“Biz 50 milyarda da razılaşa bilərik, Zəngəzura da...”
"Bunu açıq demək lazımdır. Ermənistan özünü yaxşı aparmasa, Azərbaycana qarşı ərazi iddiaları ürəli sürsə, növbəti müharibə məhz Ermənistanın Zəngəzuru itirməsi və Azərbaycanın tarixi torpaqlarının geri qaytarılması ilə nəticələnə bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Ermənistanın Respublikaçılar Partiyasının rəsmi nümayəndəsi Eduard Şarmazanovun Zəngəzurun Azərbaycana verilməsi ilə bağlı açıqlamasını şərh edərkən deyib. O ermənilərin Azərbaycanın işğal altında olan bütün ərazilərini darmadağın etdiyini xatırladıb:
"Biz 50 milyarda da razılaşa bilərik, Zəngəzura da. İkisindən biri, seçim onlarındı. Noyabrın 23-də dövlət başçısı və birinci Vitse-prezident Ağdamda olub. Bir dənə də olsun sağlam bina yoxdur. Füzuli, Qubadlı, Zəngilan və başqa rayonların hansına baxırsan, dağıdıblar. Bunun təzminatı ödənməlidir. Bunlar vaxti ilə Azərbaycanın ən inkişaf etmiş bölgələri olub. Kənd təsərrüfatında böyük faydası vardı, fabrik və zavodları işləyirdi. Bunun təzminatı mütləq ödənməlidir. 50 milyard dollar havadan götürülməyib. Bu məsələ mütləq beynəlxalq məhkəməyə verilməli və təzminat tələb edilməlidir”.
Ermənistanın Respublikaçılar Partiyasının rəsmi nümayəndəsi Eduard Şarmazanovun "Paşinyan deyəcək ki, bizdə 50 milyard olmadığına görə Zəngəzuru sizə veririk” fikirinə gəlincə Elxan Şahinoğlu bu məsələnin bir neçə gündür gündəmə gəldiyini deyib:
"Zəngəzur məsələsi neçə gündür gündəmə gətib, Paşinyanı bununla hədələyirlər. Çünki liderlərin bəyanatına görə, Naxçıvanla Azərbaycanın arasında yol açılmalı, gediş-gəliş olmalıdır. Bu, erməniləri narahat etməyə başlayıb. Düşünürlər ki, gələcəkdə həmin hissəni də itirə bilərlər”.
Qeyd edək ki, Ermənistanın Respublikaçılar Partiyasının rəsmi nümayəndəsi Eduard Şarmazanov deyib: "Beynəlxalq məhkəmələrdə artıq Ermənistanın Azərbaycana ödəməli olduğu 50 milyard dollardan bəhs edilir. Nikol yenə danışıqlara gedib, deyəcək ki, bizdə 50 milyard olmadığına görə Zəngəzuru sizə veririk”.
Oxşar xəbərlər
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Azərbaycanda kiçik məktəblər ləğv olunur - Bəs şagirdlər, müəllimlər ?
22 mart 2024 14:17
- Sərxoş Çörçill, həyat yoldaşını itirən Ruzvelt, limon becərən Stalin...
20 mart 2024 19:01
- Bağırov və Beriya müsavatçı olublar - Ermənilərlə 40 il bir evdə yaşayan inqilabçının qohumu DANIŞDI
11 mart 2024 00:30
- Sumqayıtın qorxu doğuran daha bir problemi: Kütləvi şəkildə çoxalan təhlükəli küçə itləri..
10 mart 2024 20:52
- Fəhlənin işi müğənnidən yüngüldür, biz çox zülm çəkirik
9 mart 2024 21:32
- M.Ə. Rəsulzadənin qızı Xalidə -Neftçalanın Kurkasa adasında bitən ömür...
9 mart 2024 17:39
- Rusiyada 9 milyarda otellər tikən azərbaycanlı deputat kimdir?
29 fevral 2024 16:21
Xəbər lenti
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
Video & Fotoqalereya
Video
Fotoqalereya