Altı yaşlıların imtahan macəraları - KÖŞƏ
BDU-nun dosenti Çinarə Vüqar
Azərbaycan təhsilində altı yaşlıların imtahan macəraları
Deyilənə görə , günlərin birində Cuha bir xəstənin görüşünə gedib onun vəziyyətinin ağırlaşdığını gördükdə , onun adamlarına başsağlığı verir. Xəstənin qohumları soruşurlar ki, xəstə sağdır, başsağlığı verməyə nə lüzum var. Cuha deyir: “Xəstənin ölüm ayağında olduğunu görürəm, odur ki, bəri başdan başsağlığı verdim”.
Bu gün Azərbaycan təhsili elə vəziyyətdədir ki, insanın ona başsağlığı vermək həvəsi gəlir. O gün tanınmış həkimlərdən biri ilə söhbət edirdim. O, yarı ciddi, yarı gerçək mənə dedi: “Onurğanın reabilitasiyası Azərbaycan təhsilində aparılmalıdır. Çünki təhsil millətin onurğa sütunudur. Hazırkı vəziyyətdə bu onurğasında əyilmələr baş verir”. İndi soruşacaqsınız ki, niyə?
Elə başlayaq orta məktəblərin rus bölməsinə daxil olmaq istəyən altı yaşlı balacaların imtahan macəralarından. Bildiyimiz kimi, bu gün Azərbaycanda yüksək vəzifə sahibi olmaq üçün Biləcəridən, ən əsası Bayıldan o yana keçmək lazımdır. Kim ki, xaricdə təhsil alıb, onun yeri lap başlardadır. Bu vəziyyət elə Sovet dövründə də belə idi. Moskvanın nüfuzlu ali məktəblərini bitirənlər xüsusi imtiyazlara malik idilər. Sadəcə bu gün Moskvanın mötəbər ali məktəblərinin yerini Türkiyənin, Amerikanın , İtaliyanın və digər xarici ölkələrin ali məktəbləri tutur. O ali məktəblər ki, onların çoxuna Azərbaycanın mötəbər ali təhsil ocaqlarında heç olmasa 200 bal toplaya bilməyənlər daxil olurlar. Cibi dolu olanlar üçün xarici ölkədə hər bir ali məktəbin qapıları taybatay açıqdır. Bu gün Azərbaycanda adi bir işə girmək üçün də rus dilini mükəmməl bilmək tələb olunur. Belə olan vəziyyətdə, sözsüz ki, valideynlərin böyük qismi övladlarının rus bölməsində təhsil almalarını istəyirlər. Qeyd edək ki, məktəblərdə rus bölmələrində ciddi kadr çatışmazlıqları da vardır. Bu səbəbdən, azərbaycan bölməsində 40 şagird üçün iki sinif açılanda, rus bölməsində 50 nəfər bir sinifdə təhsil alır. Bu da təhsilin səviyyəsində özünü mənfi şəkuldə göstərir. Bu məsələnin bir tərəfi. Digər tərəfdən, balacalar rus dilindən imtahan vermək məcburiyyətində də qalırlar. Sözsüz ki, əgər uşaq rus dilində heç nə anlamırsa, onun rus bölümündə təhsil alması absurddur. Amma anlayışı olan balacaya onun yaşına uyğun olmayan sualları vermək ən azı ...
İki il bundan əvvəl anası rus, atası azərbaycanlı olan qonşumuzun altı yaşlı qızı imtahan verirdi. Evdə rus dilində valideynləri ilə ünsiyyətdə olan, rus anasının südünü əmmiş Nərminəyə verilən suallar nəinki uşağı, elə onun 60 yaşlı əslən rus olan nənəsini belə dəhşətə gətirmişdi:
-Sənin baban var?
- Var.
-Babanın adı nədir?
-Babamın adı Faiqdir.
- Sənin baban nəçidir?
- İdmançı.
- İdmanın hansı növü ilə məşğul olur?
- Babamın çoxlu medalları var.
- Yaxşı, medalları var, bəs idmanın hansı növündə uğur qazanıb?
Balaca Nərminə təəccüblə çiyinlərini çəkir. Müəllim isə sualları verməkdən yorulmur:
- Yaxşı, mənə de görüm baban neçənci illərdə o medalları alıb?
Bu zaman Nərminin nənəsi dözməyib dillənir:
- Mən neçə illərdir ki, ərimlə bir evdə yaşayıram, amma o medalların alınma tarixini heç özüm belə bilmirəm, uşaq haradan bilsin.
- Yaxşı, de görüm ağır atletikada nə edirlər?
Nərminə təəccüblü baxışlarla ona sual verən müəllimə baxırdı. Müəllim isə suallarını davam edirdi:
- Molyar nə ilə məşğul olur?
Nənə əsəbi halda ayağa qalxıb Nərminin əlindən tutaraq otaqdan çıxır.
Əslində, bu hadisə nə ilkdir, nə də sonuncu. Verilən suallara öz doğma dilində cavab verə bilməyən, çox zaman verilən sualların mahiyyətini anlamayan balacaları belə ağır sorğu-suala cəlb etmək ən azı onlarda ilk gündən təhsilə qarşı bir ikrah hissi oyadır. Ümumiyyətlə, bu imtahanların keçirilməsi absurddur. Belə ki, onsuz da oxuya bilməyən şagird sinifdə qalır. Bunun da məsuliyyəti valideyinin üzərinə düşür. Maraqlıdır, necə olur ki, rus bölməsində birinci sinifdə 50 şagird oxuyursa, bu say altıncı sinifdə 30-a düşür. Ali məktəblərin rus bölümlərinə sənəd verənlərin sayı da azdır, yerlər boş qalır. Mən hələ magistraturanı demirəm. Mənim elə tələbələrim var ki, yarı rus, yarı azərbaycan dilində danışırlar. Sonradan məlum olur ki, ibtidai sinfdə rus bölümündə təhsil alan bu tələbələr, yuxarı sinifdə təhsilini azərbaycan dilində davam etdiriblər. Deməli, rus bölməsində təhsilini davam etdirə bilməyən şagirdlər, sözsüz ki, azərbaycan bölməsinə keçirlər.
Altı yaşlı uşağa zəhmli baxışlarla baxan müəllim:
“Ananın atasının adı nədir, bəs onun atasının adı nə olub, ananın ulu babası necə adlanır” – sualını verirsə, o özünü gülünc vəziyyətə qoyur. Rus dilində mahnı oxumağı, şeir deməyi bacaran, rəngləri, sayı, əşyaları, heyvanların adlarını bilən altıyaşlını dərhal rus bölməsinə qəbul etmək lazımdır. Bu gün imtahan verən altı yaşlı doğma dilində ünvanını bilmirsə, bunu rus dilində necə ifadə etsin? O balacadan onun anasının telefon nömrəsini, iş ünvanını soruşmaq nə qədər doğrudur? İnanın, o körpə, heç azərbaycan dilində bu sualların cavabını bilmir.
Məktəblərin hazırlıq qrupları var. Bu gün pandemiya şəraitində vəziyyət daha kritikdir. Məktəblərdə təhsil distant təhsillə əvəzlənib. Beş yaşlı balacalar distant şəklində təhsil alırlar. Sizcə partada oturmağı bacarmayan, məktəbin nə olduğunu bilməyən, cəmi iki-üç gün məktəbə gedən uşaqlar distant şəkildə hansı təhsili ala biləcəklər? Pandemiya şəraiti ilə bağlı kurslarda əlavə təhsillər də dayandırılıb. Belə olan şəraitdə valideynlərin nə qədər çətinliklərlə üzləşdikləri heç kimə sirr deyil.
Azərbaycan təhsilinə o qədər əndrəbadi qanunlar gətirilib ki, Avropanın inkişaf etmiş ölkələrinin elm adamları bunu eşidəndə təəccübünü gizlədə bilmir. Belə çıxır ki, Amerikaya köçən azərbaycanlı ailəsi təhsilsiz qalmalıdır ki, o, ingilis dilini bilmir? Əksinə, Qərb ölkələrində elə şagirdlərə hətta əlavə kurslar belə təşkil olunur, özü də təmənnasız. Oralarda 50 şagirdi bir sinifdə oturdub heç kimə dərs keçirilmir. Əgər biz Avropaya inteqrasiya ediriksə, nədən onların yaxşı işlərindən bəhrələnmirik? Azərbaycan reallığında rus bölməsinə gedən altı yaşlıların imtahan verməsi məntiqi məntiqsizlikdir. Ümid edirik ki, Təhsil Nazirimiz Cənab Emin Əmrullayev belə məntiqsiz imtahanları ləğv edəcək və Azərbaycan təhsili absurd qaydaların buxovlarından azad olunacaq.
- Kür çayında batan ata və altı yaşlı qızının FOTOSU
13 aprel 2024 10:05
- Bakıda 800 minlik dələduzluq: Üç dövlət qurumu zərər gördü, dörd nəfər həbs olundu
9 aprel 2024 05:47
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 2024 17:37
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Bu gün İsmayıl Şıxlının 105 yaşı tamam olur
22 mart 2024 12:35
- Türk xalqlarında Novruz adətləri
20 mart 2024 17:53
- Kosmosda restoran - Bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO
17 mart 2024 14:06
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Xurşidbanu Natəvan necə müflis oldu? (ARAŞDIRMA)
9 mart 2024 14:08
- Bakı Dövlət Sirkinin pul seyfi oğurlandı
20 fevral 2024 14:11
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31