Onun işini Xruşov da bəyənib, Brejnev də, Qorbaçov da...
"Susmaq həmişə qızıl demək deyil. Görüşdə danışmaq, görüşdən sonra susmaq qızıl standartdır. Görüş zamanı sussan, hər şeyi itirə bilərsən, karyeranı, tutduğun vəzifəni. Görüşdən sonra gördüklərini danışsan həyatını itirmək təhlükəsi ilə də üzləşə bilərsən...”
Məşhur tərcüməçi Viktor Suxodrev 40 ilə yaxın bir müddətdə birincilərin bir addımlığında dayandığı vaxtlarda söylədiyi bu prinsiplə işləyib. SSRİ-nin siyasi liderlərinin, Nikita Xruşovun, Leonid Brejnevin, Aleksey Kosıginin, Andrey Qromıkonun, Mixail Qorbaçovun tərcüməçisi olan Suxodrev ən gərgin siyasi danışıqlarda belə yüksək peşəkarlıq nümayiş etdirib, bəzən əsəbləri tarıma çəkilən siyasətçilərin kobud ifadələrini tərcümə zamanı yumşaq ifadə etməyi məqsədəuyğun sayıb, hətta özü söylədiyi kimi, bəzi hallarda "aktyorluq” etməyə də məcbur olub:
"Siyasi liderlərin görüşləri efirdə və fotolarda göründüyü kimi heç də mehriban şəraitdə keçmir. Xüsusilə təkbətək görüşlər daha gərgin keçir. Amma bundan heç kimin xəbəri olmur. Hətta heç bir razılaşma əldə olunmayanda belə, ictimaiyyətə "dövlət başçıları təkbətək görüşdə ölkələr arasında gələcək münasibətlərin inkişafı ilə bağlı ətraflı müzakirələr aparıblar” kimi təqdim edilir. Təkbətək görüşlərdə tərcüməçilərin üzərinə böyük yük düşür. Tərəflərin fikirlərini çətin, yaxud da asan ifadə etməklərindən asılı olmayaraq, tərcüməçi onu qarşı tərəfə anlaşılacaq dərəcədə çatdırmalıdır. Ən çətin məsələ isə liderlərin zarafatlarını tərcümə etməkdir. Əgər bir dövlət başçısı həmkarına lətifə söyləyirsə, digər dövlət başçısı gülmürsə, ən azı üzündə təbəssüm yaranmırsa tərcüməçi günahkar sayılır. Buna görə də belə hallarda gərək aktyorluq etməyi bacarasan, lətifəni tərcümə edərkən jestlərdən istifadə edəsən, bəzi ifadələri söyləyərkən səsini dəyişəsən, hətta bəzən gülüş yaratmaq üçün danışılan lətifələrə özündən əlavələr edəsən...”
2005-ci ildə "New York Times” nəşri tərəfindən "Tərcüməçilər kralı” adını alan Viktor Suxodrev 1932-ci ildə Litvada, Kaunas şəhərində anadan olub. Atası Baş Kəşfiyyat İdarəsində (QRU) xidmət edib. O, xidmətinin 10 ilini ABŞ-da kəşfiyyat işinə sərf edib. Anası SSRİ Xarici Ticarət Kommissarlığında (nazirliyində) çalışıb. Suxodrev 8 yaşında olanda anası Londona SSRİ-nin ticarət nümayəndiliyində işə göndərilib və gələcəyin məşhur tərcüməçisi uçaqlığnın 5 ilini Londonda keçirib. Onlar Moskvaya müharibə bitdikdən sonra, 1945-ci ildə qayıdıblar.
Viktor Suxodrev Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun fransız dili fakültəsində təhsil alıb. Təhsil illərində o, ingilis dilini də mükəmməl öyrənib.
İnstitutu bitirdikdən sonra Suxodrevi xarici dil bilgilərinə görə xüsusi xidmət orqanlarında işə dəvət ediblər. Bununla bağlı onun atası ilə də söhbət aparılıb. Amma atası oğlunun kəşfiyyat orqanlarında işləməsinə qəti etiraz edib.
Viktor Suxodrev ilk əmək fəaliyyətinə 1956-cı ildə Xarici İşlər Nazirliyinin tərcüməçilər bürosunda başlayıb. Elə ilk iş günündə Suxodrev ilk tapşırığını alıb. Digər bir həmkarı ilə o, tərcüməçi kimi Nikita Xruşovun Hindistanın nümayəndə heyəti ilə qeyri-rəsmi görüşünə göndərilib. Görüş zamanı Suxodrevin həmkarı "çətinliyə” düşəndə o, tərcümə missiyasını öz üzərinə götürüb. 40 dəqiqəlik görüşdən sonra həm Xruşov, həm də nümayəndə heyətinin üzvləri ona minnətdarlıqlarını bildiriblər. Xruşovun kiməsə təşəkkür etməsi nadir hal sayıldığından bu hadisə Suxodrevin karyerasında mühüm rol oynayıb. Məhz bu görüşdən sonra Xruşov tapşırıq verib ki, Suxodrevi başqa işlərə cəlb etməsinlər. Bununla da o, ilk iş günündən baş katibin şəxsi tərcüməçisi olub.
Qarşıda isə Suxodrevi dünyanın diqqət mərkəzində dayanan görüşlər gözləyib. 1959-cu ildə o, ilk dəfə xarici ezamiyyətə yollanıb, Xruşovun ABŞ səfərində Suxodrev sovet liderini müşayiət edib.
Viktor Suxodrev həmin illərlə bağlı xatirələrini belə bölüşüb:
"İşlədiyim bütün siyasi liderlər bir-birlərindən fərqləniblər. Xruşov isə tam fərqli idi. İndi onun haqqında çox şeylər danışırlar. Amma kim nə deyir, desin, o, şəxsiyyət idi. Düzdür, Xruşov çox da savadlı deyildi, mədəniyyəti də lazımi səviyyəyə çatmırdı, amma o, gördüyünü deməyi bacarırdı. Ürəkli idi, fikrini ifadə etmək üçün söz axtarmırdı, düşündüyünü deyirdi, ABŞ rəsmilərini tənqid edirdi. Bir sözlə, Xruşov publikanı özünə cəlb etməyi bacarırdı. Sözsüz ki, Xruşovla işləmək çətin idi. Dəfələrlə məcbur olurdun ki, onun köntöy, kobud ifadələrini "yumşaldım” ki, qalmaqal və mübahisələr yaranmasın. O özü də bunu bilirdi və görüşlərdən sonra deyirdi ki, tərcüməçidən çox şey asılıdır. Mənim işim onu qane edirdi...”
1964-cü ildə Xruşovun devrilməsindən sonra Suxodrev ölkənin bir nömrəli tərcüməçisi postunu saxlaya bilib. Brejnev Suxodrevi vəsifəsindən uzaqlaşdırmayıb. Ümumiyyətlə, Suxodrev özünü şanslı adam sayıb. Müəllifi olduğu "Mənim dilim, mənim dostum” kitabında o, öz həyat uğurları haqqında yazıb:
"Hakimiyyət dəyişirdi, amma mən öz yerimdə qalırdım. Yəqin ki, bunun əsas səbəblərindən biri mənim susmaq bacarığım idi. Mən xarici səfərlərdə, təkbətək görüşlərdə gördüklərimi, eşitdiklərimi heç yerdə danışmırdım. Məndən söz almaq istəyən yüksək çinli məmurlara belə qapalı idim. İkinci bir səbəb isə tərcüməçi peşəkarlığım idi. Bunlarla yanaşı, harada, kimlə, necə davranmağım birinciləri qane edirdi. Mən qatı tütün alidəçisiyəm. Buna baxmayaraq, Xruşovun yanında heç vaxt siqaret çəkmirdim. Çünki o, siqaret çəkən deyildi. Buna görə də mən də dözürdüm. Brejnevlə isə münasibət fərqli idi. Mən hətta Kremldə onun kabinetində də siqaret çəkirdim. Brejnev hədsiz dərəcədə çox siqaret çəkirdi. Onun üçün DTK xüsusi siqaret qabı düzəltdirmişdilər. Həmin qab yalnız bir saatdan bir açılırdı. Baş katib bu vaxta tab gətirməyəndə məndən siqaret istəyirdi. Həkimlər siqareti ona tam qadağan edəndə o, başqa bir üsul tapmışdı. Bir dəfə Moskvadan Fransaya səfərə yollananda Brejnev aeroporta qədər məni də öz maşınına dəvət etdi. Sürücünün yanında mühafizəçi əyləşməşdi, arxada isə biz ikimiz. Şosseyə çıxanda Brejnev maşını saxlamağı göstəriş verdi. Sürücüyə bütün şüşələri qaldırmağı əmr etdi və sonra dedi ki, hamınız siqaretlərinizi yandırın. Təsəvvür edin ki, mən, mühafizəçi və sürücü eyni vaxtda siqaretlərimizi yandırdıq və tüstünü salona buraxdır. Brejnevin bu tüstüdən necə zövq aldığını sözlə ifadə etmək çətindir. Brejnev rahat adam idi, onunla işləmək də asan idi. İşlədiyim siyasi liderlərdən yalnız bir dəfə Brejnev mənə hədiyyə etmişdi. "Omeqa” firmasına məxsus qzıl saatı mənə hədiyyə edəndə "Viktor, bu saat məndən sənə hədiyyə, sağlıqla işlət, götür və heç kimə demə” demişdi...”
Viktor Suxodrev öz işinə olduqca məsuliyyətlə yanaşıb. O, hansı görüşlərin keçiriləcəyini, görüşlərdə təxminən hansı məsələlərin müzakirə olunacağını əvvəlcədən öyrənib. Məsələn, əgər görüşdə nüvə silahları ilə bağlı mövzunun müzakirəsi nəzərdə tutulubsa, o həmin sahə ilə bağlı ədəbiyyatlara müraciət edib, terminləri öyrənib.
Suxodrev xatirələrində Aleksey Kosıgini ən çox simpatiyası olduğu siyasətçi kimi qeyd edib:
"Kosıgin alicənab insan idi. Rəftarı, təmkini, hətta zarafatları ilə fərqlənirdi. Andrey Qromıko ilə aralarında soyuq münasibət hökm sürürdü. Bu da ondan irəli gəlirdi ki, Brejnevin Kosıginə münasibəti səmimi deyildi. Kosıginin ən çox sevdiyi içki Moldaviya konyakı idi. Bu Mikoyanı qıcıqlandırdı, o, nə qədər erməni konyakının daha yaxşı olduğunu Kosıginə sübut etmək istədsə də, Kosıgin seçimini dəyişmirdi. Uzun illər birbaşa tabeliyində işlədiyim Qromıko isə kifayət qədər mürəkkəb şəxsiyyət idi. Qromıko ingilis dilini yaxşı bilirdi. Biz tərcüməçilər öz aramızda onu "tərcüməçilərin işini kəsən” adlandırırdıq...”
1989-cu ildə Viktor Suxodrev BMT-nin baş katibinin xüsusi köməkçisi təyin edilib, 1994-cü ildə 1-ci dərəcəli fövqəladə və səlahiyyətli səfir ranqında təqaüdə çıxıb. Özü söylədiyi kimi, bu, hərbi xidmətlə müqayisədə general-polkovnik rütbəsinə bərabər olub.
1999-cu ildə Viktor Suxodrevin "Mənim dilim, mənim dostum” kitabı işıq üzü görüb. Kitab böyük populyarlıq, milyonlarla oxucu audiroyası qazanıb. Suxodrev bu kitabı ilə uzun illərdən sonra "susmaq qızıldır” prinsipini bir kənara qoyub, dünyanın ən tanınmış siyasi liderləri ilə bağlı heç kimin eşitmədiyi, heç kimin bilmdiyi maraqlı məqamları oxuculara təqdim edib.
Viktor Suxodrev 2014-cü ildə, 81 yaşında vəfat edib, o, Moskvada, Aksininsk qəbirstanlığında dəfn edilib.
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 2024 22:12
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 13:54
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 13:49
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 13:47
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 11:35