Moskva görüşü : Müsbət və mənfi məqamlar
Siyasət12 yanvar 2021 10:54
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşü və verilən üçtərəfli bəyanat geniş müzakirələrə səbəb olub. Belə ki, kommunikasiya əlaqələrindən başqa görüşdə hansı önəmli məqamların razılaşdırıldığı məlum deyil.
Politoloq Fərhad Mehdiyev ümumən görüşü Azərbaycan üçün müsbət qiymətləndirib:
"11 yanvar tarixində Moskvada danışılan hər şeyi bilmirik, amma ortada üçtərəfli bəyanat var, yəni qəbul edilən məsələ budur, bir də qəbul olunmayan iki məsələ daha var - əsirlərin qaytarılması və erməni birləşmələrin Dağlıq Qarabağdan çıxarılması.
Bu görüş bir irəliləyişdir. Ermənistan 10 noyabr tarixli bəyanatın 9-cu bəndinə əsasən bu işləri görməli idi. İndi də razılaşır ki, müxtəlif növlü nəqliyyat xətləri açılır - həm dəmiryolu, həm də quru yolu. Azərbaycan üzərindən Rusiya mallarının Ermənistana ikitərəfli daşınması da bizim milli maraqlara zidd deyil, əksinə yaxşıdır. Bizim də Naxçıvana maneəsiz insan və yük daşımamız təmin olunacaq.
Diqqətəlayiq digər məsələ də ondan ibarətdir ki, Zəngilan və ya Qubadlıdan Naxçıvana gedən tranzit yüklərdən Ermənistan hansısa gömrük ya da transit rüsumu istəyə bilməz, halbuki biz öz ərazimizdən daşınacaq tranzit erməni malları ilə bağlı MDB çərçivəsində mümkün olan rüsum və xərc tətbiq edə biləcəyik, habelə ictimai təhlükəsizlik/ictimai qayda/fitosanitar təhlükəsizlik səbəbləri ilə müvəqqəti olmaq üzərə olsa da, erməni mallarının tranzitinə məhdudiyyətlər qoya biləcəyik.
Nəqliyyat xətlərinin açılması, kommunikasiyaların bərpa edilməsi Ermənistanda revanşistlərin havasını alacaq. Qarabağın Ermənistan tərəfindən Azərbaycan ərazisi kimi tanınması üçün, iki ölkə arasında münasibətlərin yumşalması vacibdir.
Politoloq erməni əsirlərinin qaytarılmamasını gözlənilən sayıb:
"Onlar razılaşmanın 4-cü bəndinin (10 noyabr razılaşması – red.) icrasının (erməni silahlı qüvvələrinin çıxarılmasının) təminatıdır. Lakin onu qeyd edim ki, hökümətin 4-cü bəndin icrası ilə başqa bir planı daha var. Belə ki, erməni əsgərləri bəzən Qarabağda yoxa çıxmaqla, ora xidmət çəkməkdən getdikcə artan dərəcədə imtina edəcəklər, ailələri qoymayacaq”.
Dağlıq Qarabağın inkişafında hər 3 dövlətin birgə rol oynayacağına dair bəyanatı irəliləyiş hesab edən Fərhad Mehdiyev qeyd edib ki, indiki vəziyyət maksimalist yanaşmanın - "Rusiya da, ermənilər də Qarabağdan dərhal çıxsın, hər şey bizlikdir" - tələblərinə uyğun deyil, amma yenə də irəliləyişdir. Bu günə kimi Rusiya orda nə olub bitəcəyinə dair təkbaşına qərar verirdi, indi rəsmən bizim də bu işdə rol alacağımızı qəbul edib. Yəni tədricən də olsa, Dağlıq Qarabağda öz yurisdiksiyamızı bərpa edirik.
Siyasi analitik Nazim Cəfərsoy isə görüşün gərgin atmosferdə keçdiyi qənaətindədir:
"Verilən üçtərəfli bəyanatın mətnində mövcud problemlərin həllinə dair açıq heç bir önəmli məqam görmədim. Əsas iqtisadi və kommunikasiya əməkdaşlıği mövzusu önə çıxarılıb. Arxa planda nə var, bunu hələ bilmirik. Ancaq Qarabağda terrorçular var ikən, layihələr planlamaq məntiqli mövzu deyil. Bu, ancaq təhlükəsizlik məsələsinin həllinə dair gizli razılaşma ilə mümkün ola bilər. Azərbaycan Prezidentinin açıqlamasında bir yerdə təhlükəsizlik vurğusu, Ermənistan baş nazirinin açıqlamasında iki yerdə əks olunan (status və əsirlər) narazılıq var idi...”
Nazim Cəfərsoy hesab edir ki, Türkiyənin Qarabağ danışıqlarından kənarda qalması qəbuledilən durum deyil:
"Müharibə vaxtı Türkiyə Qarabag müzakirələrində xeyli fəal mövqeydə idi. Azərbaycan da bunun olması üçün lazımi mesajları tez-tez verirdi. Ancaq getdikcə Türkiyənin Qarabağ prosesində siyasi konteksdə geri planda qaldığı görüntüsü güclənir. Məsələn, son Moskva görüşü öncəsi mətbuata əks olunan Turkiyə-Rusiya və Türkiyə-Azərbaycan təmaslarının olmadığını müşahidə etdik. Türkiyənin bu prosesdə geri planda qalması Azərbaycan adına çox böyük strateji səhv olar…”
Orxan Əhmədli
Oxşar xəbərlər
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Moskva terrorunda azərbaycanlı kişi və erməni xanımı da öldürülüb
24 mart 2024 20:47
- Terrorda ölənlərin sayı artdı - Yenilənib
24 mart 2024 19:28
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
- Gözəllik müsabiqəsinin qalibi də həlak olub - Fotolar
24 mart 2024 05:39
- DƏLLƏK necə TERRORÇU oldu? - SENSASİON FAKTLAR
23 mart 2024 20:47
- Moskvada universitetlərdə dərslər DAYANDIRILDI
23 mart 2024 19:04
- Terror zamanı həlak olanların yaxınlarına 3 milyon veriləcək
23 mart 2024 16:53
- DƏHŞƏT: Ayaqyoludan 28 meyit tapıldı, analar uşaqlarını...TERROR
23 mart 2024 15:51
- Moskvada ölənlərin sayı 130-a çatdı
23 mart 2024 08:51
Xəbər lenti
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 13:54
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 13:49
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 13:47
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 11:29
Video & Fotoqalereya
Video
Fotoqalereya