Moskvada Əliyev-Paşinyan görüşünün gündəliyində nələr olacaq?
Siyasət5 yanvar 2021 09:37
Yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə erməni baş nazir Nikol Paşinyan arasında görüş keçiriləcək.
Qaynarinfo xəbər verir ki, bu iddia ilə Ermənistan mediası çıxış edib.
Əgər görüş olacaqsa, bu, Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük müharibədən sonra iki ölkə rəhbərinin ilk təması olacaq.
Əliyev masaya qalib, Paşinyan məğlub tərəf kimi əyləşəcək və diktə edən də Azərbaycan prezidenti olacaq.
Keçiriləcəyi iddia olunan görüşün gündəliyi nələr ola bilər?
1. Sərhədlərin delimitasiyası: Kəlbəcər, Zəngilan, Qubadlı və Laçın istiqamətində proses başa çatmaq üzrədir və görüşə (əgər bu, doğrudursa) qədər tamamlanacaq. Mümkündür ki, tərəflər Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndinin qaytarılmasını da müzakirə edəcək;
2. Naxçıvandan açılacaq iki dəhliz: Mehri və Azərbaycanın qərb rayonları ilə birləşəcək yol;
3. Ermənistanla kommunikasiyanın açılması;
4. Bakının təklif etdiyi, Ermənistanın da daxil olduğu "altılıq” platformasının qurulması;
Və ümumilikdə münaqişənin həllindən sonra bölgənin taleyi.
Lakin bütün bunlar üçün cari olaraq həll edilməsi vacib olan bir məsələ var: Qarabağdakı erməni silahlıların bölgədən çıxarılması;
- Bölgədəki silahlı qruplaşmalar Paşinyana tabe olmaqdan imtina edir. Prezident də Hulusi Akarla görüşdə bu haqda danışdı;
- Üçtərəfli razılaşmaya əsasən rus sülhməramlılar erməni silahlıları təmizləməlidir, müharibədən iki aya qədər vaxt keçməsinə baxmayaraq, hələ də bu olmayıb;
İlham Əliyev mümkün görüşdə əsas müzakirə mövzusuna bu məsələni çıxaracaq və böyük ehtimalla Qarabağda qalan erməni silahlı qruplaşmalarının taleyi də orada həll olunacaq: ya çıxarılacaqlar, ya da Azərbaycan genişçaplı anti-terror əməliyyatına başlayacaq.
Bunu ermənilərə də ruslara da veriləcək son şans hesab edə bilərik.
Mümkün görüşə qədər Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlayacağı ehtimalı da böyükdür. Prezident Akarı qəbul edərkən "Monitorinq Mərkəzi yaxın 10 günə – maksimum iki həftəyə hazır olacaqdır” deyə bildirdi. Bu, Moskvada Bakının əlini gücləndirəcək amil kimi vacibdir.
Oxşar xəbərlər
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 2024 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 2024 21:20
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 2024 08:45
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 2024 18:45
Xəbər lenti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya