“Cavadova dedim ki, ya DİN-dəki vəzifəndə qal, ya da siyasətlə məşğul ol”
Müsahibə18 mart 2021 00:31
“Onu hələ tələbəlik illərindən tanıyırdım. Yaxşı münasibətimiz vardı... Vətənpərvər bir insan idi...”
AMİP lideri Etibar Məmmədov Moderator.az-a müsahibəsində 1995-ci il Mart hadisələrinə münasibətindən, həmin olaylar zamanı qardaş qırğınının baş verməsində maraqlı olan qüvvələrdən, 1990-cı il 20 Yanvar qətliamı, 1992-ci ildə Laçının işğalı ərəfəsində və s. keçmiş “OMON” komandiri Rövşən Cavadovla birgə olduğu məqamlardan, Mart hadisələrindən sonra rəhmətlik polkovnikin mərhum oğlu Laçın Cavadovla İstanbuldakı görüşündən və s. bəhs edib.
-Etibar bəy, siz 1991-1992-ci illərdə Dövlət Müdafiə Şurasının da üzvü kimi, yəqin ki, o illərdə “OMON” komandiri və Daxili İşlər nazirinin müavini kimi çalışmış mərhum polkovnik Rövşən Cavadovla da ünsiyyətdə olurdunuz?
- Rövşən Cavadovu hələ tələbəlik illərindən tanıyırdım. Yaxşı münasibətimiz vardı... 1980-cı illərin sonundan, yəni Azərbaycanda milli azadlıq hərəkatı başlanan dövrdən isə Rövşənlə daha da yaxından ünsiyyətdə olduq. 1988-1989-cu illərdə - hərəkatın artıq yüksək səviyyədə olduğu bir vaxtda R. Cavadov Laçında milis nəzdində xüsusi dəstə komandiri idi. Sonradan o, erməniılərə qarşı fəaliyyətinə görə bir müddət işdən azad olunmuşdu. Və həmin dövrdə Rövşən bizimlə bərabər hərəkatın tədbirlərində iştirak edir, təhlükəsizlik və mühafizə işlərinin təşkili ilə məşğul olurdu. 1990-cı ilin Yanvar hadisələri zamanı mənimlə bərabər idi. Bilavasitə 20 yanvar gecəsi də bir yerdə olmuşduq... Sonra isə Rövşən “OMON”un yaradılmasında fəal iştirak etdi və həmin qurumun komandiri oldu. Daha sonra da Daxili İşlər nazirinin müavini vəzifəsinədək yüksəldi...
-Xaraktercə necə insan kimi tanıyırdınız onu?
-Vətənpərvər bir insan idi. Ətrafındakılar daim onun xətrini istəyirdi. Eyni zamanda yaxşı təşkilatçı idi. Ancaq, təəssüf ki, sonrakı siyasi proseslərdə Rövşən Cavadovun fəaliyyətində təzadlar yarandı. Və bəzi silahlı qüvvələrimiz kimi, onun rəhbərlik etdiyi “OMON” da siyasi proseslərə cəlb olundu. Və nəticə bütövlükdə Azərbaycan üçün acınacaqlı oldu. Yəni “OMON”un üzvü olan oğullar bizim ən güclü, cəsarətli, vətənpərvər və bacarıqlı övladlarımız idi. Onlar Qarabağın erməni işğalçılarından müdafiəsində canları, qanları bahasına fəal iştirak edirdilər. Təəssüf ki, onların daxil olduğu qurumların siyasi oyunlara qoşulması sayəsində taleləri faciələrə, əzablara ürcah oldu... Yəni mən həmişə ona tərəfdar olmuşam ki, silahlı qüvvələr siyasi proseslərə cəlb olunmamalıdır...
-1992-ci ilin mayın ortalarında, Şuşanın işğalından sonra təxminən eyni günlərdə Rövşən Cavadov da, siz də Laçına yollanmışdınız. Həmin günlər onunla görüşmüşdünüzmü?
-Bəli, Laçında da, Şuşanın Turşsu qəsəbəsində də Rövşən Cavadovla görüşdük. O zaman sabiq Daxili İşlər naziri Tahir Əliyev də, DİN-in bir sıra yüksək rütbəli digər əməkdaşları və yeni qurulan Müdafiə Nazirliyinin də nümayəndələri orada idi...
Sonradan mən dövlət əhəmiyyətli məsələlərlə bağlı Bakıya qayıdıb Ankaraya getməli oldum. Həmin vaxt hələ Rövşən Cavadov Müdafiə Nazirliyinin digər birləşmələri ilə bərabər Turşsuda qalmışdı...
-R.Cavadovun Turşsuda o vaxt Şuşa və Laçının müdafiəsinə cavabdeh briqada komandiri olan mayor Elbrus Orucovla mübahisəsinin şahidi olmadınız ki?
-Yox, mən həmin vaxt artıq mən Bakıya getmişdim. Onların orada nə haqda söhbət etmələrindən xəbərim olmadı. Yalnız bir dəfə Laçındakı hərbi qərargahda Şuşanın işğalından sonra rayonun müdafiəsi ilə bağlı müzakirələrdə iştirak etdim. Orada həm milis qüvvələrinin, həm hərbi qüvvələrin, həm də Arif Paşayevin komandiri olduğu yerli hərbi birləşmənin nümayəndələri toplanmışdı...
-Sonradan - 1993-1994-cü illərdə R.Cavadovla əlaqələriniz davam edirdimi? Onun hakimiyyətə can atmasını, hansısa xarici və ya daxili qüvvələrə qoşulduğunu hiss edirdinizmi?
- Yox. Doğrusu, elə bir şey hiss etməmişdim. Sadəcə, o zaman belə düşünürdüm ki, “OMON”-un döyüş bölgəsindən Bakıya gətirilməsi və paytaxtda saxlanılması əvvəl-axır hansısa böhrana gətirib çıxaracaq. Çünki həmin qurumdakı gənclər döyüş üçün xüsusi olaraq hazırlanmış, daim döyüşə hazır oğullar idi. Yəni onların döyüş bölgəsində saxlanılaraq hərbi məqsədlər üçün istifadə olunması daha məqsədəuyğun idi. Çünki gec-tez kimlərsə onlardan öz siyasi məqsədləri üçün yararlanmağa cəhd edəcəkdi. Təəssüf ki, belə bir proses sonradan doğrudan da baş verdi....
Mən bununla bağlı hələ 1994-cü ildə, 3-4 oktyabr hadisələrindən xeyli öncə Rövşən Cavadovla görüşüb ona bəzi tövsiyələr vermişdim. Ona demişdim ki, sənin dövlət qurumunda – DİN-də tutduğun vəzifə ilə siyasi fəaliyyətin uyğun gəlmir. Yaxşı olar ki, ikisindən birini seçəsən. Döyüş xarakterli fəaliyyətlə məşğul olmaq istəyirsənsə, sırf bu işlərlə məşğul ol. Yox, siyasətə daxil olmaq istəyirsənsə, bunun üçün kifayət qədər nüfuzun, sevənlərin, tərəfdarların var. Lakin o halda gərək dövlət postundakı vəzifəni buraxasan. Bunların ikisi bir yerə sığışmaz. Bu, əvvəl-axır konfliktə, qarşıdurmaya gətirib çıxaracaq. Və nəticədə də həm özün, həm ətrafın, həm də xalq zərər çəkəcək... Təəssüf ki, Rövşən belə davranmadı və söylədiyim proses və qanlı olaylar da baş verdi... 1994-cü ilin oktyabrındakı hadisələrin qanlı qarşıdurmaya keçməsinin qarşısını almaq mümkün oldu. Amma nə yazıqlar ki, 1995-ci ilin martında bu mümkün olmadı...
-Sizcə nədən belə oldu?
(Davamı var)
Oxşar xəbərlər
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
15 aprel 2024 10:27
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 2024 13:04
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- Türkiyədə 2028-ci il seçkiləri: Əkrəm İmamoğlu, yoxsa Səlcuk Bayrakdar?
12 aprel 2024 12:56
- Azərbaycan cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya etdi
11 aprel 2024 11:06
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi - Əkrəm Həsənov
8 aprel 2024 10:14
- Cavad xan nəslinin nümayəndəsi ABŞ-də vəfat etdi
5 aprel 2024 11:04
Xəbər lenti
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04
Video & Fotoqalereya
Video
Fotoqalereya