Azərbaycanla İran arasında mühüm sənəd imzalandı

Dünən Baş nazirinin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Komissiyasının 14-cü iclasında iştirak etmək məqsədilə İrana səfər edib.
Bu barədə “Qafqazinfo”ya Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat daxil olub. Bildirilib ki, səfər çərçivəsində Ş.Mustafayev İran İslam Respublikası Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi, iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd, yol və şəhərsalma naziri Məhəmməd Eslami və energetika naziri Rza Ərdəkanian ilə görüşüb danışıqlar aparıb.
Görüşlər zamanı ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinin əhəmiyyətini vurğulayan İran rəsmiləri Azərbaycanın işğal altındakı ərazilərinin azad olunması və Dağlıq Qarabağ münaqişəsinin başa çatması münasibətilə təbriklərini çatdırıblar.
Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk günlərdən etibarən İranın Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bəyan ediblər. Eyni zamanda, İran tərəfinin işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpa işlərində hərtərəfli dəstək göstərməyə hazır olduğu ifadə olunub.
Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclası və keçirilən görüşlər zamanı iki ölkə münasibətlərinin gündəliyindəki məsələlər və görüləcək işlər barədə fikir mübadiləsi aparılıb. İclasın yekununda Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclasının Anlaşma Memorandumu imzalanıb.
İranın Yol və Şəhərsalma Nazirliyində keçirilən görüş zamanı ölkələrimiz arasında yol-nəqliyyat və yüklərin daşınması sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində mövcud infrastrukturun təkmilləşdirilməsi, xüsusilə dəmir yolu ilə yük daşımaları sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin imkanları araşdırılıb.
Energetika Nazirliyində keçirilən görüşdə ölkələrimiz arasında elektroenergetika sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunmuş, icrada olan layihələrin sürətləndirilməsi istiqamətində atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan-İran-Rusiya enerji sistemlərinin sinxronlaşdırılması və Azərbaycan-İran-Türkiyə arasında elektrik enerjisi ticarəti məsələləri müzakirə edilib. Araz çayının su və enerji potensialından səmərəli istifadə edilməsi üçün icra olunan layihələrin əhəmiyyəti vurğulanıb.
“Ordubad” və “Marazad” su elektrik stansiyaları ilə bağlı məsələlər üzrə razılıq əldə olunmuş, o cümlədən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisinin başa çatdırılması üçün atılacaq növbəti addımlar müzakirə edilib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində elektroenergetika sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
- “Pakistanla birgə təlimlərin artıq vaxtı çatıb” - Prezident
3 mart 2021 23:12
- Sarkozi 1 il həbsdə qalacaq
1 mart 2021 20:39
- Nazirliklər maşınlarını satışa çıxardı – 400 manatdan başlayan qiymətlər
1 mart 2021 12:47
- Bu gündən Azərbaycan vətəndaşları Gürcüstana yeni qaydalarla gedəcək
1 mart 2021 11:17
- Nəzakət Məmmədova - Əri onu hər gün döyürdü
28 fevral 2021 23:13
- Füzulidə yer altında GİZLİ ŞƏHƏR -Fotolar
28 fevral 2021 21:57
- Bəşəriyyətin məhvi:kişilərdə spermatozoid 59% azalıb
27 fevral 2021 15:46
- Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev - MÜSAHİBƏ
25 fevral 2021 20:41
- Milyonlarla ürəyin kədəri və inamı... - Fotolar
25 fevral 2021 20:00
- Paşinyan tərəfdarları və müxaliflər arasında qarşıdurma - Video
25 fevral 2021 19:51
- SSRİ-nin ilk cəlladı – 33 nəfəri çəkiclə qətlə yetirən Komarov
04 mart 00:10
- Əli Həsənov iflic oldu, ağzı əyildi
04 mart 00:01
- Mübariz Mənsimov sərbəst buraxıla bilər
03 mart 23:24
- “Pakistanla birgə təlimlərin artıq vaxtı çatıb” - Prezident
03 mart 23:12
- Nazirin milyonluq "Topaz" biznesi niyə batır? - Əmsalların azlığı
03 mart 17:40
- Qalmaqallı dairənin indiki və keçmiş deputatı üz-üzə gəldi
03 mart 17:26
- Dilavər Əzimli dünyasını dəyişdi
03 mart 13:54
- Jirinovski SSRİ-ni dağıdanların adlarını çəkdi, Qorbaçova isə haqq qazandırdı
03 mart 11:16
- Tarixdə ilk dəfə Papa İraqa gedir
03 mart 11:04
- Fəxrəddin Manafovun xanımı vəfat etdi
03 mart 10:53
- Əli İnsanov hardadır?
02 mart 12:43
- Martın 5-də Yeni Azərbaycan Partiyasının qurultayı
02 mart 12:35
- Bu gün Od çərşənbəsidir
02 mart 00:25
- Xaricdə yaxşı işini atıb Azərbaycana qayıdan fizik: Kainat-Kvant
02 mart 00:09
- Sarkozi 1 il həbsdə qalacaq
01 mart 20:39
- Bakıda 22 yaşlı gənc öldürüldü, şübhəli axtarışa verildi
01 mart 20:31
- İrəvanda 13 türk kəşfiyyatçısı?.. – Hərbi ekpert
01 mart 13:41
- İlham Əliyev və Mehriban Əliyeva yeni gəmilərin istismara verilməsi mərasimində
01 mart 13:26
- Martda 14 gün iş olmayacaq
01 mart 13:17
- İcra başçısı işğaldan azad olunan Ağdamda sərxoş halda ? - VİDEO
01 mart 13:03
- Nazirliklər maşınlarını satışa çıxardı – 400 manatdan başlayan qiymətlər
01 mart 12:47
- Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapdı
01 mart 11:25
- Bu gündən Azərbaycan vətəndaşları Gürcüstana yeni qaydalarla gedəcək
01 mart 11:17
- Nazir Ramiz Mehdiyevin qardaşı oğluna VƏZİFƏ VERDİ
01 mart 11:11
- Nəzakət Məmmədova - Əri onu hər gün döyürdü
28 fevral 23:13
- Hakim Mahmud Ağalarov dələduz prokurorluq əməkdaşı haqda hansı qərarı verəcək?
28 fevral 23:00
- Bağırsaqlar niyə ağrıyır? - Səbəblər
28 fevral 22:31
- “Meyvəli” bazarında güclü yanğın başladı VİDEO
28 fevral 22:21
- Füzulidə yer altında GİZLİ ŞƏHƏR -Fotolar
28 fevral 21:57
- Sumqayıt hadisələrindən 33 il ötür
28 fevral 14:11