Xruşşov İmam Mustafayevə zəng edərək rus qızını zorlayan...
Ələmdar Məmmədov,
təqaüddə olan baş ədliyyə müşaviri
44 günlük müharibə zamanı yaşlı erməni qadının əsgərlərimizə “Öz evinizə xoş gəldiniz” deməsi, müharibə bitdikdən sonra Xankəndində bir “yazıq” erməninin bizim əsgərlərə yaxınlaşaraq, “qardaş” deyə müraciətini televiziya ekranlarında izləyəndə sevinmədim, əksinə, xəyal məni keçmişlərə apardı. “Yenə təkrar olacaqmı”, - deyə öz-özümə sual etdim.
Həyatımın və əmək fəaliyyətimin çox hissəsinin keçdiyi sovet dövrünü - qanunun sərt üzü sanki bizlərə, humanistliyi erməni və ruslar üçün yazılmış sovet dövrünü - eyni əmələ görə bizdə insanların həbs edilməsi, erməni və rusların bəraət almasını acı düşüncələrlə xatırladım. Bunun səbəbi nə idi? Tarixə baş vuraraq cavabını tapmağa çalışdım.
Bir neçə misalla fikrimi izah etmək istəyirəm. 1958-ci ildə Gəncə-Şəmkir yolunun kənarında huşsuz vəziyyətdə, təcavüzə məruz qalmış rus millətindən olan 19 yaşlı qızı yoldan keçən sürücü təsadüfən görür və onu təcili xəstəxanaya çatdırır. Tezliklə gənc qızın şəxsiyyəti məlum olur. Tələbə qızın atası hərbi hissələrdən birinin komandiri, polkovnik rütbəli zabit idi. Qız Bakıdan evlərinə gələrkən dəmiryolu vağzalında “Moskviç” markalı maşının sürücüsünə evlərinin ünvanını deyib maşına əyləşir və arxada bir nəfərin də oturduğunu görür. Həmin iki şəxs maşını Şəmkir istiqamətinə sürərək yoldan bir qədər kənarda saxlayıb növbəli şəkildə qıza təcavüz edib, soyuq havada yarımçılpaq vəziyyətdə qoyub, hadisə yerindən uzaqlaşırlar. Qız ifadəsində həmin şəxsləri üzdən tanımadığını, lakin qafqaz ləhcəsi ilə danışdıqlarını, onlardan birinin üzünü cırdığını göstərirdi. Hadisə barədə Daxili İşlər naziri MK-nın Birinci katibi İmam Mustafayevə məlumat verir. Günorta saatlarında Sov.İKP MK-nın I katibi N.Xruşşov İ.Mustafayevə zəng edərək, kəskin formada rus millətindən olan qızın zorlanması ilə əlaqədar cinayətin tezliklə açılmasını tələb edir. Respublika prokuroru və DİN-nin rəhbərliyi ilə istintaq əməliyyat qrupu yaradılır. Moskvadan xüsusi əməliyyat qrupu gəlir. Gəncədə və ətraf rayonlarda “Moskviç” markalı maşını olanların hamısı istintaqa cəlb olunur. Onlarla adam müxtəlif maddələrlə - narkotik maddə saxlamaqdan tutmuş odlu və soyuq silah saxlamağa qədər, həbs olunur. Bir çox insanlar milisə müqavimət və xırda xuliqanlığa görə saxlanılır. Tanınma keçirilərkən qız heç kimi tanımır. Moskvadan təzyiqlər hər gün artırdı. Nəhayət, 10 gündən sonra cinayəti işlətmiş adamlar tapılır. Bunlar erməni millətindən olan insanlar idi. Onlardan birinə ölüm cəzası verilir və hökm icra olunur. Bir çox azərbaycanlı isə narkotik maddə, soyuq və odlu silah saxlama maddələri ilə məhkum edilirlər. Zorlama, əlbəttə, ağır cinayət olmaqla, iyrənc əməldir və cinayətkarlar hər cür cəzaya layiqdirlər. Lakin SSRİ kimi nəhəng dövlətdə bir ildə yüzlərlə belə cinayət hadisələri baş verirdi. Məgər bütün hallarda Respublika rəhbərliyi təhdid olunub, ölkə rəhbərliyi məsələyə qarışırdımı?
Qızın polkovnik atası İ.Mustafayevə ünvanladığı məktubda azərbaycanlılar barədə pis fikirdə olduğuna görə üzr istəmişdi...
İkinci misalı görkəmli hüquqşünas İdris Əsgərova istinad edərək yazıram. Çörək zavodundan mağazalara avtomobillə çörək daşıyan Arturyan soyadlı bir ekspeditor hər reysdə bir-iki çörək oğurlayırmış. Növbəti reysdən oğurladığı çörəyi mağazada satarkən yaxalanmış və araşdırma zamanı məlum olmuşdur ki, Arturyan ümumilikdə 50-yə yaxın çörək oğurlamışdır. Material prokurorluqda yoxlanılır və dəyərin az olması və Arturyanın işdən çıxarılması nəzərə alınmaqla, barəsində cinayət işi başlanması rədd edilir. Qərardan narazı olan Arturyan Moskvada SSRİ rəhbərlərindən biri olan A.Mikoyanın qəbuluna düşür. A.Mikoyan onun ərizəsinə aşağıdakı məzmunda dərkənar qoyur: “Hörmətli M.C.Bağırov! Arturyan mənə məsələni danışdı. Hesab edirəm onun heç bir günahı yoxdur. Onun işə bərpa edilməsi haqqında göstəriş vemənizi xahiş edirəm” (Həmin vaxtlar SSRİ ALİ Soveti Rəyasət Heyətinin 7 avqust 1947-ci il tarixli fərmanı qüvvədə idi və 3-5 çörək oğurluğuna görə azərbaycanlılar bir qayda olaraq məhkum edilirdi). Bu məsəslə ilə əlaqədar Respublika prokuroru Ə.Əliyev, Bakı şəhər prokuroru Ramazanov və rayon prokuroru İ.Əsgərov M.C.Bağırovun yanına dəvət olunur. M.C.Bağırovun göstərişi ilə cinayət işi başlanılır və Arturyan məhkəmənin hökmü ilə 6 il azadlıqdan məhrum edilir və A.Mikoyana cavab verilir ki, Arturyan cinayətkar imiş. Göründüyü kimi, adi bir çörək oğrusundan ötrü erməni olduğuna görə ölkə rəhbərlərindən birisi müdafiəyə qalxmışdı...
Biz ermənilərlə qonşuluqda yaşamağa məhkum edilmişik. Qorxduğum odur ki, illər ötər, ürəyimiz yumşalar və yenə də qanunun sərt üzünü özümüzə, humanist tərəfini bugünkü düşmənlərimizə göstərərik. Təsəllim odur ki, bugünkü qəhrəman gəncliyimiz bizim yol verdiyimiz səhvlərə imkan verməz.
Belə təsəvvür yaranmasın ki, həmin dövrdə millətini qoruyanlar olmayıb.Əsla!
İki misal gətirəcəyəm. 50-60-cı illərdə SSRİ Baş Prokurorluğu hər iki-üç ildə bir dəfə respublika prokurorluqlarına xüsusi istintaq qrupları göndərirdi. Həmin istintaq qrupları respublikaların prokurorluq işçiləri haqqında SSRİ Prokurorluğuna daxil olmuş məlumatları, respublika prokurorluğunda olan şikayətləri yoxlayır və əsas tapdıqda cinayət işi başlayaraq istintaq aparırdılar. Belə yoxlamalar Qazaxıstan, Orta Asiya respublikaları və Azərbaycanda daha qərəzli olurdu. 1962-ci ilin sonunda belə bir istintaq qrupu Bakıya gələrək respublikanın prokurorluq işçiləri haqqında növbəti yoxlamaya başladı. Bu yoxlama xüsusi canfəşanlığı ilə seçilirdi. Təsadüfi deyil ki, onlarla prokurorluq işçisi haqqında cinayət işi başlayaraq bir şoxlarını, o cümlədən, Bakı şəhəri Oktyabr rayon prokuroru N.Əhmədovu, həmin rayon prokurorluğunun müstəntiqi Ə.Əliyevi rüşvətxorluqda, Salyan rayon prokuroru Həmid Abbasovu maddi sübutları mənimsəmədə ittiham edərək həbs etmişdilər (Ümumilikdə ondan çox hüquq-mühafizə əməkdaşı həbs olunmuşdu.). Cinayət işləri üzrə ittihamnamələr SSRİ Baş Prokurorunun müavini tərəfindən təsdiq olunaraq, aidiyyəti üzrə baxılması üçün Azərbaycan SSR Ali Məhkəməsinə göndərilir. Ali Məhkəmənin sədri Abdulla İbrahimovun səyi, ittifaq miqyasındakı nüfuzu və vətənpərvərliyi nəticəsində məhkəmə baxılan işlər üzrə demək olar ki, bütün müqəssirlər haqqında bəraət hökmü çıxarır (Həmin dövrdə həbs olunanlardan biri, 70-ci illərin sonu, 80-ci illərin əvvəlində Masallıda vəkillik fəaliyyəti ilə məşğul olan Həmid Abbasov tez-tez bu hadisəni xatırlayırdı.).
1988-ci ildə Azərbaycan rəhbərliyinin xahişi və Mixail Qorbaçovun göstərişi ilə “əliyevçilər”lə bağlı Azərbaycana 200 nəfərə yaxın əməliyyat istintaq qrupu göndərilmişdi. Məqsəd hansı yolla olursa-olsun Heydər Əliyevə və onun yaxın ətrafına qarşı ifadələr almaq, təqsirləndirici materiallar toplamaq idi. Həbs olunanlar hamısı Şüvəlanda yerləşən istintaq təcridxanasında ayrıca korpusda saxlanılırdılar və onlara qarşı əməliyyat-istintaq qrupu tərəfindən hər cür işgəncə və amansızlıq tətbiq edilirdi.
Bu məsələni bilən Respublika prokuroru İlyas İsmayılov həmin faktlar əsasında cinayət işi başlamış və bununla da istintaq-əməliyyat qrupunun, necə deyərlər, “köpünü almış”, onları pat vəziyyətinə salmışdı. Tabe prokurorun yuxarı prokurorluğun əməkdaşları haqqında cinayət işi başlaması SSRİ miqyasında görünməmiş hadisə idi...
Azpolitika
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 2024 11:29
- İtaliyada XVI əsrə aid qadın VAMPİR-in siması bərpa edildi
25 mart 2024 10:42
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Rusiyada millətçi çağırışlar – Kadırovdan etiraz gəldi
24 mart 2024 22:03
- Krokus teraktının qəhrəmanı olan 15 yaşlı QIRĞIZ BALASI danışd - Əvvəlcə qorxdum…
24 mart 2024 21:13
- İlham Əliyev Putinə zəng etdi
24 mart 2024 20:37
- 15 yaşlı İslam terror zamanı 100-dən çox insanı belə xilas etdi - Video
24 mart 2024 19:21
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06