Füzulidə yer altında GİZLİ ŞƏHƏR -Fotolar

Dünyanın bir çox ölkələri var ki, orada yeraltı şəhərlər mövcuddur və bu, onların qədim tarixinin bir parçası kimi turistlərin görməli və gəzməli yerinə çevrilib. Uzağa getmirik. Qardaş ölkə olan Türkiyənin Dərinquyu bölgəsində çoxqatlı yeraltı şəhər var. Altmış metrə yaxın dərinliyə malik olan bu məkan eyni anda 20000 insanı yatacaq və su ilə təmin edə biləcək bir sığınacaqdır. Dost ölkədə bir neçə belə yeraltı şəhər var, Dərinquyu isə bunlardan ən böyüyüdür. O, turistlərin ölkəyə cəlb edilməsində mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanda isə Füzuli rayonunda yeraltı şəhər mövcuddur. Daha doğrusu, şəhərin böyük bir hissəsi qalın torpaq qatı altındadır. O, Füzuli rayonunun Horadiz qəsəbəsinə yaxın ərazidə, Babı kəndində yerləşir. Abidə kəndin qədim qəbristanlığında, hündür ərazidə aşkarlanıb.
Sərdabə kompleksi
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya-Etnoqrafiya İnstitutunun aparıcı elmi işçsi və tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədovla görüşdük. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, adıçəkilən ərazidə, doğrudan da torpaq altında böyük bir şəhərin qalıqları var. Üzdə qalanlardan isə orta əsrlər dövrünə aid olan, xüsusən XIII-XIV əsrlərə məxsus böyük bir xanəgah olub. Həmin xanəgah əsasən məsciddən, türbədən, hücrələrdən, eyni zamanda yardımçı binalardan ibarətdir.

Füzuli rayonunun Babı kəndində Şeyx Babı türbəsi
İlkin olaraq belə anlaşılır ki, burada olan məscidlərdə yalnız ibadət edilməyib, həm də məscid-mədrəsə kimi istifadə olunub. Məscidin ayrı-ayrı otaqları var. Türbələrin məscid binasına yaxın ərazidə yerləşməsi və onların bir neçə nəfər üçün nəzərdə tutulması, yüklərin boşaldılması üçün yaxınlıqda yerlərin olmaması onu göstərir ki, kənardan gələn şagirdlər burada qalırlarmış. Divarlardakı kaşılar XIII-XIV əsrə aid edilir.
On hektarlıq ərazi
Füzuli rayonunun Babı kəndi ərazisində təriqəti, həm də İslam dinini yaymaq məqsədilə qədimlərdə təbliğat işləri aparılıb (ancaq mənbələr "babı" sözünü tək təriqətlə əlaqələndirmirlər, onun bir mənası da "sadə" deməkdir - red.). Oradan keçən ticarət yolunun da Ərdəbilə doğru istiqamətlənməsi həmin xanəgahın məhz göstərilən ərazidə tikilməsini şərtləndirib. Müsahib deyir ki, xanəgahlar ticarət yollarının üzərində yerləşir, hörmətli adamların qəbirləri üzərində tikilir və gələcəkdə də bu xanəgahların böyüməsi nəticəsində şəhərlər əmələ gəlirdi. "Xanəgahın yerləşdiyi əraziyə ümumi baxış keçirən zaman hiss olunur ki, şəhərcik təxminən 10 hektardan artıq bir sahəni əhatə edir və böyük bir şəhər kompleksidir. Bu da divarlarla əhatə olunub".

Xəqani Alməmmədov
Adsız şəhər
Şəhərin adının necə olduğu barədə heç bir fikir söyləmək mümkün deyil. Amma Xəqani Alməmmədov bildirir ki, çox güman ki, şəhərin adı bab sözündən götürülüb. "Ancaq bir şey məlumdur ki, ümumiyyətlə, orta əsr müəllifləri Qarabağda orta əsrlər dövrünə aid bir neçə iri şəhərin adlarını çəkiblər. Lakin bu adlar indiyə kimi hələ də heç kəsə məlum deyil. Ola bilsin ki, tapılan bu abidə orada gedən arxeoloji qazıntılar bitdikdə, həm də elmi faktların araşdırılması nəticəsində belə bir şəhərin olduğunu tam təsdiqləməyə imkan verəcək. Həmin şəhərin adının müəyyənləşdirilməsində də bizə yardımçı olacaq".

Füzuli rayonunun Babı kəndində qədim şəhərin qalıqları
Hərbi əməliyyatlar meydanı
Ərazidə arxeoloji qazıntıların aparılmasının vacib olduğunu söyləyən Xəqani Alməmmədov buranın hərbi əməliyyatlar meydanı olduğunu da önə çəkib: "Abidənin bir tərəfi dağıntılara məruz qalıb. Eyni zamanda, bu ərazi Azərbaycanın bir vaxtlar işğal altında olan torpaqlarının yaxınlığında yerləşir və digər tərəfdən İranla həmsərhəddir. Həm Şimali Azərbaycan, həm də Cənubi Azərbaycanla mədəni əlaqələri, vahid mədəni irsin öyrənilməsi, həm də Qarabağda olan orta əsrlər dövrünə aid ən yaxşı abidə kompleksi kimi bu abidənin öyrənilməsini olduqca vacib sayıram. Bu gün orada qazıntı işlərinin getməsi gələcəkdə Qarabağ ərazisində ən böyük turizm mərkəzinin yaradılması ilə nəticələnə bilər. Bu da bizim XII-XIII əsrdə nə qədər böyük abidələrimizin, şəhərlərimizin, mədəniyyətimizin mövcud olduğunu dünyaya yaymaq üçün vacib amil sayılmalıdır".

Füzuli rayonunun Babı kəndində yarıuçuq məscid minarəsi
Vəsaitə ehtiyac var
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya-Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi onu da əlavə edir ki, dedikləri ilkin mülahizələrdir, ancaq qazıntı işləri aparıldıqdan sonra daha zəngin fikirlər söyləmək olar: "Ola bilsin ki, qazıntılar zamanı aşağı mədəni qatlardan daha qədim dövrlərə, erkən orta əsrlər dövrünə, antik dövrə aid olan hansısa təbəqələr aşkarlana bilər. Bundan əlavə, abidənin yanında XIV əsrə aid olan qoç heykəlləri var ki, onların da XIV-XV əsrlərdə Azərbaycanda mövcud olan Qaraqoyunlu və Ağqoyunlu hakimiyyəti dövrünə təsadüf etdiyini söyləmək olar. Ərazidə həmçinin çoxlu sayda qəbir abidəsi var və hazırda onların da tədqiqinə ehtiyac duyulur".

Füzuli rayonunun Babı kəndində qədim şəhərin qalıqları
Torpaq altındakı sərvət
Şəhərin tamamilə torpaq altında qalması ilə bağlı da müəyyən fikirlər söylənilir. Kürdəmir Regional Mədəniyyət İdarəsinin Füzuli Tarix Diyarşünaslıq Muzeyinin direktoru Elçin Əsədov da şəhərin tam dəqiqləşməsi üçün mütləq arxeoloji qazıntıların aparılmasını vacib sayır: "Abidə Qarabağın tarixinin öyrənilməsi üçün də olduqca əhəmiyyətlidir. Ümid edirik ki, aidiyyəti qurumlar, imkanlı təşkilatların köməkliyi ilə bu qazıntı aparılacaq".
Oxşar xəbərlər
- Prezident açılışa qatıldı - Fotolar
19 aprel 2021 10:58
- Şahzadə Filip dəfn edildi - Fotolar
18 aprel 2021 13:47
- “Sonuncu” filmi Rotterdam Beynəlxalq Film Festivalında - FOTO/VİDEO
17 aprel 2021 19:56
- Atatürkün dostunun qızı ilə evlənən azərbaycanlı aktyor
17 aprel 2021 18:43
- Xalq artisti Eldar Quliyev vəfat etdi
16 aprel 2021 10:59
- Günel Həsənli ilə bağlı videodakı Mahir danışdı...
16 aprel 2021 10:51
- İki ayda Azərbaycanda 510 əkiz, 9 üçəm doğulub
14 aprel 2021 16:46
- Bakıda narkotik və əxlaqsızlığı təbliğ edən uşaq geyimləri Fotolar
14 aprel 2021 12:27
- Rüstəm Usubov da həbs olunur
14 aprel 2021 07:58
- “O, çox təkid etdi və mərhum atamdan dəfələrlə bunu xahiş etmişdi”
14 aprel 2021 07:49
Xəbər lenti
- Aytmatovun xanımı koronavirusdan dünyasını dəyişdi
21 aprel 00:29
- Dövlət ittihamçısı cinayətkarlara niyə yumşaq cəza tələb edib-ŞİKAYƏT
21 aprel 00:00
- Oqtay Əsədovun arvadının şirkəti 14 milyon gəlir əldə edib
20 aprel 22:55
- Elmira Axundovanın Qəbələdəki villası - VİDEO
20 aprel 22:13
- ADP sədri koronavirusa yoluxdu – “Nəvəm məktəbdən gətirdi...”
20 aprel 15:25
- İlham Əliyev Hacıqabuldadır - Yenilənib
20 aprel 13:57
- Həbsdəki icra başçısı vurduğu ziyanın bir hissəsini ödəyib
20 aprel 12:20
- Nazirdən Aqil Abbasın oğlu ilə bağlı əmr (FOTO)
20 aprel 10:20
- Allahşükür Paşazadənin növcavan vaxtları - FOTO
20 aprel 00:07
- Bakıda 4-cü kurs tələbəsi intihar etdi
19 aprel 23:29
- “Azercell”ə yeni prezident təyin olundu
19 aprel 23:13
- Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı
19 aprel 22:49
- Prezident onu İspaniyaya səfir təyin etdi
19 aprel 13:44
- Ramiz Mehdiyev onu vəzifədən qovdu
19 aprel 13:31
- Lukaşenkoya qarşı sui-qəsdin təfərrüatları
19 aprel 12:07
- Prezident açılışa qatıldı - Fotolar
19 aprel 10:58
- “Puşkin rus deyildi ..” – Poznerdən iddia
18 aprel 23:14
- Tanınmış aktyorun ölüm xəbəri yayıldı
18 aprel 22:48
- Azərbaycanlı avtoriteti öldürən şəxs bacısını doğradı, yeznəsinin qulağını kəsdi
18 aprel 18:42
- Azərbaycanda avtomobil idarə edən 3 xanım var idi, mən, Flora Kərimova və...
18 aprel 16:27
- Şahzadə Filip dəfn edildi - Fotolar
18 aprel 13:47
- İsraildə tibbi maska taxma tələbi ləğv edildi
18 aprel 12:51
- Lukaşenko və övladlarına qarşı sui-qəsd oldu
18 aprel 00:40
- “Sonuncu” filmi Rotterdam Beynəlxalq Film Festivalında - FOTO/VİDEO
17 aprel 19:56
- Xanımını itirdi, özü şəhid oldu, qızı tək qaldı
17 aprel 19:18
- Atatürkün dostunun qızı ilə evlənən azərbaycanlı aktyor
17 aprel 18:43
- Nazim İbrahimovun qardaşı həbs edildi
17 aprel 17:33
- Qəbulda qohumbazlıq, korrupsiya tüğyan edirdi - Məleykə
17 aprel 14:42
- Krım tatarları Ərdoğanı Krıma dəvət etdi
17 aprel 14:18
- Acından Hüseyn Abdullayevin vəziyyəti ağırlaşdı
17 aprel 14:05
Video & Fotoqalereya
Video
Fotoqalereya