Xanımını itirdi, özü şəhid oldu, qızı tək qaldı
Şəhid qanı axmayan torpaqdan Vətən olmaz!
Ölkənin, xalqın tarixini şəxsiyyətlər yaradır. Hər bir şəxs mərdliyin, cəsarətin zirvəsinə yüksəldikdə qəhrəmana çevrilir. İkinci Qarabağ Savaşı da Azərbaycan oğullarını bütün dünyada yenilməz qəhrəmana çevirdi.
Bu dəfə haqqında danışacağımız qəhrəman şəhid MAXE Rusif Asim oğlu Quliyevdir.
Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı ilə yaddaşlara həkk olunan cəsarətli döyüşçülərdən biri də Rusifdir.
Arayış: Rusif Asim oğlu Quliyev 1989-cu ilin sentyabrın 9-da Ağstafanın Yenigün kəndində anadan olub. 1996-2007-ci illərdə E.Mustafayev adına Yenigün kənd tam orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Rusif Quliyev 2007–2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Bir neçə il aradan sonra 2012-ci ildə yenidən hərbiyə qayıdıb. Rusif Quliyev 8 illik hərbi xidməti dövründə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.
O, 2020-ci il sentyabrın 27-dən torpaqlarımızın azad edilməsi uğrunda başlanan Vətən müharibəsində son damla qanına qədər döyüşüb.
Rusif Quliyev Vətən müharibəsində Murovdağ və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
Şəhidin bacısı Rəsmiyyə Quliyeva Modern.az-a Rusif haqqında daha ətraflı danışıb.
"Rusif şəhid olmaq üçün doğulmuşdu...”
- Ailədə üç övladıq: iki qardaş, bir bacı. Rusif ən balacamız idi. Rusiflə böyük qardaşım arasında dağlar qədər fərq vardı.
Rusif çox ağır xasiyyətli insan olub. Tərbiyəli, böyük-kiçik yeri bilən, ailəcanlı biri idi. Bəlkə də hər kəs qardaşıdı deyə belə dediyimi düşünər. Amma elə deyil. Heç şəkil çəkdirməyi sevməzdi. Məktəb müəllimləri, sinif, döyüş yoldaşları, qonşular, qohumlar Rusifdən danışanda mən bir daha qardaşımla fəxr edirəm.
Hərbiyə olan sevgisi uşaqlıqdan vardı. "Mən hərbçi olacam, vətənimi qoruyacam. Yeri gəlsə, torpaq üğrunda şəhid olacam” deyirdi. O sanki şəhid olmaq üçün dünyaya gəlmişdi...
"Aysel "ana hissi”ni yaşamadan dünyadan köçdü...”
- Rusif 2018-ci ildə sevdiyi Aysel xanımla ailə həyatı qurdu. 2019-cu ildə də Təranə adlı qız övladı dünyaya gəldi. Qardaşımın yoldaşı Aysel xanımın ürək qüsuru var imiş. Bu barədə nə qızın ailəsinin, nə də bizim xəbərimiz olub. Avqust ayında övladının dünyaya gətirdikdən iki ay sonra Aysel ürək problemindən vəfat etdi.
Onların ikisi də haqq dünyasındadır. Mən Ayseldən ağız dolusu danışa bilərəm. Aysel çox sakit, mehriban, gülərüz xanım idi. Nə onun ailəsini, nə də özünü yaxından tanımışıq, Bakıda yaşayırdı. Rusif özü tanıyıb, sevmişdi. Allah ona da, qardaşıma da qəni-qəni rəhmət etsin.
Evimizdə balaca bir problem olduğu zaman Ayselə ayan olurdu və qardaşımın yuxusuna girirdi.
Aysel də gözü arxada getdi. Analıq duyğusu bilmədən, övladının iyini hiss etmədən, "ana” deməsini eşitmədən dünyadan köçdü...
"Rusif qızına həm də Aysel gözü ilə baxırdı...”
- Bildiyimiz kimi, hərbçilər bütün günü təlimlərdə olurlar. Amma Rusif gün ərzində bir dəqiqə də olsa, zəng edib ailəsi ilə maraqlanardı. Həyat yoldaşı rəhmətə getdikdən sonra övladına biz baxmışıq. Zəng edib qızının nə yediyini, vəziyyətinin necə olduğunu soruşardı. Rusifdən danışmaq çox çətindir...
Vətən müharibəsi başlamazdan 10 gün qabaq Rusif evə gəlib qalın paltarlarını, yığdı və təlimə getdiyini dedi. Biz öyrəşmişdik, onlar hərbçi olduğu üçün demək olar ki, hər zaman təlimlərdə olurdular.
Vətən müharibəsi başlayanda öncə Murovdağ istiqamətində döyüşdülər. Müharibə ərzində hər zaman əlaqə saxlayırdıq. Danışırdıq, hal-əhvalını tuturduq. Ailəmizlə, övladı ilə maraqlanırdı. Torpaqlarımız azad olunduqca şad xəbəri ilk o bizə verirdi.
Ən çox övladının üzərində əsirdi. Sanki onu Ayselin xatirəsi, Ayseldən qalan yadigar kimi əzizləyirdi.
Son telefon zəngi, son görüş...
- Müharibə ərzində iki dəfə evə gəlmişdi. Sonuncu dəfə şəhid olmazdan iki gün qabaq - noyabrın 2-də evə gəldi. Bir az öncə dediyim kimi, o, şəkil çəkdirməyi sevməzdi. Amma sonuncu gəlişində şəhid olacağını sanki hiss etmişdi. Qızını qucağına aldı, şəkillərini çəkməyimizi istədi. Biz də təəccübləndik ki, nə yaxşı Rusif şəkil çəkdirmək istəyir.
Onun evdə saxladığı əlavə telefonu da vardı, amma kodda idi. Sonuncu dəfə evə zəng edəndə telefonun kodunu mənə dedi. Düzünü desəm, çox pis oldum. Çünki onun kodu deməyindən şəhid olacağını hiss etmişdim...
Son dəfə sağollaşanda anamı, övladını o qədər çox öpüb, iyini içinə çəkirdi. Övladına sonuncu dəfə görürmüş kimi baxırdı. Üzündə məyusluq, kədər vardı.
Hər zaman "Şəhid olanlardan artıq deyiləm” deyirdi. Sonuncu görüşümüzdən sonra əlaqə saxlaya bilməmişdik. Artıq düşünürdük ki, o istədiyi "Şəhidlik zirvəsinə” ucalıb.
Rusif döyüş zamanı ayağından yaralanıbmış, yaralı olsa belə, yoldaşlarını döyüş meydanından çıxarırmış. Sonuncu yaralını çıxaran zaman gülləyə tuş gəlib. Sən demə, həmin yaralı əsgər də Rusiflə eyni adı daşıyırmış.
Noyabrın 5-i Şuşa döyüşlərində şəhid olduğu xəbərini aldıq.
Sağ olsunlar, döyüş yoldaşları bizi heç zaman tək qoymadılar. Rusifin yoxluğunu, dərdini bizimlə birgə çəkdilər.
Düzdür, şəhidlik ən ucaz zirvədir. Amma, qardaş yoxluğu çox ağırdır...
Qeyd edək ki, Rusif Quliyev cəbhədə göstərdiyi şücaətlərinə görə ölümündən sonra "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
Şəhadətin mübarək, şəhidim.
Allah rəhmət etsin!
Mənbə: Modern.az
Oxşar xəbərlər
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 2024 15:29
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 2024 11:37
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 2024 11:42
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
15 aprel 2024 10:27
Xəbər lenti
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
Video & Fotoqalereya
Video
Fotoqalereya