləndə" nələr baş verəcək?
12 aprel 21:03
- Türkiyədə 2028-ci il seçkiləri: Əkrəm İmamoğlu, yoxsa Səlcuk Bayrakdar?
12 aprel 12:56
Video & Fotoqalereya
Video
Fotoqalereya