20 Yanvar xalqımızın Qəhrəmanlıq Səlnaməsidir
Maraqlı19 yanvar 2021 22:57

Vaqif Abdullayev - siyasi elmlər doktoru, professor
31 il bundan əvvəl xalqımız şaxtalı qış gecəsində tarixin ən amansız və dəhşətli faciəsini yaşadı. Milli azadlıq ruhu ilə küçələrə çıxmış vətənpərvər cəsur, əliyalın soydaşımız faşist və cani Qorbaçovun əmri ilə sovet qoşunları tərəfindən xüsusi amansızlıqla qətlə yetirildi.
20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq təkcə faciə deyil, xalqımızın qəhrəmanlıq səlnaməsidir. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
... Həmin tarixi heç kim unutmayıb. Azərbaycan xalqına xəyanət edən o dövrki rəhbərlərin, Vəzirovun satqınlığının, yalançı və saxtakar "meydan siyasətçilərinin", "liderlərin" xalqa xəyanətləri də məlum qanlı gecənin baş verməsində az rol oynamadı. Hadisədən sonra onların çoxu qorxub gizləndi, sovet imperiyasının bu mənfur cinayətinə etiraz edə bilmədilər.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev həmin hadisələr zamanı Qorbaçov rejiminə qarşı sərt çıxış edərək SSRİ rəhbərliyinin cinayətkar əməllərini cəsarətlə dünyaya bəyan etdi. Heydər Əliyev Mixail Qorbaçovun və onun əlaltılarının istənilən an ona qarşı təxribat törədə biləcəyinə baxmayaraq öz həyatını təhlükə altına ataraq 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi və orada sovet ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi vəhşi aksiya ilə bağlı mətbuat konfransı keçirdi. Moskvadan Azərbaycan rəhbərliyinə və xalqa göndərdiyi teleqramda 20 Yanvar hadisəsini “SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı antidemokratik, qanunazidd və düşünülmüş aksiyası” kimi qiymətləndirdi.
... Azərbaycan o vaxtkı rəhbərliyinin cəsarətsiz və qorxaq siyasəti, kölə psixologiyası üzündən 20 Yanvar nəinki beynəlxalq, hətta ittifaq müstəvisində də layiq olduğu hüquqi-siyasi qiyməti almamışdı.
... Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. 1990-cı il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq Şəhidlər Xiyabanını ziyarət etdi. Məhz ulu öndərin sərəncamı ilə 20 Yanvar ümumxalq hüzn günü elan olundu.
... Ulu öndərin birbaşa rəhbərliyi ilə 20 Yanvar hadisələrinin siyasi və hüquqi tədqiqi aparıldı. Milli Məclis tərəfindən 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi və beləliklə, 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.
... 20 Yanvar faciəsi qurbanlarının, müharibə veteranlarının, əlillərin problemlərinin dövlət səviyyəsində həlli mühüm vəzifələrdən biri kimi qarşıya qoyulub. Prezident İlham Əliyev Şəhidlərinin əziz xatirəsinə ehtiramını, sonsuz məhəbbətini hər zaman ən yüksək səviyyədə nümayiş etdirir. Dövlət başçısının şəhid ailələri ilə keçirilən görüşləri bu dogma münasibətin təntənəsidir. 2006-cı il yanvarın 19-da ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.
... Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə, əlillərə olan yüksək diqqət və qayğısı, problemlərinə həssaslıqla yanaşmsı şəhidlərimizin ruhuna olan sonsuz ehtiramın, onların ailələrinə dərin məhhəbətin ifadəsidir.
20 Yanvar Zəfərə gedən müqəddəs Yolun başlanğıcıdır. 20 Yanvardan başlayan Milli həmrəyliyimiz, Birliyimiz ötən illərdə daha da möhkəmləndi, bütövləşdi və Azərbaycan Xaqlının Dəmir Yumruq kimi birləşməsi Yenilməz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən Qarabağın Ermənistanın işğalından azad edilməsinə səbəb oldu. Azərbaycan ərazi bütövlüyünü təmin etdi. Allah bütün şəhidlərimizə rəhmət etsin, Tanrı Azərbaycanı, Türkü qorusun!
Loading...
Oxşar xəbərlər
- Jirinovski SSRİ-ni dağıdanların adlarını çəkdi, Qorbaçova isə haqq qazandırdı
3 mart 2021 11:16
- ŞUŞA FATEHİ Hikmət Mirzəyevin doğum günüdür
28 fevral 2021 12:40
- Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev - MÜSAHİBƏ
25 fevral 2021 20:41
- Heydərovun xas adamı Cəbrayıl Xanlarov
21 fevral 2021 12:19
- Bu türk dili yox olmaq təhlükəsi ilə üzləşib
21 fevral 2021 11:43
- Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı - İstintaqda
20 fevral 2021 13:28
- “13 nəfəri güllələdilər, adamın başını kəsib futbol oynayırdılar, kəlbətinlə...”
20 fevral 2021 09:52
- Bakıda 500 min sənədsiz ev - 2 milyon insan
15 fevral 2021 22:02
- Gloria Palace MTK “ŞƏMS” körpələr evini belə uçurtdu - FOTOLAR
13 fevral 2021 16:39
- Vaxt tükənir - Rüstəm İbrahimbəyov yazır
12 fevral 2021 17:59
Xəbər lenti
- SSRİ-nin ilk cəlladı – 33 nəfəri çəkiclə qətlə yetirən Komarov
04 mart 00:10
- Əli Həsənov iflic oldu, ağzı əyildi
04 mart 00:01
- Mübariz Mənsimov sərbəst buraxıla bilər
03 mart 23:24
- “Pakistanla birgə təlimlərin artıq vaxtı çatıb” - Prezident
03 mart 23:12
- Nazirin milyonluq "Topaz" biznesi niyə batır? - Əmsalların azlığı
03 mart 17:40
- Qalmaqallı dairənin indiki və keçmiş deputatı üz-üzə gəldi
03 mart 17:26
- Dilavər Əzimli dünyasını dəyişdi
03 mart 13:54
- Jirinovski SSRİ-ni dağıdanların adlarını çəkdi, Qorbaçova isə haqq qazandırdı
03 mart 11:16
- Tarixdə ilk dəfə Papa İraqa gedir
03 mart 11:04
- Fəxrəddin Manafovun xanımı vəfat etdi
03 mart 10:53
- Əli İnsanov hardadır?
02 mart 12:43
- Martın 5-də Yeni Azərbaycan Partiyasının qurultayı
02 mart 12:35
- Bu gün Od çərşənbəsidir
02 mart 00:25
- Xaricdə yaxşı işini atıb Azərbaycana qayıdan fizik: Kainat-Kvant
02 mart 00:09
- Sarkozi 1 il həbsdə qalacaq
01 mart 20:39
- Bakıda 22 yaşlı gənc öldürüldü, şübhəli axtarışa verildi
01 mart 20:31
- İrəvanda 13 türk kəşfiyyatçısı?.. – Hərbi ekpert
01 mart 13:41
- İlham Əliyev və Mehriban Əliyeva yeni gəmilərin istismara verilməsi mərasimində
01 mart 13:26
- Martda 14 gün iş olmayacaq
01 mart 13:17
- İcra başçısı işğaldan azad olunan Ağdamda sərxoş halda ? - VİDEO
01 mart 13:03
- Nazirliklər maşınlarını satışa çıxardı – 400 manatdan başlayan qiymətlər
01 mart 12:47
- Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapdı
01 mart 11:25
- Bu gündən Azərbaycan vətəndaşları Gürcüstana yeni qaydalarla gedəcək
01 mart 11:17
- Nazir Ramiz Mehdiyevin qardaşı oğluna VƏZİFƏ VERDİ
01 mart 11:11
- Nəzakət Məmmədova - Əri onu hər gün döyürdü
28 fevral 23:13
- Hakim Mahmud Ağalarov dələduz prokurorluq əməkdaşı haqda hansı qərarı verəcək?
28 fevral 23:00
- Bağırsaqlar niyə ağrıyır? - Səbəblər
28 fevral 22:31
- “Meyvəli” bazarında güclü yanğın başladı VİDEO
28 fevral 22:21
- Füzulidə yer altında GİZLİ ŞƏHƏR -Fotolar
28 fevral 21:57
- Sumqayıt hadisələrindən 33 il ötür
28 fevral 14:11
Video & Fotoqalereya
Video
Fotoqalereya