Aktrisa daha sonra əlavə edib:
“Çalıquşu”unun Fəridəsi: Sevildiyini bilmək çox böyük xoşbəxtlikdir
Mədəniyyət27 fevral 2021 12:02

“Azərbaycana bir neçə dəfə səyahət edib, Bakını, Masallını gəzmişəm. Orada çox dostlarım var. Məni Azərbaycanda “Çalıquşu” serialının Fəridəsi kimi tanıyırlar. Ölkənizdə çoxlu tamaşaçılarımın, sevənlərimin olduğunu bilirəm. O illərdə çoxlu məktublar alırdım, indi də instagram və digər sosial şəbəkələrdən mənə olan sevgilərini bildirirlər. Bütün MDB ölkələrində “Çalıquşu” serialını izləyirlər və mənə təşəkkür mesajları yazırlar. Siz bilirsiz ki, “Çalıquşu” SSRİ-də yayımlanan ilk türk serialıdır. Hətta Moskvaya, Ukraynaya serial ilə bağlı dəvətlər alıb, səfərlər də etmişəm. Bir sənətçi üçün sevildiyini bilmək çox böyük xoşbəxtlikdir”
Bunu Moderator.az-a özəl açıqlamasında açıqlamasında məşhur aktrisa Aydan Şenər deyib.

“Bakını, insanlarınızı həqiqətən də çox sevirəm. Çox qonaqpərvər millətsiz. Bakı gözəl şəhərdir. Hətta Bakıya işıqların şəhəri deyərdim. Xüsusilə də şəhərin gecələri möhtəşəmdir. Çox gözəl xatirələrlə ayrılmışam Azərbaycandan. Məni dostum, mərhum rejissorunuz Şahin Zəkizadə “Həkimlər” serialına dəvət etmişdi. Allah ona rəhmət etsin, çox cavan idi. Şahinin ölümü mənə çox pis təsir etdi” deyə məşhur aktrisa bildirib.

Aydan Şenər seriala çəkilməzdən öncə Rəşad Nuri Güntəkinin “Çalıquşu” əsərinə teatrda baxdığını bildirib.
““Çalıquşu” əsərinə uşaq ikən teatrda baxmışdım. Hətta deyərdim ki, bu əsər mənim teatrda seyr etdiyim ilk tamaşa olub. İllər sonra bu serialda baş rolda çəkilmək mənə qismət oldu. Fəridə obrazı məni böyük kütləyə tanıtdırıb, sevdirdi. Serialın bir neçə səhnəsi həqiqətən də məni təsirləndirmişdi. Çaparın Fəridəyə Kamuranın sevgilisinə yazdığı məktubu gətirməsi səhnəsini misal çəkə bilərəm” deyə Aydan Şenər bildirib.

Aktrisa “Çalıquşu” filmində çəkildiyi həmkarı, aktyor Kənan Kalavla illər görüşdüyünü də bildirib.
“Kənan Kalav 15 ildir ki, İspaniyada yaşayır və orada özünə biznes qurub. İllər sonra onunla görüşüb, köhnə günləri yadımıza salıb, söhbət etmişdik. Təbii ki, həyat davam edir, biz o illərdə qalmamışıq. Görüşəndə o öz həyatından, mən də öz həyatımdan danışıram. Sözün düzü 3-5 il olar ki, onu görmürəm” deyə aktrisa bildirib.

Aydan Şenərə bir neçə il əvvəl “Çalıquşu” serialının yenidən çəkildiyini xatırladırıq. Aktrisa isə cavabında bunları bildirib.
““Çalıquşu” serialı 2013-cü ildə çəkildi. Baş rollarda Burak Özcivit və Fahriye Evcen oynayırdılar. Amma xronometraj çox uzun idi. Belə olan halda ssenari dəyişikliyə uğrayır, romanın özündən uzaqlaşırlar. Həm də uzun-uzadı çəkilən seriallar insanları yorur. Mən bu günki gündə filmlərə, seriallara da dəvət alıram, amma ssenari mənə uyğun olmadığına görə qəbul etmirəm” deyə məşhur aktrisa deyib.

Oxşar xəbərlər
- Niyə bəzən hava proqnozları düz çıxmır?
13 aprel 2021 14:10
- “Ziya Bünyadovun öldürüldüyü silah tapıldı ” - ŞOK
11 aprel 2021 17:32
- Son 3 il - islahatlar, idarəetmə sistemində yeniləşmə və Böyük Qələbə mərhələsi
11 aprel 2021 16:04
- “Heydər Əliyev ordeni” Ramizin burnundan gəlsin, haramı olsun"
4 aprel 2021 21:54
- Bakıda həkim qızı oğlana çevirdi
3 aprel 2021 09:15
- Mircəfər Bağırov ermənidən qisası bu cür alıb...
1 aprel 2021 11:22
- Bakıda məzarı tapılan İsa peyğəmbərin apostolu..
24 mart 2021 13:37
- Ruslar Nizami haqda niyə susur və farslar onu niyə sevmir?
18 mart 2021 23:44
- Azərbaycanda böyük əfv GÖZLƏNİLİR
27 fevral 2021 10:51
- Lavrov Böyük Turan dövlətindən danışdı
20 fevral 2021 00:00
Xəbər lenti
- Aytmatovun xanımı koronavirusdan dünyasını dəyişdi
21 aprel 00:29
- Dövlət ittihamçısı cinayətkarlara niyə yumşaq cəza tələb edib-ŞİKAYƏT
21 aprel 00:00
- Oqtay Əsədovun arvadının şirkəti 14 milyon gəlir əldə edib
20 aprel 22:55
- Elmira Axundovanın Qəbələdəki villası - VİDEO
20 aprel 22:13
- ADP sədri koronavirusa yoluxdu – “Nəvəm məktəbdən gətirdi...”
20 aprel 15:25
- İlham Əliyev Hacıqabuldadır - Yenilənib
20 aprel 13:57
- Həbsdəki icra başçısı vurduğu ziyanın bir hissəsini ödəyib
20 aprel 12:20
- Nazirdən Aqil Abbasın oğlu ilə bağlı əmr (FOTO)
20 aprel 10:20
- Allahşükür Paşazadənin növcavan vaxtları - FOTO
20 aprel 00:07
- Bakıda 4-cü kurs tələbəsi intihar etdi
19 aprel 23:29
- “Azercell”ə yeni prezident təyin olundu
19 aprel 23:13
- Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı
19 aprel 22:49
- Prezident onu İspaniyaya səfir təyin etdi
19 aprel 13:44
- Ramiz Mehdiyev onu vəzifədən qovdu
19 aprel 13:31
- Lukaşenkoya qarşı sui-qəsdin təfərrüatları
19 aprel 12:07
- Prezident açılışa qatıldı - Fotolar
19 aprel 10:58
- “Puşkin rus deyildi ..” – Poznerdən iddia
18 aprel 23:14
- Tanınmış aktyorun ölüm xəbəri yayıldı
18 aprel 22:48
- Azərbaycanlı avtoriteti öldürən şəxs bacısını doğradı, yeznəsinin qulağını kəsdi
18 aprel 18:42
- Azərbaycanda avtomobil idarə edən 3 xanım var idi, mən, Flora Kərimova və...
18 aprel 16:27
- Şahzadə Filip dəfn edildi - Fotolar
18 aprel 13:47
- İsraildə tibbi maska taxma tələbi ləğv edildi
18 aprel 12:51
- Lukaşenko və övladlarına qarşı sui-qəsd oldu
18 aprel 00:40
- “Sonuncu” filmi Rotterdam Beynəlxalq Film Festivalında - FOTO/VİDEO
17 aprel 19:56
- Xanımını itirdi, özü şəhid oldu, qızı tək qaldı
17 aprel 19:18
- Atatürkün dostunun qızı ilə evlənən azərbaycanlı aktyor
17 aprel 18:43
- Nazim İbrahimovun qardaşı həbs edildi
17 aprel 17:33
- Qəbulda qohumbazlıq, korrupsiya tüğyan edirdi - Məleykə
17 aprel 14:42
- Krım tatarları Ərdoğanı Krıma dəvət etdi
17 aprel 14:18
- Acından Hüseyn Abdullayevin vəziyyəti ağırlaşdı
17 aprel 14:05
Video & Fotoqalereya
Video
Fotoqalereya