İcra başçısının 3 milyon dəyərində şəxsi baxçası və ...– SİYAHI
Abşeron İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya məxsus əmlakların şok siyahısı üzə çıxıb.
KAİM.az həmin siyahını təqdim edir:
İradə Akif qızı Gülməmmədova 1962-ci il sentyabrın 30-da Şuşa şəhərində doğulub. 1979-cu ildə Azərbaycan Tibb İnstitutuna (ATİ) daxil olub. ATİ-nin pediatriya fakültəsini 1985-ci ildə bitirib.
1986-cı ildə Bakı şəhər 6 saylı uşaq xəstəxanasında pediatr-interna olaraq çalışan İradə Gülməmmədova, 1986-cı ildən 1995-ci ilə qədər Balakən rayon xəstəxanasında pediatr-neonotaloq işləyib. Onun ailə qurduğu Gülməmmədov Yolçu Katamazya oğlu da həkimdir və Balakən rayonunda birgə işləyiblər.
İ.Gülməmmədova 1995-2006-cı illərdə Abşeron rayonunda yerləşən uşaq poliklinikasına baş həkim təyin olunub. 2006-2014-cü illərdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, 2014-2015-ci illərdə isə birinci müavini vəzifələrində çalışıb. 2015-ci ilin sentyabrından prezident İlham Əliyev tərəfindən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Abşeron rayonunun sosial-iqtisadi inkişafında xidmətlərinə görə Prezident İlham Əliyevin 26 dekabr 2012-ci il tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. 1998-ci ildən Yeni Azərbaycan partiyasının üzvüdür.
İcra başçısının həyat yoldaşının şirkəti:
İ.Gülməmmədovanın həyat yoldaşının iş adamı olmasıyla bağlı məlumat dövrü mətbuatda yalnız bir yerdə verilib. O da kiçik oxucu kütləsinin əldə edə biləcəyi yerli idman qəzetlərindən birində.
Y.Gülməmmədovun adına olan müəssisələr – “İmpuls-M.V.” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1000296151). Müəssisənin qanuni təmsilçisi reyestr məlumatlarında Gülməmmədov Yolçu Katamazya oğlu göstərilib. Nizamnamə kapitalı 10 manat olan müəssisə 2004-cü ildə qeydiyyata alınıb. Bu, Y.Gülməmmədovun yeganə müəssisəsi deyil.
“İmpuls-M.V.” MMC apteklər şəbəkəsinin ümumi adıdır. Hansı ki, onların bəzisi bir neçə il əvvəl Səhiyyə Nazirliyi tərəfindən qiyməti süni şəkildə qaldırılmış qoruyucu maska satdığı üçün cərimələnib. “İmpuls-M.V.”-lə eyni ünvanda daha bir müəssisə yerləşir – “İRS Mobil” MMC (VÖEN: 1000588131) . Müəssisənin qanuni təmsilçisi Quliyev Rövşən Akif oğlu, təsisçisi isə Quliyev Akif Hümmət oğludur.
İcra başçısının qardaşına və atasına məxsus şirkətlər:
“İRS Mobil” 2005-ci ildə təsis olunub, nizamnamə kapitalı 10 manatdır. R.Quliyev İ.Gülməmmədovanın qardaşı, A.Quliyev isə atasıdır. Rövşən Quliyevin adının keçdiyi ikinci müəssisə isə “Nigər-Q.S” MMC-dir (VÖEN: 1901059821). “Nigər-Q.S” MMC-nin hüquqi nümayəndəsi Rövşən Quliyev, təsisçisi isə Akif Quliyevdir. 2010-cu ildə qeydiyyata alınan müəssisənin nizamnamə kapitalı 20 manatdır.
Eyni ünvanda bir neçə törəmə şirkət:
Abşeron rayonu, Rəsulzadə qəsəbəsi ŞTQ, Davudoğlu (M.Rəsulzadə qəsəbəsi) ünvanında daha bir MMC fəaliyyət göstərir “Vimay”. Qanuni təmsilçisi Umayeva Elnarə Vaqıf qızıdır.
E.Umayevanın adına daha bir MMC “Vimay-Med” (Af-Gen) Klinikasında da rast gəlmək mümkündür. “Vimay” 2004-cü ildə, “Vimay-Med” isə 2014-cü ildə təsis olunub. E.Umayeva son seçkilərə qədər Abşeron rayonunda Görədil bələdiyyə sədrinin müavini olub. O, budəfəki bələdiyyə seçkisində namizədlər arasında olsa da, seçilməyib.
Binəqədi rayonu, M.Davudoğlu 12a ünvanında fəaliyyət göstərən “Vimay-Med” klinikası müxtəlif tədbirlər də həyata keçirir. Onuda qeyd edək ki, xanım icra başçının əsas biznesi rəhbərlik etdiyi Abşeron rayonunda deyil, Binəqədi rayonunun ərazisində yerləşir.
Hazırda “Vimay-Med” Klinikasının qanuni təmsilçisi Zaidov Mirəzim Həsən oğludur. M.Zaidov eyni zamanda klinikanın baş həkimdir. E.Umayevanın adına bağlanan “Vimay” Tibb Mərkəzi həm Səhiyyə Nazirliyinin, həm də Vergilər Nazirliyinin reyestr məlumatlarında “Afgen” Klinikasıyla eyni adı daşıdığı bəlli olur. Baxmayaraq ki, “Afgen” özü Bioloji Təbabət Klinikasının binasında fəaliyyət göstərir. Bioloji Təbabət Klinikası haqda bir qədər sonra. “Vimay” Tibb Mərkəzinin keçmiş rəsmi elektron səhifəsi “vimayclinic.com” olub. Sonradan səhifə bağlansa da, “Facebook” sosial şəbəkəsində aktiv təmsil olunur. Klinika əsasən arıqlama, liposaksiya, döş böyütmə və kiçiltmə, eləcə də kosmetoloji əməliyyatların gerçəkləşdirməsini həyata keçirir.
E.Umayevanın adına daha bir müəssisə qeydiyyatdan keçirilib. Bu, “Repose Travel” (VÖEN: 3102670111) adlı turizm şirkətidir. 2018-ci ildə yaradılan müəssisənin nizamnamə kapitalı 20 manatdır. Hüquqi ünvanı isə Abşeron rayonu, Görədil, İ.Yusifov, ev 4-dür
İradə Gülmmədovanın qeydiyyatda olduğu ünvanda daha üç müəssisə qeydiyyatdan keçib – “Nabat” firması (VÖEN: 3101168861), “Herbimed” MMC (vöen: 1001399851) və “Afgen” MMC (vöen: 1002041591).
“Nabat” firması yanvarın 18-i 1997-ci ildə təsis olunub. Qanuni təmsilçisi Quliyev Rizvan Akif oğludur. Nizamnamə kapitalı göstərilməyib. Müəssisənin adaşı olan Nabat adına İradə Gülməmmədovanın qardaşı Rövşən Quliyevin ailə üzvləri arasında rast gəlinir. İbrahimova Nabat Rövşən qızı (1993-cü il təvəllüdlü) eyni zamanda M.Davudoğlu 34 ünvanına qeydiyyatdadır. O, hazırda Abşeron rayonunda yerləşən Heydər Əliyev Mərkəzində işləyir. Qərb Universitetinin regionşünaslıq fakültəsini bitirən N.İbrahimova mərkəzdə elmi işçi işləyir.
“Vimay”ın keçmiş adı “Nabat Klinikası” olub. Həmin ad “Google” xəritədə də eynilə qeyd olunub, eləcə də ünvan göstərən səhifələrdə. “Nabat Klinikası” ilə oxşar xidmətləri göstərən “Nabat Med” Klinikası isə Rusiyada qeydiyyatdan keçib. Təsisçisi və direktoru Abbasov Mehman Rafiq oğludur. “Nabat Med” “Mirpromtorq” MMC-nin nəzdindədir.
Təsisçilər arasında Türkiyə vətəndaşları da var
“Afgen” MMC-nin təsisçisi Gülməmmədov Yolçu Katamazya oğlu, Hüseynov Afiq Tapdıq oğlu və Türkiyə vətəndaşı Səlcuq İbrahimdir. Qanuni təmsilçisi isə Y.Gülməmmədovdur. 2011-ci ildə təsis olunan müəssisənin nizamnamə kapitalı 30 manatdır. Afiq Hüseynov digər soyadla (Bərdəli) İzmir şəhərində fəaliyyət göstərir. Azərbaycan Tibb Universitetində İradə Gülməmmədova ilə eyni illərdə pediatriya fakültəsində təhsil alıb. Bir müddət “Afgen” Klinikasında da fəaliyyət göstərib. Onun haqda məlumatlarda klinikanın rəhbəri olaraq da göstərilib.
“Herbimed” MMC 2008-ci ildə təsis olunub. Onun qanuni təmsilçisi və təsisçisi də Y.Gülməmmədov olub. Hazırda vergi reyestrində qanuni təmsilçi Nəcəfov Azər Bayram oğludur. A.Nəcəfovla Y.Gülməmmədov sosial şəbəkədə də dostdurlar. A.Nəcəfovun da adına hazırda “Herbimed”lə yanaşı daha bir müəssisə “Atash-farm” MMC (VÖEN: 3101185981) qeydiyyatdan keçirilib. Hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Aşıq Ələsgər ev 5, mənzil 1-dir. Bu ünvanda da daha bir müəssisə qeydiyyata alınıb – “Harunfarm” MMC (VÖEN: 3101168861). Harun həm də icra başçısının oğul nəvəsinin adıdır. Hər iki müəssisə 2013-cü ildə qeydiyyata alınıb. “Harunfarm”ın keçmiş qanuni təmsilçisi Əliyev Taleh İsaxan oğlu, hazırkı qanuni təmsilçi Bəxtiyarov Babək Fərman oğludur. Müəssisələrin fəaliyyətinin genişliyini Taleh Əliyevin də timsalında görürük. Belə ki, onun adına daha bir müəssisə rəsmiləşdirilib – “Bioflora-M.V.” (VÖEN: 1701630621) MMC-dir. Nizamnamə kapitalı 20 manat olan müəssisənin ünvanı, Səbail rayonu, Neftçi Qurban Abbasov, ev 25, mənzil 1-dir.
İcra başçısının həyat yoldaşı 1996-cı ildə daha bir müəssisə qeydiyyatdan keçirib – “Enerqorenovasiya” MMC. Müəssisənin hüquqi ünvanı Xızı rayonu, Xızı şəhəridir.
Gülməmmədovun adına rəsmiləşən daha bir müəssisə “Fidanfarma”dır (VÖEN: 1400124391). Hüquqi ünvanı Nəsimi rayonu, 20 yanvar, ev 3, mənzil 4-dür. 2001-ci ildə təsis olunan müəssisənin nizamnamə kapitalı 20 manatdır.
Səhiyyə Nazirliyinin özəl müəssisələr və onların fəaliyyəti haqda olan sənədində adı keçən “Afgen” klinikası əsasən 2011-ci ilin avqust ayından fəaliyyət göstərir. Klinika 2012-ci ildən Bioloji Təbabət Klinikasının binasında fəaliyyətini davam etdirir. “Afgen” Klinikasında gen xəstəliklərinin müayinəsi və müalicəsi aparılır. Bioloji Təbabət Klinikasında isə əsasən reabilitasiya və fizioterapiya, osteopatiya, xroniki yaraların sağaldılması, kosmetologiya və digər xidmətlər göstərilir. Bu müəssisədə müalicə olunan pasiyentlərə lazım olan dərmanları da elə klinikaya bağlı fəaliyyət göstərən “Planeta” apteklər şəbəkəsi (VÖEN: 1400172851) satır. Bu apteklər ölkədə 7 ünvanda fəaliyyət göstərir. Əslində matryoşka kimi bir-birinin içindən çıxan bu müəssisələrin domein adresləri də bir-birinə bağlıdı. Bioloji Təbabət Klinikasının ölkədə üç yerdə Sumqayıtda, Göyçayda və Masallıda, xaricdə isə Türkiyədə filialı var.
Bioloji Təbabət Klinikasının (VÖEN: 1401424551) reyestr məlumatlarında qanuni təmsilçisi Yaqubov Elxan Ənvər oğludur. Elə bütün mətbuatda gedən xəbərlərdə də, o, iş adamı kimi təqdim olunur.
2008-ci ildə təsis olunan müəssisənin nizamnamə kapitalı 10 manatdır. Klinikanın hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 30, mənzil 48-dir. E.Yaqubovun qanuni nümayəndə olduğu daha bir müəssisə də “Planeta” İstehsal-Kommersiya Şirkətidir (VÖEN: 1400172851). 1997-ci ildə qeydiyyatdan keçən müəssisənin nizamnamə kapitalı 20 manatdır. Hüquqi ünvanı isə Nəsimi rayonu, Cavadxan 24-dür.
E.Yaqubovun adına rəsmiləşən hazırda isə ləğvetmə prosesində olan daha bir müəssisə isə “Bioloji Tənzimləyici Təbabət Mərkəzi”dir (VÖEN: 1402836811). Nizamnamə kapitalı 10 manat olan müəssisə 2014-cü ildə təsis olunub…
Bildirək ki, bu xanım icra başçısının tam əmlak siyahısı deyil. Növbəti yazı araşdırmalardan sonra…Bizi izləyin!
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 2024 11:29
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05