“Şahbaz iki dəfə məni başımdan vurub dedi ki...” - XƏYANƏTKARLAR
Xəbər verdiyimiz kimi bir neçə gündür ki, erməni girovluğundan azad edilən Dilqəm Əsgərovla Şahbaz Quliyevin mübahisəsi davam edir. Onlarla birlikdə girovluqda öldürülən Həsən Həsənovun bir neçə gün öncə doğum günündə Həsənin necə öldürülməsini Dilqəm Əsəgərovdan əməkdaşımız soruşandan sonra D.Əsgərov Ş.Quliyevin ünvanına ittihamlar səsləndirmişdi.
Bu gün isə Moderator.az-ın redaksiyasına zəng vuran D.Əsgərov Ş.Quliyevin onları ermənilərə satdığını bildirib:
“Məndə bizim məhkəmələrin qərarı var. Şahbazın danışdıqları, tutulması, bizi satması, ermənilərə “agent” işləməsi orda yazılıb. Mən indiyə qədər susurdum, istəmirdim bu məsələni açıqlayam. Mən indi bu dəfə istəyirəm ki, Şahbazı xalqın öhdəsinə verim. Qoy camaat görsün ki, Bakıda olan ermənilər bu ermənini öyrədib orda məni tutdurdular, Həsəni öldürtdürdülər. İndi də burdakı ermənilər Şahbazı müdafiə edib, onun işlərinin üstünü ört-basdır edir. Amma onlar bilmir ki, üç məhkəmə sənədinin qərarı məndədir. Burda bir məsələ var.
Şahbaz fermaya ermənilərin yanına gedib və orda “YouTube” səhifəsinə girərək mənim şəklimi çıxartdırıb və bütün Ermənistana yaydırıb. Yalandan deyir ki, mən Əsgərovu arxamaca çəkdim vurdum. Düzdü, o, məni bir neçə dəfə vurub və bu əmri də ermənilər verib. Burda Həsənin ölüm məsələsi var. İndi hər şeyi sizə açıqlayacam. Həsən ayın 9-da tutulmayıb. Burda əlimdə məhkəmənin sənədləri var. Şahbaz ayın 8-də tutulub, Həsən isə ayın 11-də öldürülüb. Mən isə ayın 14-də tutulmuşam. Bütün bu sənədlərin hamısı məndədir. Mənim haqqımda yazılan kitab da Şahbazın həyat yoldaşı Albinanın əliylə Qarabağa göndərilib. İndi Bakıdakı erməni “agent”ləri ki, var, həmin o adamlar istəyirlər ki, Şahbazın işlərinin üstü açılmasın. Mən indi bu məhkəmə sənədlərini gətirib Həsənin qardaşlarına verəcəm. Onda Həsənin ölümünə cavab versin.
Həsənin başına baxmışam, onun başına tapançayla atəş açıblar. Həsən özü-özünü vurmayıb. Həsənin qıçından iki güllə dəyib. Şahbaz məni öldürmək istəyirdi. İki dəfə “dubinka”yla başımdan vurdu və mən paralic keçirdim. Bir tərəfim işləmədi. Qırmızı Xaç Komitəsinin həkimləri ayaqlarımı güclə bərpa etdi. Ondan soruşdum ki, sən məni niyə vurursan? Dedi ki, “çünki günahını boynuna almırsan. Günahını boynuna al”. Amma indi mətbuata açıqlama verib deyir ki, “mən Əsgərovu belimdə daşımışam”. Sən məni haçan belində daşımısan? Mənin onun haqqında Şuşa türməsində ayaqyolunun böyründəki boruya bütün bu məlumatları yazıb qoymuşam. Çünki Bakıdakı ermənilər Şahbaz Quliyev kimi ermənini medafiə edir. Düşünüdüm ki, ola bilər başıma nəsə gəlsin, ona görə o məlumatları borunun içinə qoydum ki, nə vaxtsa torpaqlar işğaldan azad ediləndən sonra azərbaycanlılar bu məlumatı bilsinlər. Qırmızı Xaç Komitəsinə ərizə yazıb bildirdim ki, bu “agent” olduğuna görə onunla bir otaqda qalmıram. Bakıda bəzi erməni təşkilatlarının üzvləri var və Şahbaz da onların adamıdır. Çalışırlar ki, onu müdafiə etsinlər, amma bu da mümkün deyil. Utanmaz-utanmaz Azərbaycan bayrağını çiyninə taxıb, amma sən o bayrağı məhkəmədə təhqir elədin. İndi gəlib bayraq belində gəzirsən. İyirmi dəfə getmişdim Qarabağa. Bir dəfə Şahbazı apardım və onda da bizi satdı, Həsən də öldürüldü”.
Məsələylə bağlı əməkdaşımız Şahbaz Quliyevlə əlaqə saxlayıb. Ş.Quliyev ittihamlarla razılaşmayıb:
“Sizin işiniz-gücünüz yoxdur? İki aydır ki, bu mübahisə gedir. O, adam dəlidi, xəstəxanaya yerləşdirmək lazımdır. O, dəlidi və məni də əsəb xəstəliyinə salıb. Onu tutdururdumsa, elə orda tutdurardım da. Səkkiz gündən sonra həbs etdirdim?”.
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 2024 12:27
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 2024 13:49
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- 1 nömrəli qanuni oğru kor olub
24 mart 2024 19:59
- Ürəyinizi qorumaq üçün 25 qayda...
24 mart 2024 06:59
- 26 ildir restoranda yemək yeyən qarğa insan kimi danışır - VİDEO
23 mart 2024 21:35
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41