Şəhid xanımının bu paylaşımı hamını təsirləndirdi...
Vətən Müharibəsi şəhidi Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənovanın tikinti mağazasından aldığı alətlər üçün ödədiyi pulu satıcı geri qaytararaq paketin içinə "yoldaşınız pulu ödəyib, qızım" qeydini qoyub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Ə.Həsənova sosial şəbəkədə paylaşım edib.
Şəhidin həyat yoldaşının qeydlərini təqdim edirik:
“Farizimin yeri hər yerdə qəlbimi sarsıda-sarsıda görünür. Bu gün evdə bəzi görülməsi lazım olan işlər var idi. Bunun üçün də lazım olan avadanlığı almaq üçün xırdavat mağazasına getməli oldum. Ora da ən çox kişilər gedir axı, qadınlar iki halda gedir ora, ya yoldaşı ilə nə isə seçmək üçün gedir, ya da mənim kimi çarəsiz halda, evin kişisi də, qadını da mənəm deyib, məcbur olur kişi işlərini görmək üçün lazım olan əşyaları gedib alsın. Nəysə, getdim mağazaya, qapını açdım içəri daxil oldum. İçəridə bir yaşlı qadın var idi, yoldaşı ilə işıqlara baxırdılar, seçirdilər, qalanları kişilər idi. Hərə bir ustayla gəlib, siyahı gətirib, nə lazımdı deyirlər satıcıya o da təşkil edir. Satıcı da 60 yaşlarında ağsaqqal bir dayı idi, yanında da köməkçisi 18-20 yaş aralığında bir oğlan uşağı idi. Nəysə, növbə mənə çatdı, "buyur, qızım nə lazımdı?" deyə satıcı dayı məndən soruşdu.
"Dayı, mənə evdə iş görmək üçün bəzi alətlər lazımdı" dedim və davam elədim, "çəkic, silikon kley tapançası ilə, kəlbətin, mismar və s..." deyə lazım olanları dedim. Dayı onları yığdıqca üzümə baxırdı diqqətlə nəsə məyus bir formada, ödənişin nə qədər edəcəyini soruşdum, məbləği dedi, pulu ödəyəndən sonra dayı mənə dedi "qızım, olar sənə bir sual verim? " dedim “buyur, dayı”.
"Bunları nə üçün alırsan, mismarın ölçüsü olur, silikon kley verdim sənə, amma nə yapışdırmaq üçün lazımdı? Yəqin evdə yoldaşın iş görür, o bilər mismarın ölçüsünü, yəni ona görə deyirəm ki, səhv olmasın, əziyyət çəkib geri qaytarma bir də...zəng vur soruş, mən də bilim sənə nə verirəm, qızım" deyə dayı məni vadar edirdi ki, zəng vurum bu dünyada olmayan yoldaşıma. Nə edim, necə deyim ona ki, mənim yoldaşım bu dünyada deyil, ağsaqqal, evin kişisi də qadını da özüməm, yoxsa mən nə gəzirdim burda..?
Qürurum imkan vermədi ki, ona deyim yoldaşım yoxdu, Şəhid olub, bütün öhdəlikləri mənim çiyinlərimə buraxıb, bütün işi özüm görürəm.
Yalandan telefonu qulağıma tutdum, guya ki, zəng edib soruşuram. Yaxşı ki, mismarın ölçüsünü o anda yadıma sala bildim. Dayı sən demə hiss edibmiş, tanıyıbmış məni, amma biruzə vermirmiş.
Xülasə, bu dünyada olmayan Farizimlə yalançı danışığımı bitirdim, dedim "dayı, 50-lik mismar lazımdı, kley də aboyun qıraqlarını yapışdırmaq üçün". Dayı başa düşdüyünü işarə edib gedib dediyimə uyğun gətirdi lazım olanları. Çıxanda gördüm dayı nəsə bir telefonuna baxır, bir mənə, ağsaqqalın gözləri dolub, dedi "bala bir dəqiqə gözlə", gözlədim, nəsə özünü pis hiss etdiyini hiss elədim.
“Yaxşısız, dayı?” deyə sual verdim, "yaxşıyam narahat olma, qızım" dedi. Əlini atdı kassaya, ödədiyim pulu geri qaytardı mənə, "bu nə deməkdir, dayı? Niyə qaytardız mənə pulu?" deyə sual verdim. "O pul ödənilib, qızım" deyə cavab verdi, anlamadım mən də, düşündüm ki, yəqin kimsəsiz olduğumu hiss edib, pis olub. Pulu özünə qaytardım ki, "yox, dayı, çox sağolun, özüm ölməmişəm ki, kimsə ödəsin", düzü pisimə gəldi biraz. Dayı pulu götürdü, amma heç nə demədi, üzümə baxmaq istəmirdi nədənsə. Mən də pis oldum, öz-özümə qəhər məni boğdu ki, Allahım, mənim kimsəsizliyim bu qədərmi bəlli olur? Axı mən büruzə verməməyə çalışıram. Birdən dayı başladı söhbətə ki "bala, bir şey deyim sənə, mən səndən mismarın ölçüsünü qəsdən soruşdum ki, görüm necə deyəcəksən? Telefonu yalandan qulağına tutdun, özün-özünlə danışırdın, hiss elədim bunu. Səni mən tanıyıram, qızım, səni görmüşəm çəkilişlərdə. Bayaq telefonumu ona görə götürdüm ki, birdə baxım ki, görüm həmin çəkilişdəki qızsanmı, yoxsa oxşatmışammı? Həmin qız imişsən, Şəhid Farizin yoldaşı. Sən təkliyini hiss etdirmək istəmədin, qızım. Sənə sözüm yoxdu..." deyə gözləri dolmuş halda başını aşağı saldı.
Bu sözlər mənə bir ox kimi dəydi, elə pis oldum ki, ağlamayacam dedim. Nə fayda, onda gördüm ki, göz yaşlarım hicabımı isladıb artıq. Necə pis olmuşamsa, göz yaşlarım məndən qeyri-ixtiyarsız öz bəndini qırıb. Üzümü çevirib gözlərimi sildim, ağladığımı görməsin. Sağollaşıb mağazadan uzaqlaşdım, gəldim evə. Xeyli də evdə ağlamışam, çöldə ürəyimi boşalda bilmədiyimə görə divarlardı mənim sirdaşım. Dərdimi onlara danışıb ağlayıram, bir az özümə gəldim, salafanı açdım ki, işimə başlayım. Və orda gördüklərim məni yenidən yıxdı...
Ödədiyim pul və üzərində "yoldaşınız pulu ödəyib, qızım" yazılmış bir kağız parçası... Dünyam yenidən yıxıldı sanki. Onu görəndən sonrakı halım yəqin ki, hər kəsə məlumdur”.
Qeyd edək ki, 12 ildir hərbidə xidmət edən Fariz Həsənov çavuş rütbəsini daşıyırdı. Oktyabrın 10-da döyüşlərə qatılan Fariz Füzuli rayonunun və onun 8 kəndinin alınması əməliyyatında iştirak edib. Oktyabrın 13-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Oktyabrın 16-da doğulduğu kənddə torpağa tapşırılıb. Vətən müharibəsində “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 2024 20:39
- 7 ay komada qalan zabitimiz bu gün şəhid oldu - Foto
7 aprel 2024 20:49
- Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 2024 12:29
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 2024 22:12
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 2024 20:32
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- 26 ildir restoranda yemək yeyən qarğa insan kimi danışır - VİDEO
23 mart 2024 21:35
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31