Bakıda bank sədrini silahlı adamlar oğurladı ŞOK
İqtisadiyyat13 fevral 2021 14:45
"Hüseyn Səfərovun silahlı adamları Maliyyə Nazirliyinin 3 müfəttişini oğurlayıb naməlum istiqamətdə aparmışdılar"
Azərbaycanın sabiq Maliyyə naziri Fikrət Yusifov sosial şəbəkələrdə böyük rezonans yaradan paylaşım edib. F.Yusifov nazir postunu tutduğu dövrdə(1994-1999-cu illər) Respublika Əmanət Bankının sədri vəzifəsində çalışmış Hüseyn Səfərovun külli miqdarda - həmin vaxtın pulu ilə 150 milyard manat vəsaiti mənimsədiyini yazıb.
Maraqlıdır ki, sabiq nazir həmin şəxsin özbaşınalıqlarına baxmayaraq, hakimiyyətdəki himayədarlarının sayəsində cəzalandırılmadığını və bu gün də həmin vaxtlarda "qazandığı” pullarla biznes qurduğunu bildirir.
Qaynarinfo isə xəbər verir ki, sözügedən Hüseyn Səfərov bankdakı işi ilə vidalaşandan sonra Vergilər Nazirliyində yüksək vəzifələr tutub, Bakıdakı bir neçə rayonun vergi idarələrinə rəhbərlik edib.
Sabiq nazirin Hüseyn Səfərov haqqında yazdıqlarını nəzərinizə çatdırırıq: "Dostlar, şəkildə gördüyünüz bu adam 1990-cı illərin ortalarında, cəmi 1 il, o vaxtkı Respublika Əmanət Bankının sədri vəzifəsində çalışmış Hüseyn Səfərovdur. Azərbaycanın bank sistemi tarixində ən böyük talanın müəllifidir. Bankın sədri vəzifəsində işlədiyi 1 il müddətində o vaxtın pulu ilə 150 milyard manat krediti bankın yerli filialları və ilk növbədə Səbayil rayonunun Bayıl ərazisində yerləşən və onun özünə şəxsən aid olan filialda mal-qara tədarükü adı altında nağdlaşdıraraq mənimsəmişdir. O dövrdə Əmanət Bankının nəzarət zərfi dövlətə məxsus idi. Dövlət adından isə Maliyyə Nazirliyi çıxış edirdi.
Dövlətə aid bu payı idarə edən Respublika Maliyyə Naziriliyi və bir nazir kimi mən, Əmanət Bankında baş verən bu talana qarşı biganə qala bilməzdik. Mən bankda baş verən bu talanı araşdırmaq üçün Maliyyə Nazirliyinin mütəxəssislərindən ibarət təftiş qrupu ayırdım. Qısa zaman içərisində bütün bu oğurluqların üstü açıldı.
Təsəvvür edin, mütəxəssislər o zaman hesblamışdılar ki, bankın filiallarından Hüseyin Səfərovun bilavasitə tapşırıqları ilə mal-qara tədarükü adı altında ayrı-ayrı adamların adına kredit kimi verilib, nağdlaşdırılaraq oğurlanan bu pullara əgər həqiqətən mal-qara alınsaydı, onda bu mal-qaranın yerləşə biləcəyi ərazi Abşeron yarımadasının ərazisindən 3 dəfə böyük olmalı idi.
Pulların daha çox nağdlaşdırıldığı Əmanət Bankının Bayıl ərazisində yerləşən və Hüseyin Səfərova bilavasitə aid olan filialda Maliyyə Nazirliyinin mütəxəssisləri yoxlama apararkən, Hüseyn Səfərovun silahlı adamları Maliyyə Nazirliyinin 3 müfəttişini oğurlayıb naməlum istiqamətdə aparmışdılar.
Müfəttlişlərdən biri (o, hal hazırda da Respublika Maliyyə Nazirliyində çalışır) "Azneft" meydanından qalxaraq onları naməlum istiqamətdə aparan maşın hərəkətdə olarkən, onun qapısını açaraq Azərbaycan Dövlət Akademik Filarmoniyasının yanında özünü yerə atmış və qaçıb Prezident Aparatına daxil olaraq xilas olmuşdu. Təbii ki, bundan sonra ölkə rəhbərliyi və Baş Prokurorluq bu məsələyə qarışdı və Maliyyə Nazirliyinin Hüseyn Səfərov tərəfindən oğurlanmış iki müfəttişi də tapıldı.
Son müsahibəmdə bəzi məmurları rüşvət və korrupsiya hallarına görə tənqid etməyim Azərbaycanın bank tarixində ən böyük talanı həyata keçirmiş bu adamcığın xoşuna gəlməyib və hesab edib ki, o, bu məsələyə münasibət bildirməlidir. El gözü tərəzidir. Qoy mənə dövlət bankını talan etdiyinə görə işdən qovdurduğum biri yox, yaxından tanıyanlar və fəaliyyətimə bələd olanlar qiymət versinlər".
Oxşar xəbərlər
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 2024 11:56
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 2024 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 2024 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 2024 11:16
- Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər
12 aprel 2024 11:30
- Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - Rəsmi açıqlama
11 aprel 2024 20:25
Xəbər lenti
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
Video & Fotoqalereya
Video
Fotoqalereya