Türkiyə hərbçiləri Şuşada...

“Rusiya Dağlıq Qarabağa sülhməramlılar göndərməklə bağlı planını müharibənin ilk günündən hazırlayıb. Moskva bu planını oktyabrın ilk günlərindən gündəmə gətirməyə çalışdı. Ancaq bunun üçün həm Ermənistanın, həm də Azərbaycanın razılığı lazım idi, bunu rusiyalı rəsmilər də bir neçə dəfə səsləndirmişdilər”.
HİT.Az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
O qeyd edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin oktyabrın 10-da Moskvada keçirilən ilk görüşündə bu mövzu geniş müzakirə olunub:
“Müzakirənin təxminən 11 saat davam etməsinin səbəblərindən biri də məhz bu mövzuyla bağlı idi. Ancaq oktyabrın 10-u üçün Azərbaycan Ordusu hələ ilk qələbələrini qazanmışdı, rusiyalı sülhməramlıların bölgəyə gəlişinə yaşıl işıq yandırmaq Azərbaycan baxımından işin yarımçıq qalmasına səbəb ola bilərdi. Buna görə də rəsmi Bakı sülhməramlıların Dağlıq Qarabağda yerləşdirilməsinin hələ erkən olduğunu bildirirdi.
Prezident İlham Əliyev oktyabrın 29-da Rusiyanın “İnterfaks” agentliyinin əməkdaşının sülhməramlılarla bağlı sualına belə cavab vermişdi: “Biz bu bəndə çatmamışıq. Regiona sülhməramlıların göndərilməsi nizamlamanın sonuncu mərhələsində, işğalın nəticələri aradan qaldırılanda, işğal edilmiş ərazilər qaytarılanda, qaçqınlar Dağlıq Qarabağa qayıdanda planlaşdırılırdı. Bəli, erməni və azərbaycanlı əhalinin birgə yaşamasını təmin etmək üçün birinci mərhələdə ayırıcı qüvvələr lazım olacaq. Ancaq sülhməramlılar harada yerləşəcək, onların mandatı necə olacaq, şəxsi heyəti, sayı, silahları, funksiyaları nə olacaq, onların təhlükəsizliyini kim təmin edəcək? Buna görə də bütün bu məsələlərin çox diqqətlə öyrənilməsi tələb olunur və yalnız bundan sonra deyə bilərik ki, bəli, biz buna razıyıq və ya razı deyilik. Ona görə bu sual hələ tezdir”.
Siyasi şərhçinin qənaətincə, İlham Əliyevin bu müsahibəsindən 10 gün keçdikdən və Azərbaycan Ordusunun strateji şəhər olan Şuşanı işğaldan azad etməsindən sonra rəsmi Bakı rusiyalı sülhməramlıların bölgədə yerləşməsinə razılıq verdi:
"Bundan əvvəl Rusiya prezidenti Vladimir Putinlə Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan arasında telefon danışığı olub. Böyük ehtimalla Türkiyə Cumhurbaşqanı da tərəflər arasında bəyanatın mətni ilə əvvəlcədən tanış idi. Təsadüfi deyil ki, Ankara Bakı ilə paralel şəkildə imzalanan bəyanatı müsbət qiymətləndirib. Buna baxmayaraq, Rəcəb Təyyub Ərdoğan Vladimir Putinlə telefon danışığında Rusiya kimi türkiyəli hərbçilərin də bölgədə sülhməramlılar qismində iştirakının vacib olduğunu Kreml sahibinin diqqətinə çatdırdı. Putinin cavabı belə oldu ki, ermənilər tarixdən çıxış edərək türkiyəli hərbçilərin Dağlıq Qarabağın daxilində yerləşməsindən qorxurlar. Putinin sözlərinə görə, Ərdoğan vəziyyəti anlayıb və israr etməyib. Ancaq Putin daha sonra verdiyi müsahibədə sözlərinə onu da əlavə etdi ki, Türkiyə ilə Azərbaycan strateji müttəfiqdirlər, bu, onların hüququdur və Türkiyə hərbçilərinin Azərbaycanda varlığına mane ola bilməzlər. Başqa sözlə Türkiyə hərbçilərinin Şuşada, Laçında və ya Kəlbəcərdə yerləşməsinə heç kim və heç nə mane ola bilməz. Bu istiqamətdə çalışmalar sürətlənib. Türkiyənin müdafiə naziri Hulusi Hakar da hər dəfə vurğulayır ki, Rusiya hansı hüquqla hərbçilərini Azərbaycan ərazisində yerləşdiribsə, Türkiyə hərbçilər də eyni hüquqla Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağda və ətrafında mövcud olacaqlar, sayları da rusiyalı hərbçilərin sayından az olmayacaq. Bundan başqa Türkiyə hərbçilərinin Suriyada olduğu kimi Dağlıq Qarabağda da rusiyalı hərbçilərlə birgə patrul xidmətində iştirakı da təmin olunacaq. Türkiyə və Rusiya prezidentləri bu mövzunu noyabrın 24-də telefon danışığında yenidən müzakirə ediblər”.
Politoloq vurğulayıb ki, Türkiyə və Rusiya Dağlıq Qarabağda birgə fəaliyyət üzərindən bölgədə yeni əməkdaşlıq formatı üzərində fikir mübadiləsi aparırlar:
“Türkiyə Cumhurbaşqanının sözçüsü İbrahim Kalın “Twitter” hesabında son yazdığı “Türkiyə Qafqazın ən yeni tarixində aktiv rol oynamağa davam edəcək” cümləsi də bundan xəbər verir. Yaxın gələcəkdə Naxçıvan istiqamətində nəqliyyat və dəmiryolunun açılması Azərbaycanla Türkiyəni birləşdirməklə yanaşı Türkiyə ilə Rusiya arasında da quru və dəmir yolu ilə birləşməsinə, ticarət mübadiləsinin artmasına şərait yaradacaq. Ermənistan Azərbaycan torpaqlarına iddiasından və bir sıra Qərb ölkəsində Dağlıq Qarabağın “müstəqilliyini” tanıtmaq kimi təxribatlarından əl çəkərsə bu ölkənin də gələcəkdə regional layihələrdən faydalanması mümkündür. Ancaq bunun üçün ermənilər yüzillərdir türk əleydarlığı üzərindəki düşüncə tərzinə son qoymalıdırlar. Ermənistan bu ağır xəstəlikdən qurtulmayınca əvvəlki kimi regional layihələrdən kənar qalacaq”.
- Türkiyə və Azərbaycan hərbi təlimlərə başlayır
17 yanvar 2021 14:12
- “Azərlotereya”nın idarəetməsi Türkiyə şirkətinə verilir
16 yanvar 2021 16:33
- Mehriban Əliyeva Şuşadan bu dəfə foto paylaşdı
15 yanvar 2021 17:16
- Ərdoğanla Putin arasında kritik Qarabağ razılaşması: Türkiyə masada yox, sahədədir
14 yanvar 2021 13:31
- Professor Vaqif Abdullayev yazır: ZƏFƏR qılıncı
16 yanvar 2021 21:05
- Azərbaycan,Türkiyə və Pakistan XİN başçıları görüşür
13 yanvar 2021 10:18
- Moskva görüşü : Müsbət və mənfi məqamlar
12 yanvar 2021 10:54
- Şuşaya döyüşməyə gəlmiş livanlı MARAL itkin düşüb
10 yanvar 2021 17:16
- Türkiyə kosmosa yeni peyk buraxdı
8 yanvar 2021 09:39
- Zəfər günü “Holcim”in direktorundan Azərbaycan və Türkiyə bayrağına hörmətsizlik
30 dekabr 2020 13:25
- Nazirin 2 şirkəti ləğv olundu (FOTO)
19 yanvar 14:25
- Aslanov oğluna Londonda 1 milyona mənzil aldı - SƏNƏD
19 yanvar 14:05
- Mirdaməd Sadıqovu aparata qoşdular
19 yanvar 13:55
- Musa Pənahov Qubada torpaqlari neçə ələ keçirib ?
19 yanvar 10:41
- Millət vəkilindən sosial media istifadəçilərinə çağırış
19 yanvar 10:28
- Osmanlı şahzadəsi vəfat etdi
19 yanvar 10:13
- Əli Həsənov danışdı: "Mən də insan idim…"
19 yanvar 09:43
- ABŞ-da silahlı qruplar küçələrə çıxdılar
19 yanvar 09:32
- Kamala Harris səlahiyyətlərini təhvil verdi
19 yanvar 09:25
- İki gün öncə Laçından gələn əsgər dəm qazından öldü
18 yanvar 21:56
- Professor Vaqif Abdullayev yazır - İKİ QARDAŞ
18 yanvar 21:34
- "Başı Sovet çəkici ilə əzilməlidir" - Almas İldırımın həyatı
18 yanvar 18:38
- “Təmizləmə prosesi gedir, hər kəs bunu bilsin”
18 yanvar 17:38
- Prezident 2 zavodun təməlini qoydu (FOTO)
18 yanvar 16:26
- Şuşaya çəkilən YOLDAN yeni - Fotolar
18 yanvar 15:28
- Temperatur 10 dərəcə aşağı enəcək - Xəbərdarlıq
18 yanvar 15:18
- İlk olaraq Oqtay Şirəliyevə vuracaqlar peyvəndi
18 yanvar 10:26
- "Holcim"in maliyyə direktoru Dilbər Sultanovanın qanunsuz əməlləri
18 yanvar 10:05
- Ermənistana yeni müdafiə naziri təyin olundu
18 yanvar 09:50
- Şəhidlər xiyabanında 20 Yanvar faciəsinə hazırlıq (VİDEO)
18 yanvar 09:44
- Navalnı Moskvada saxlanıldı - Video
18 yanvar 09:31
- Türkiyədə məktəblər açıldı
18 yanvar 09:25
- Sabahdan Bakıda VAKSİNasiya aparılacaq - SİYAHI
17 yanvar 19:28
- Keçmiş deputat həbs olunur
17 yanvar 19:09
- Mübariz Qurbanlı 20 manatlıq şirkətlə 1249620 AZN müqavilə bağladı
17 yanvar 18:56
- Sabahdan Ukraynada rusca danışmaq qadağan olur
17 yanvar 18:42
- İcra başçısının 3 milyon dəyərində şəxsi baxçası və ...– SİYAHI
17 yanvar 17:06
- Peyvənd vurdurarkən cinsi əlaqə və içki qadağan ediləcək
17 yanvar 16:53
- 5 ildir qəfəsdə saxlanılan QADIN – DƏHŞƏT… + VİDEO
17 yanvar 16:42
- Xruşşov İmam Mustafayevə zəng edərək rus qızını zorlayan...
17 yanvar 16:18