Eldar Mahmudovun hərəkət trayektoriyası məhdudlaşdırıldı
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı qeyri-müəyyənlik arxa plana keçmək üzrədir. 2015-ci ilin oktyabrında, parlament seçkilərinə 2 həftə qalmış vəzifəsindən qəfil alınan Eldar Mahmudovun taleyi bir neçə dəfə çox ciddi şəkildə müzakirə mövzusu olub. Bu günə qədər sabiq nazirin həbs ediləcəyi ilə bağlı xeyli məlumat yayılıb. Eldar Mahmudovun hələ "MTN işi”nin ilk günlərində dövlət çevrilişinə hazırlaşdığı barədə iddialar yayılmışdı. Onun bu səbəbdən işdən çıxarıldığı və komandasının zərərsizləşdirildiyi deyilirdi. Bu iddiaların heç biri rəsmi şəkildə təkzib olunmayıb.
Onun azadlıqda qalması istər ictimaiyyətdə, istərsə də hakimiyyət daxilində ciddi narazılıq yaradıb. İctimaiyyət, xüsusən də bu və ya digər şəkildə yolu "mahmudovçularla” kəsişmiş sahibkarlar, məmurlar onun cəzasız qalmasını özlərinə təhlükə olaraq hiss etməkdədirlər. Eldar Mahmudovun həbsə aldığı Səid Dadaşbəyli və onunla birgə həbs edilənlər da bu sıradadır. Dadaşbəyli hazırda Eldar Mahmudova qarşı şikayət hazırladığını açıqlayıb. Hakimiyyətdə də bunu bilməmiş deyillər. Üstəlik, böyük bir güc nazirliyini rüşvət və korrupsiya yuvasına çevirmiş, dövlətin onurğa sütununa zərbə vurmuş bir nazirin azadlıqda qalması ilk növbədə dövlətin ziyanına işləyən amildir. 2017-ci ilin noyabrında Eldar Mahmudovun saxlanılmasına cəhd oldu. Onu Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə bir neçə dəfə çağırdılar. Məlum oldu ki, Eldar Mahmudovu cinayət işi üzrə dindiriblər. Bu dindirmədən əvvəl isə MTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudovu həbs etmişdilər. Vüqar Mahmudov Eldar Mahmudovun əmisi oğlu olmaqla bərabər onun köməkçisi olaraq sahibkarlardan aylıq toplanan xəracın bank hesablarına yerləşdirilməsi ilə məşğul olan biri kimi ad çıxarıb. Sonradan Vüqar Mahmudov həbsdən azad edildi. Bundan sonra hər kəsdə əminlik vardı ki, bir daha Eldar Mahmudov mövzusu gündəmə gəlməyəcək. Amma aprelin əvvəlində Eldar Mahmudovun komandasının ən önəmli fiqurları, sabiq idarə rəisləri, generallar Mövlam Şıxəliyev və Nizami Şirinov Cinayət Məcəlləsinin ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə, sübutları saxtalaşdırma, ağırlaşdırıcı hallarda rüşvət alma, ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham edilib qandallandılar.
Bundan sonra sabiq MTN şefinin başı üzərindəki qara buludlarının asanlıqla çəkilməyəcəyinə yəqinlik yaranıb. Artıq məlumatlar var ki, Eldar Mahmudov nəzarətə alınıb, hərəkət trayektoriyası məhdudlaşdırılıb. Generallarının bu dəfə onu ələ verəcəkləri istisna deyil. Çünki bir neçə il sonra yenilənmiş istintaq yalnız iki generalın həbsi ilə məhdudlaşmaya bilər.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl "Yeni Müsavat”a deyib ki, Eldar Mahmudovun həbsi üçün əsaslar illərdir ki, ortadadır: "Yəni onun ən yaxın çevrəsinə daxil olan 2 generalın həbsinə qədər də, 2015-ci ildə də istintaqa cəlb etmək mümkün idi. İndiki halda həbs edilən hər iki general, xüsusilə İstintaq Baş İdarəsinin rəisi ”açar fiqur"dur. Siyasi qərar varsa, Eldar Mahmudovun həbsi qaçılmazdır".
Ekspert deyir ki, Eldar Mahmudovun və onun komandasına daxil olan şəxslərin həbsində istintaq müddətinin bitməsi o dərəcədə əhəmiyyətli deyil: "Azərbaycanda 5-10 il əvvəl baş verən, istintaqa cəlbetmə müddəti bitən cinayətlər olub ki, belə işlər üzrə şəxsləri həbs ediblər. General Rövşən Əkbərovu 20 il əvvəl törətdiyi cinayətə görə həbs etdilər. Eldar Mahmudovla bağlı da proses məntiqi sonluğuna doğru gedir”.
Ekspert Səid Dadaşbəyli və onunla birgə məhkum edilən şəxslərin müraciətləri əsasında da Eldar Mahmudova qarşı ittihamı irəli sürülməsini istisna etmədi: "Belə bir şikayət-müraciət olarsa, Hərbi Prokurorluq Eldar Mahmudova qarşı cinayət işi başlaya bilər. Cinayət işini ona görə Hərbi Prokurorluq aparmalıdır ki, bu adamlar həmin işləri edəndə hərbçi olublar. Səid Dadaşbəylinin mətbuat üzərindən müraciətləri ilə yanaşı rəsmi qaydada şikayətləri də olmalıdır. Düzdür, KİV-də gedən materiallara istinad edib araşdırma apara, cinayət işi başlaya bilərlər”.
Oxşar xəbərlər
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
- Moskvadakı terrorda şübhəli bilinənlər belə həbs edildi –Saxlanılan zaman çəkilən FOTOLAR /VİDEO
23 mart 2024 14:36
- 7 uşaq atası olan bələdiyyə sədrindən işçisinə qarşı İYRƏNC ƏMƏL - VİDEO
22 mart 2024 18:32
- Sünbülə Əliyeva martın 20-də gecə saat 11 radələrində yaşadığı evdən aparılıb
22 mart 2024 18:26
- Azərbaycanda tanınmış şairi motosiklet vurdu: Ciddi xəsarət aldı - Foto
22 mart 2024 13:22
- Əsirlikdən qayıdan Ruslan Şəmkirdə yaxınları ilə bir arada - Video
22 mart 2024 12:07
- Ruslan ailəsinə qovuşdu
21 mart 2024 23:29
Xəbər lenti
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
Video & Fotoqalereya
Video
Fotoqalereya