Vüqar Səfərli həbs edildi

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, aparılmış istintaqla Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sərəncamında olan əmlakın həmin qurumun İcraçı direktoru və əməkdaşlarının digər şəxslərlə əlbir olmaqla şəxsi maraqlarına uyğun istifadə etmələrinə, fəaliyyətin ayrı-ayrı istiqamətləri üzrə proqramların və vəzifələrin icra edilməsi adı ilə rəsmi sənədlərə yalan məlumatlar daxil edilərək xüsusilə külli miqdarda ziyan vurulmaqla mənimsəmələrinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və digər qanunsuz əməllər törətmələrinə əsaslı şübhələr müəyyən edilib.
Belə ki, aparılmış istintaqla müəyyən edilib ki, Fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu, “Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış evlərinin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib, işlərin və materialların dəyərini müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə “Portos” MMC-nin bank hesablarına köçürüb, bununla da, mətbuat işçiləri üçün Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi ərazisində yaşayış binalarının tikintisi üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəmiş, qeyd edilən cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq məqsədilə əlbir olduğu şəxslərlə birlikdə yerinə yetirilmiş işlərin qəbulu haqqında “Forma 2” aktlarında ayrılmış vəsaitlərin tam həcmdə binanın tikintisinə sərf edilməsinə dair yalan məlumatlar daxil edib şəxsən təsdiq etməklə vəzifə saxtakarlığı da törədib.
Bundan başqa, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq qurumun fəaliyyətinin təşkili üçün inzibati bina üzrə münasib yerin ayrılması və ya qeyri-yaşayış sahəsinin aşağı qiymətlərlə icarəyə verilməsi üçün Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilən qanuni prosedurlara qəsdən əməl etmədən, həmin Fondun maliyyələşməsinin həyata keçirildiyi dövlət büdcəsindən ayrılmış vəsait üzrə icarə xərclərinin özünün əvvəllər sədri olduğu, sonradan isə özünə yaxın şəxslərin fəaliyyətlərinə faktiki nəzarəti həyata keçirməkdə davam etdiyi şirkətlərə, habelə yaxın münasibətdə olduğu digər şəxslərə gəlir qismində verilməsinə nail olmaqdan ötrü həmin şəxslərin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən müəssisə binasının 3-cü mərtəbəsinin Fondun inzibati istifadəsinə verilməsi məqsədilə maddi baxımdan Fond üçün daha ağır şərtlərlə icarəyə götürülməsinə dair müqavilələr bağlayıb, 2011-2019-cu illər ərzində cəmi 812 min manat məbləğində pul vəsaitini icarə haqqı adı ilə köçürməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurub.
Həmçinin, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq nəşr olunan qəzetlərə maliyyə yardımının göstərilməsi məqsədi ilə dövlət tərəfindən ayrılmış vəsaitin 2015-2019-cu illər ərzində 300 min manat məbləğində olan hissəsini ailə üzvünün adına təsis etdiyi “Futbol+Qol” qəzetinə qanunsuz olaraq köçürməklə həmin pulu, eləcə də qurumun məqsədlərinin həyata keçirilməsi üçün alınmış 103 min manat dəyərində dəftərxana ləvazimatlarını da mənimsəyib, eyni zamanda 2017-2019-cu illər ərzində ziyafətlərin keçirilməsi ilə bağlı satınalma müqavilələrinin bağlanması zamanı qanunsuzluqlara yol verməklə KİVDF-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 105 min manat məbləğində pul vəsaitini israf edib.
Bundan əlavə, Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırıb.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə qeyd edilən korrupsiya şəbəkəsində iştirak etmiş digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri və dövlətə vurulan ziyanın bərpa olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
- SSRİ-nin ilk cəlladı – 33 nəfəri çəkiclə qətlə yetirən Komarov
4 mart 2021 00:10
- Mübariz Mənsimov sərbəst buraxıla bilər
3 mart 2021 23:24
- Sarkozi 1 il həbsdə qalacaq
1 mart 2021 20:39
- Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapdı
1 mart 2021 11:25
- Nəzakət Məmmədova - Əri onu hər gün döyürdü
28 fevral 2021 23:13
- Hakim Mahmud Ağalarov dələduz prokurorluq əməkdaşı haqda hansı qərarı verəcək?
28 fevral 2021 23:00
- Sumqayıt hadisələrindən 33 il ötür
28 fevral 2021 14:11
- 1-ci vitse-prezident Firdovsi Umudov Kamran Məhərrəmlini xüsusi ittiham qaydasında məhkəməyə verib
27 fevral 2021 14:22
- Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri
27 fevral 2021 10:13
- Qaz ver, Ruslan Əliyev, qaz ver… Azəriqaz
26 fevral 2021 23:18
- SSRİ-nin ilk cəlladı – 33 nəfəri çəkiclə qətlə yetirən Komarov
04 mart 00:10
- Əli Həsənov iflic oldu, ağzı əyildi
04 mart 00:01
- Mübariz Mənsimov sərbəst buraxıla bilər
03 mart 23:24
- “Pakistanla birgə təlimlərin artıq vaxtı çatıb” - Prezident
03 mart 23:12
- Nazirin milyonluq "Topaz" biznesi niyə batır? - Əmsalların azlığı
03 mart 17:40
- Qalmaqallı dairənin indiki və keçmiş deputatı üz-üzə gəldi
03 mart 17:26
- Dilavər Əzimli dünyasını dəyişdi
03 mart 13:54
- Jirinovski SSRİ-ni dağıdanların adlarını çəkdi, Qorbaçova isə haqq qazandırdı
03 mart 11:16
- Tarixdə ilk dəfə Papa İraqa gedir
03 mart 11:04
- Fəxrəddin Manafovun xanımı vəfat etdi
03 mart 10:53
- Əli İnsanov hardadır?
02 mart 12:43
- Martın 5-də Yeni Azərbaycan Partiyasının qurultayı
02 mart 12:35
- Bu gün Od çərşənbəsidir
02 mart 00:25
- Xaricdə yaxşı işini atıb Azərbaycana qayıdan fizik: Kainat-Kvant
02 mart 00:09
- Sarkozi 1 il həbsdə qalacaq
01 mart 20:39
- Bakıda 22 yaşlı gənc öldürüldü, şübhəli axtarışa verildi
01 mart 20:31
- İrəvanda 13 türk kəşfiyyatçısı?.. – Hərbi ekpert
01 mart 13:41
- İlham Əliyev və Mehriban Əliyeva yeni gəmilərin istismara verilməsi mərasimində
01 mart 13:26
- Martda 14 gün iş olmayacaq
01 mart 13:17
- İcra başçısı işğaldan azad olunan Ağdamda sərxoş halda ? - VİDEO
01 mart 13:03
- Nazirliklər maşınlarını satışa çıxardı – 400 manatdan başlayan qiymətlər
01 mart 12:47
- Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapdı
01 mart 11:25
- Bu gündən Azərbaycan vətəndaşları Gürcüstana yeni qaydalarla gedəcək
01 mart 11:17
- Nazir Ramiz Mehdiyevin qardaşı oğluna VƏZİFƏ VERDİ
01 mart 11:11
- Nəzakət Məmmədova - Əri onu hər gün döyürdü
28 fevral 23:13
- Hakim Mahmud Ağalarov dələduz prokurorluq əməkdaşı haqda hansı qərarı verəcək?
28 fevral 23:00
- Bağırsaqlar niyə ağrıyır? - Səbəblər
28 fevral 22:31
- “Meyvəli” bazarında güclü yanğın başladı VİDEO
28 fevral 22:21
- Füzulidə yer altında GİZLİ ŞƏHƏR -Fotolar
28 fevral 21:57
- Sumqayıt hadisələrindən 33 il ötür
28 fevral 14:11