Qurani-Kərimdə Allahın qadınlara verdiyi 11 haqq
Hadisə3 aprel 2021 09:03
Müqəddəs Quranın nəzərinə görə, qadın və kişi – iki ulduz kimidirlər ki, hər biri öz kainatında hərəkət edər. “Nə günəş (öz təbii hərəkət sistemində bu) aya (və özünün başqa aylarına, yəni başqa peyklərə) çatmaz, nə də gecə gündüzdən irəli keçməz. Onların (günəş, ay və ulduzların) hər biri müəyyən bir dairədə üzürlər”. (“Yasin” 40).
İslam dini başqa dinlərdən fərqli olaraq, qadına xüsusi hörmət və ehtiram göstərmiş və onun haqlarını müəyyən etmişdir. Ona elə haqlar vermişdir ki, bu zərif varlığı daha möhrətəm və daha dəyərli etmişdir. (Beytutə)
Bu haqlar ilə tanış olaq:
1. Yaşamaq haqqı. Allah Təala Quranda buyurur: “Diri ikən torpağa gömülmüş hər bir adam (cahiliyyət dövründə diri-diri basdırılmış qızlar, tarix boyunca diri-diri basdırılmış insanlar və günahsız ikən zindanda ölənlər) barəsində soruşulacağı zaman. «Hansı günaha görə öldürüldülər?» (Onların qatillərindən: «Bunlar hansı günaha görə öldürüldülər?» - deyə soruşular)”. (“Təkvir” 8-9).
2. Təhsil almaq haqqı. İslam dini qadınlara elmlənmək və təhsil almaq haqqını vermişdir.
3. Abır haqqı. Qadının və kişinin abırlı olması mühümdür. Ancaq Uca Allah qadınlara bu mövzuda başqa hesabla nəzər salar və buyurar: “Həqiqətən iffətli, (günahdan) xəbərsiz, imanlı qadınlara zina isnad verən kəslər dünyada və axirətdə lənətlənmişlər və onlar üçün böyük bir əzab vardır”. (“Nur” 23).
4. Nəzarət və yardım haqqı. “Mömin kişilər və möminə qadınlar bir-birlərinin dost, yardımçı və başçılarıdırlar. (Bir-birlərinə ağıl və şəriət baxımından) yaxşı (hesab edilən) iş görməyi əmr edir və (ağıl və şəriət baxımından) pis (sayılan) işdən çəkindirirlər, namaz qılır, zəkat verir və Allah və Onun Peyğəmbərinə itaət edirlər. Allahın tezliklə Öz rəhmətinə şamil edəcəyi kəslər onlardır. Həqiqətən Allah – yenilməz qüdrət sahibi və (yaradılış, qanunvericilik və cəzalandırmaqda) hikmətlidir”. (“Tövbə” 71).
5. Ən yüksək səviyyədə təriflənmək. “(Ya Muhəmməd!) Bu kitabda Məryəmi, onun (Beytul-Müqəddəsin və ya öz evinin) şərq(in)dəki bir məkanda öz adamlarından bir kənara çəkildiyi zamanı yada sal. Beləliklə onların qarşısında özü üçün (xəlvət bir yer düzəldərək Allaha ibadətlə məşğul olmaq məqsədi ilə) bir pərdə çəkdi. Bu halda Biz Öz ruhumuzu (Cəbraili) onun yanına göndərdik və o, onun üçün kamil bir insan surətinə düşdü”. (“Məryəm” 16-17).
6. Nümunə olmaq haqqı. “Və Allah iman gətirən kəslər üçün Fironun zövcəsini məsəl çəkdi; o zaman o demişdi: «Ey Rəbbim, mənim üçün Öz yanında (Öz cəlal və rəhmətinin yaxınlığında) – Cənnətdə – bir ev tik! Mənə Firondan və onun əməlindən nicat ver, məni zalım qövmdən (onun sarayındakılardan və millətindən) qurtar!». (“Təhrim” 11).
7. Şəxsiyyət haqqı. “Ey iman gətirənlər! Heç vaxt (siz kişilərdən) bir dəstə digər bir dəstəni lağa qoymasın. (Lağa qoyulan) həmin dəstə onlardan yaxşı ola bilər. Qadınlar da başqa qadınları (lağa qoymasınlar). Ola bilər həmin dəstə onlardan yaxşı olsun.
Bir-birinizdə eyib axtarmayın və bir-birinizi çirkin ləqəblərlə çağırmayın. (Mömini) imandan sonra fisq (günahkar adı ilə xatırlamaq) pis ad qoymadır. Kim tövbə etməsə, məhz onlardır zalımlar!”. (“Hucurat” 11).
8. Məskən haqqı. “Onları (təlaq verilmiş qadınları) imkanınız daxilində öz yaşadığınız yerdə sakin edin. (Yaşayışı) onlar üçün sıxıntılı etmək (və onları getməyə məcbur etmək) üçün onlara (məskən, xərc və s. cəhətdən) zərər vurmayın. Əgər hamilə olsalar, bari-həmli yerə qoyana qədər onların xərclərini verin və əgər sizin üçün uşağa süd versələr, ücrətlərini ödəyin və öz aranızda (körpənin halı barəsində) gözəl bir şəkildə məşvərət edərək və bir-birinizin sözünü dinləyib qəbul edərək keçinin. Əgər bir-birinizi çətinliyə salsanız, başqa bir qadın o körpəyə süd versin (kişi uşaq üçün dayə tutmalıdır)”. (“Təlaq” 6).
9. Azadlıq haqqı. “(Kişinin arvadı yenidən özünə qaytarmaq haqqına malik olduğu ric’i) talaq iki dəfədir. Beləliklə (hər dəfə iddə müddətində qayıdaraq onu) yaxşılıqla saxlamaq və ya (qayıtmayıb onu) xoşluqla buraxmaq (kişinin öhdəsinədir). Və sizə onlara (mehriyyə kimi) verdiyinizdən bir şeyi geri almaq caiz deyil, hər ikisinin Allahın müəyyən etdiyi qanunlara riayət etməməkdən qorxmaları istisna olmaqla. Buna görə də əgər (siz şəriət hakimləri) o ikisinin Allahın hökmlərini yerinə yetirməyəcəklərindən qorxsanız (onların heç birinin digərini istəmədiyi və ya qadının kişini heç istəmədiyi təqdirdə onlara bildirin ki,) qadının (özünü azad etməsi üçün təlaq əvəzində mehriyyənin bir hissəsini, ya hamısını, yaxud da ondan da çoxunu) fidyə verməsində onlar üçün heç bir günah yoxdur. Bunlar Allahın (təyin etdiyi) sərhədləridir, onları pozmayın. Allahın sərhədlərini pozanlar, həqiqətən zalımdırlar”. (“Bəqərə” 229).
10. Nəfəqə haqqı. “(Mal-dövlət cəhətindən) zəngin olan kimsə, (zövcəsi və övladı üçün) öz var-dövlətinə görə xərcləsin və ruzisi az olan kimsə, Allahın ona verdiyindən xərcləsin; Allah əsla imkan verdiyindən artıq bir şeyi heç kəsin üzərinə vəzifə qoymaz. Allah hər hansı çətinlikdən sonra tezliklə bir asanlıq yaradar”. (“Təlaq” 7).
11. Mehriyyə haqqı. “Və qadınların mehriyyələrini onlara könül xoşluğu ilə və bir hədiyyə kimi verin (hərçənd ki, bu, sizin boynunuzda bir vacib, onlar üçün isə ilahi bir bəxşişdir). Əgər onlar könül xoşluğu ilə ondan sizə bir şey bağışlasalar, onu nuş və ləzzətlə xərcləyin”. (“Nisa” 4).
P.S. (Moderator.az-dan) Bu gün Quranda qadına verilən bu haqlardan xəbərsiz, yaxud buna göz yuman bir sıra "müasir", "modern", "sivil" zatlar İslamda qadının haqqının tapdandığını iddia edirlər. Məhz belələri qadınlarına, qızlarına alkoqollu içkilər içmək, yarıçılpaq geyinmək, fahişəlik etmək "azadlığı" verirlər. Nəticə göz qabağındadır...
/Deyerler.org/
Oxşar xəbərlər
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 2024 10:22
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - Rəsmi açıqlama
11 aprel 2024 20:25
Xəbər lenti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya