Nargin adasından 100-dən çox türk zabitini qaçıran Sona Hacıyeva kimdir?
Reportaj22 dekabr 2020 21:06
Mehriban Vəzir
Sarıqamış məğlubiyyəti 10 mindən çox Türk əsirin ruslar tərəfindən Bakının ən qədim türməsi olan Nargin adasına salınmasına səbəb oldu. O günlərin bir qadın qəhrəmanı var - Sona xanım Hacıyeva...
Bu anım günündə Sona xanımı bir daha xatırlayaq....
Fotosu tapılmayan, sonu bəlli olmayan Sona xanım Hacıyeva...
Sona xanım Bakının zəngin və yüksək təhsilli xanımlarından biri idi. Milyonçu qlasnı (deputat) Kərbəlayi İsrafil ağa Hacıyevin həyat yoldaşı, Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Qadın Qolunun sədri idi.
Böyük mülkiyyəti ilə yanaşı Bakı buxtasında Sona xanımın mühüm hadisələrin iştirakçısı olan dəbdəbəli şəxsi gəmisi dururdu.
Məlum olduğu kimi Birinci Dünya Müharibəsinin ilk illərində 1914 -15-ci illərin qışında Sarıqamış məğlubiyyəti baş verdi. 90 minlik türk ordusu 40 dərəcə şaxtada davam gətirməyib məhv oldu. Ruslar minlərlə hərbi və mülki adamı əsir götürdülər. Təkcə Bakıya, Nargin adasına 10 min nəfər qadın, uşaq, yaşlı, əskər, zabit türk əsir yerləşdirildi. Əsirlər Bakı küçələrindən keçirilib adaya aparılarkən şəhər həyəcana gəlmiş, bu barədə Bakı qubernatoru Peterburqa məktub göndərmişdi. O, yazırdı: "Bakı əhalisi türklərin əsir alınmasına dözümsüzlük göstərirlər..."
Rus idarəetməsi türk əsirləri ölüm adası Narginə yerləşdirib əsas nəzarəti qatil kimi yetişdirdiyi erməni zabitlərinə və həkimlərinə tapşırmışdı.
Nərimanov adanı komissiya heyəti ilə ziyarət etdikdən sonra parlamentdə türk əsirlərin vəziyyəti haqda kəskin bir çıxış etdi. Dedi: "Erməni həkimlər yüzlərlə əsirin gözlərində əməliyyat edib kor ediblər. Hər gün susuzluqdan, acından, yoluxmadan, ilançalmadan yüzlərlə insan ölür".
Bu xəbərdən Bakı təlatümə gəldi. Təzə-pir məscidinin axundunun fətvası ilə hər kəs məscidə ərzaq, paltar, ayaqqabı, dərman daşıdı. Bu yardımı bir ay adaya daşıyıb bitirmək mümükün olmadı. Bakı qadınları gecədən səhərə yun corab, şal, canlıq toxuyub məscidin həyətinə gətirirdilər.
İctimai təpki 200 nəfər qadın və uşağın hökumətin icazəsi ilə adadan alınıb Bakıya gətirilməsinə səbəb oldu.
Lakin hökumətin bu addımı şəhəri sakitləşdirmədi. Mətbuatda və məscidlərdə müzakirələr və etirazlar səngimədi.
Sona xanım Hacıyeva isə həmin tarixin qəhrəmanına çevrildi. O, öz gəmisi ilə Narginə ərzaq aparmağa başladı. Qohumları, xidmətçiləri ilə adaya gələn, araba-araba ərzaq, geyim, yataq gətirən Sona xanım rus rəislərə rüşvət verib gəminin yoxlanmasının qarşısını alır, hər dəfə geri dönəndə yüksək rütbəli türk zabitlərini üç-üç, beş-beş gəmisinə alırmış. Əsirlər təğyir-libas olub ərzaq gətirən xidmətçilərə qoşularaq gəmiyə mindirilirmiş. Sonra da Sona xanım onlara şəxsiyyət vəsiqəsi düzəldib İrana keçirirdi. Oradan isə Türkiyəyə yola salırdılar.
Bu minvalla Sona xanım az bir vaxtda Nargin adasından yüz nəfərdən çox zabit qaçırır. O zabitlərin adları yazılı sənədlərdə qalır.
Şəhərdə xəbər gəzirdi ki, rusların səlahiyyət verdiyi ermənilər yüksək rütbəli zabitləri əsirlər arasından seçib qətlə yetirir, ayaqlarına daş bağlayıb dənizin dibinə yuvarlayırlar.
Bu, Bakı camaatının heysiyyatına toxunur, qəzəb və həyəcan doğururdu.
Həmin günlərdə Bakının bircə dərdi vardı: türk əsirlər...
Bakıda, Abşeron kəndlərində kimin gəmisi, hətta kiçik bir balıq təknəsi vardısa, gecələr gizlincə Nargin adasına yaxınlaşır, oradan əsir alıb qaçırdı.
Bu işi ardıcıl və nizamlı həyata keçirən isə Sona xanım idi.
Bu yolla Bakıda xeyli türk əsir toplanmışdı. Ziyalıların və ruhanilərin çağırışı ilə Bakı baqqalları, əsnafları, tacirləri əsirlərə pulsuz ərzaq, geyim-keçim, barınacaq verirmiş.
Türk əsirlərə yardım etmək şəhərin şərəf işinə çevrilmişdi.
Bir gün bir əsirin bir erməni dükanına girməsi ilə işin üstü açılır. Erməni çuğulluq edir. İstintaq başlayır. Adada siyahıyaalma aparan hökumət əsirlərin sayında böyük əskiklik görür. Araşdırma başlayır.
Sona xanım Hacıyeva istintaqa cəlb edilir.
Arxivlərdə Sona xanımın 110 səhifəlik ifadəsi var. Günlərlə ifadəsi alınıb. Sona xanım məhkəmədə etiraf edir ki, Bəli, əsirlərə yardım etmişəm. Yardım cinayət deyil. Yardım insaniyyətdir!
İstintaq əsirlərin qaçırılmasını sübut edə bilmir.
Mənbələr deyir, bu istintaq sovet dövründə belə davam etmişdir. Bakı zənginlərindən və din xadimlərindən xeyli adam məhkəmələrə çəkilmiş, adları hökumətin qara siyahısına salınmış, repressiya olunmuşdular.
Sona xanım Hacıyeva Bakının ən mütərəqqi, ən zəngin, ən fədakar, ən səxavətli xanımlarından biri olub. O, əsl Cümhuriyyət qadını idi. Rəhbəri olduğu qadın xeyriyyə komitəsi xətti ilə ictimai və siyasi proseslərin önündə durur, təhsil və maarif işində misilsiz xidmətlər göstərir və digər zəngin xanımları da bu işə təşviq edirdi.
Lakin arxiv sənədlərində birdən-birə xətt qırılır... iz itir...
Dövrün araşdırmaçıları ilə söhbətimdə onun fotosunu və sonrakı taleyini gördüm deyən olmadı. Dövlət arxivində Nargin hadisələri və Sona xanım haqda məlumat var. Lakin nə fotosu var, nə də sonu haqda xəbər.
Bu dəyərli xanımın taleyi nə oldu, necə oldu, bilən yoxdur...
Amma əminəm, bu iş belə qalmayacaq, o Cümhuriyyət qadınının qutsal surətini görmək, taleyini öyrənmək bizə nəsib olacaq.
Bunun üçün əlimdən gələni edəcəyəm.
Çünki Sona xanım Hacıyeva tanınmağa, anılmağa, ictimai ehtirama layiq olan xanımlarımızın önündə gələnlərindəndir...
Bu ad xatirələrdə yaşamalı, ehtiramla anılmalı və Cümhuriyyət Qadınlarını təmsil etməlidir.
Ruhu şad olsun...
Oxşar xəbərlər
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 2024 15:29
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
15 aprel 2024 10:27
- Türkiyədə 2028-ci il seçkiləri: Əkrəm İmamoğlu, yoxsa Səlcuk Bayrakdar?
12 aprel 2024 12:56
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- Yeni NAZİR MÜAVİNİMİZ KİMDİR...
8 aprel 2024 14:39
- Sərdar Cəlaloğlu - İsa Qəmbər başqanlıqdan gedəndə ona dedim ki..
4 aprel 2024 12:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
Xəbər lenti
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
Video & Fotoqalereya
Video
Fotoqalereya