“Dostluq” yatağı : Niyə Azərbaycana 30 %, Türkmənistana 70 %..?
Dünya19 fevral 2021 13:41

Azərbaycanla Türkmənistan arasında yanvarın 21-də Aşqabadda imzalanmış "Dostluq” neft yatağının birgə işlənməsinə dair anlaşma memorandumunun detalları məlum olub. Sənədə əsasən, yatağın karbohidrogen resursları tərəflər arasında 30 faiz Azərbaycana, 70 faiz Türkmənistana nisbətində bölüşdürüləcək. Azərbaycan və Türkmənistan "Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası saziş bağlayacaq.
Qeyd edək ki, "Dostluq” adlandırılan yataq Xəzər dənizində Azərbaycanla Türkmənistanın sərhədində yerləşir. Əvvəllər Azərbaycan onu "Kəpəz”, Türkmənistan isə "Sərdar” adlandırıb. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün "Promejutoçnoe”, yəni "Aralıq” adlandırılıb.
SSRİ dağıldıqdan sonra yataqla bağlı iki ölkə arasında ciddi fikir ayrılığı yaranıb, bu, dövlətlərarası münasibətlərin kəskin soyuqlaşmasına səbəb olub. Belə ki, 1997-ci ildə Azərbaycan Rusiyanın "LUKoil” və "Rosneft” şirkətləri ilə yatağın işlənməsinə dair müqavilə imzalayıb. Türkmənistan tərəfinin etirazından sonra Rusiya şirkətləri müqaviləni ləğv ediblər. Ardınca Türkmənistan İranla birgə yatağın işlənməsinə cəhd edib, Azərbaycanın etirazı nəticəsində buna nail ola bilməyib.
1997-ci ildə yataqla bağlı mübahisələr başlayandan sonra 1998-ci ildə Xəzər dənizinin orta xətti koordinatları üzrə Azərbaycanla Türkmənistan arasında danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb. Lakin qrupun fəaliyyəti tərəflər arasında razılaşmanın əldə olunmasına gətirib çıxarmayb. Məsələ ilə bağlı dəfələrlə müzakirələr, danışıqlar aparılsa da, Türkmənistanın kompromisə meylli olmaması nəticəsində hər hansı ortaq nöqtəyə gəlmək mümkün olmayıb. Belə ki, Azərbaycan dəfələrlə yatağın birgə işlənməsini təklif etsə də, Aşqabad bunu qəbul etməyib. 2012-ci ildə isə Türkmənistan yatağın istismarı barədə Kanadanın "Buried Hill Energy” şirkəti ilə danışıqlara başlayıb. Azərbaycan bununla bağlı həm Türkmənistana, həm də Kanadaya mövqeyini çatdırdıqdan sonra danışıqlar dayandırılıb.
Ölkələr arasında mübahisəyə Xəzər dənizinin dibinin və səthinin bölgüsü üzrə mövqe ayrılığı gətirib çıxarıb. Hər iki ölkə dənizin orta xətt prinsipi ilə bölünməsinə tərəfdar olsa da, Azərbaycan orta xəttin müəyyənləşdirilməsi zamanı beynəlxalq prinsiplərə uyğun olaraq, hesablamanın quru sahəsindən başlayaraq aparılmasını təklif edir. Bu zaman hesablama dənizin içərisinə doğru uzanan Abşeron yarımadasından başlayaraq aparılmalıdır. Türkmənistan isə hesablamanın dənizin başlanğıc və son nöqtəsi əsasında aparılmasını təklif edir. Hansı ki, bu zaman Türkmənistan sərhədi Abşeron yarımadasının bir neçə kilometrliyindən keçməlidir. Nəticədə, nəinki mübahisəli yataq, digər neft-qaz yataqları, o cümlədən "Azəri-Çıraq-Günəşli” yataqları da Türkmənistana məxsus olmalıdır. Elə bu prinsipdən çıxış edən Türkmənistan uzun müddət "Ömər” və "Osman” adlandırdığı bu yataqların işlənməsinə də qarşı çıxıb.
Onu da qeyd edək ki, yataqla bağlı müzakirələr bu illər ərzində mütəmadi olaraq davam etdirilib. Danışıqlar nəticəsində əldə olunan razılaşmanın müddəaları, xüsusilə hələ koordinatları dəqiqləşməyən yatağın ehtiyatlarının bölgü nisbəti suallar doğurur. Əcəba, həmişə dörddə üç hissəsi Azərbaycan sektorunda yerləşdiyi deyilən yatağın ehtiyatları nədən 30:70 nisbətində bölünəcək? Azərbaycanın bölgüdə bu güzəşti nədən irəli gəlir?
Sualları cavablandıran enerji məsələləri üzrə ekspert, "Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, ölkələr arasında imzalanmış memoranduma qanun statusunun verilməsinə ehtiyac yox idi: "Mənə anlaşılmazdır ki, hüquqi baxımdan heç bir öhdəlik yaratmayan anlaşma memorandumu nədən qanun statusu alaraq Milli Məclisə çıxarılır? Hökumətlərin ilkin razılaşmasıdır bu. Konkret işlənmə müqaviləsi deyil axı? Belə çıxır ki, konkret müqavilə imzalanandan sonra bir də onu Milli Məclisə çıxaracaqlar? İkincisi, kommersiya müqaviləsi imzalanmayıb axı. Azərbaycanın neft tarixində biz ilk dəfədir ki, hasilatın pay bölgüsü sxemindən fərqli bir sxem görürük”.
Ekspertin fikrincə, ehtiyatların bölgü nisbətində Azərbaycanın Türkmənistana güzəşti hiss olunur: "Görünür ki, Azərbaycan Türkmənistanı razı salmaq üçün bu bölgüyə gedib. Bunun başqa cür izahı yoxdur. Xəzər dənizində yerləşən ehtiyatlarla bağlı Rusiya ilə Qazaxıstan arasında hökumətlərarası razılaşma var. Razılaşmaya əsasən əgər hər hansı bir yatağın 5 faizi belə digər ölkənin sektorunda olacaqsa, onda tərəflər həmin yatağın ehtiyatlarını 50:50 prinsipi ilə istismar edəcəklər. İndi Türkmənistandır də... Yəqin ki, bu bölgü Azərbaycan tərəfini qane edir: çünki bütün işlər Azərbaycanın infrastrukturunda aparılacaq, qazma, hasilat, quraşdırma, sualtı kəmərlərin çəkilişi və sair. Türkmənistanın bu imkanları yoxdur. Bütün bunlardan da Azərbaycanın gəlirləri olacaq”.
Mənbə: Yeni Müsavat
Loading...
Oxşar xəbərlər
- Nazirin milyonluq "Topaz" biznesi niyə batır? - Əmsalların azlığı
3 mart 2021 17:40
- Qalmaqallı dairənin indiki və keçmiş deputatı üz-üzə gəldi
3 mart 2021 17:26
- Jirinovski SSRİ-ni dağıdanların adlarını çəkdi, Qorbaçova isə haqq qazandırdı
3 mart 2021 11:16
- Xaricdə yaxşı işini atıb Azərbaycana qayıdan fizik: Kainat-Kvant
2 mart 2021 00:09
- Bağırsaqlar niyə ağrıyır? - Səbəblər
28 fevral 2021 22:31
- “Çalıquşu”unun Fəridəsi: Sevildiyini bilmək çox böyük xoşbəxtlikdir
27 fevral 2021 12:25
- Qulu Məhərrəmli Xocalıdan danışdı: “Vertolyota minəndə ...
26 fevral 2021 23:07
- Qaz ver, Ruslan Əliyev, qaz ver… Azəriqaz
26 fevral 2021 23:18
- Milyonlarla ürəyin kədəri və inamı... - Fotolar
25 fevral 2021 20:00
- İlham Əliyev Ərdoğanı təbrik etdi
25 fevral 2021 10:09
Xəbər lenti
- SSRİ-nin ilk cəlladı – 33 nəfəri çəkiclə qətlə yetirən Komarov
04 mart 00:10
- Əli Həsənov iflic oldu, ağzı əyildi
04 mart 00:01
- Mübariz Mənsimov sərbəst buraxıla bilər
03 mart 23:24
- “Pakistanla birgə təlimlərin artıq vaxtı çatıb” - Prezident
03 mart 23:12
- Nazirin milyonluq "Topaz" biznesi niyə batır? - Əmsalların azlığı
03 mart 17:40
- Qalmaqallı dairənin indiki və keçmiş deputatı üz-üzə gəldi
03 mart 17:26
- Dilavər Əzimli dünyasını dəyişdi
03 mart 13:54
- Jirinovski SSRİ-ni dağıdanların adlarını çəkdi, Qorbaçova isə haqq qazandırdı
03 mart 11:16
- Tarixdə ilk dəfə Papa İraqa gedir
03 mart 11:04
- Fəxrəddin Manafovun xanımı vəfat etdi
03 mart 10:53
- Əli İnsanov hardadır?
02 mart 12:43
- Martın 5-də Yeni Azərbaycan Partiyasının qurultayı
02 mart 12:35
- Bu gün Od çərşənbəsidir
02 mart 00:25
- Xaricdə yaxşı işini atıb Azərbaycana qayıdan fizik: Kainat-Kvant
02 mart 00:09
- Sarkozi 1 il həbsdə qalacaq
01 mart 20:39
- Bakıda 22 yaşlı gənc öldürüldü, şübhəli axtarışa verildi
01 mart 20:31
- İrəvanda 13 türk kəşfiyyatçısı?.. – Hərbi ekpert
01 mart 13:41
- İlham Əliyev və Mehriban Əliyeva yeni gəmilərin istismara verilməsi mərasimində
01 mart 13:26
- Martda 14 gün iş olmayacaq
01 mart 13:17
- İcra başçısı işğaldan azad olunan Ağdamda sərxoş halda ? - VİDEO
01 mart 13:03
- Nazirliklər maşınlarını satışa çıxardı – 400 manatdan başlayan qiymətlər
01 mart 12:47
- Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapdı
01 mart 11:25
- Bu gündən Azərbaycan vətəndaşları Gürcüstana yeni qaydalarla gedəcək
01 mart 11:17
- Nazir Ramiz Mehdiyevin qardaşı oğluna VƏZİFƏ VERDİ
01 mart 11:11
- Nəzakət Məmmədova - Əri onu hər gün döyürdü
28 fevral 23:13
- Hakim Mahmud Ağalarov dələduz prokurorluq əməkdaşı haqda hansı qərarı verəcək?
28 fevral 23:00
- Bağırsaqlar niyə ağrıyır? - Səbəblər
28 fevral 22:31
- “Meyvəli” bazarında güclü yanğın başladı VİDEO
28 fevral 22:21
- Füzulidə yer altında GİZLİ ŞƏHƏR -Fotolar
28 fevral 21:57
- Sumqayıt hadisələrindən 33 il ötür
28 fevral 14:11
Video & Fotoqalereya
Video
Fotoqalereya