Xocalı canilərindən biri 28 il sonra Şuşada yaxalandı - FOTO

Bu günlərdə erməni tərəfi Azərbaycan əsgərlərinin Şuşanı azad edəndən sonra şəhərdən çıxmağa imkan tapmamış yaşlı şəxsin qolundan tutub apardıqlarını əks etdirən videokadrları yayıb. Həmin qoca azərbaycan dilində əsgərlərə “mən sizə neyləmişəm axı?” deyir. Və erməni tərəfi Azərbaycan hərbçilərinin “80 yaşlı erməni mülki şəxslə qəddar davranışı” barədə dərhal hay küy qaldırıblar. Əslində bu kadrlarda hər hansı qəddarlıqdan söhbət gedə bilməz və əsgərlər sadəcə olaraq yaşlı erməninin qolundan tutub aparırlar, vəssalam.
"İki sahil"in məlumatına görə, lakin çox keçmədən həmin qocanın əslində günahsız mülki şəxs deyil, 28 il əvvəl, 1992-ci ilin fevralında Xocalıda dinc azərbaycanlıları, qadınları, körpələri qətlə yetirən canilərdən biri Conik Tevosyan olduğu üzə çıxıb.
28 il əvvəl çəkilmiş fotolarda Conik Tevosyan əlində iki ov tüfəngi, damağında siqaret, mülki paltarda dayanıb, onun qarşısında isə körpəsini qucağına alıb qarın içində oturmuş azərbaycanlı qadın var. Digər erməni cəlladları isə həmin qadının ərinin yaxasından tutublar. Azərbaycan hüquq-mühafizə orqanlarının Xocalı soyqırımına görə axtarışa verdiyi canilərin siyahısında Tevosyan 45-ci sırada dayanır.
Conik Tevosyan Sumqayıt ermənisidir, sonradan Dağlıq Qarabağa köçüb və oradakı erməni separatçılarına qoşulub. Xocalı qətliamında iştirak edib və müharibədən sonra Şuşada yaşamağa başlayıb.
Vəkil Cavad Cavadov “Yeni Müsavat”a açıqlamasında deyib ki, 80 yaşlı Conik Tevosyanın saxlanılması tam qanunidir və onun tezliklə Azərbaycan məhkəməsi önünə çıxarılması perspektivi var.
“Ortada fotolar var və həmin fotolardan Conik Tevosyanın 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımda iştirakı əks olunub. Ermənistan mətbuatı və teleqram kanalları Conik Tevosyanı dinc sakin kimi təqdim etməklə hay-küy salır ki, guya onun saxlanılması əsassızdır. Əslində isə məqsədləri budur ki, tez bir zamanda onu azad etdirməklə soyqırım miqyasına və qeyri-insani cəza üsullarına görə tarixə ən dəhşətli cinayət aktı kimi daxil olan cinayətdəki əməllərinə görə cəzadan kənar saxlasınlar. 20-ci əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş cinayət idi. Azərbaycan Conik Tevosyan üzərində açıq məhkəmə prosesi keçirməklə bütün dünyaya göstərməlidir ki, vətəndaşlarına qarşı cinayət törədənlər gec-tez layiq oluqları cəzaya çatdırılırlar”,-vəkil deyib.
- “ Hamısı da cavan qızlara diqqət edirdi..."
19 yanvar 2021 23:13
- 20 Yanvar xalqımızın Qəhrəmanlıq Səlnaməsidir
19 yanvar 2021 23:00
- “O sözə görə Siyaviş Novruzovun yerinə utandım...”
19 yanvar 2021 19:08
- Mirdaməd Sadıqov öldü
19 yanvar 2021 18:46
- Prezident Xanlar Vəliyevi həbsə göndərir
19 yanvar 2021 18:29
- Qarabağda Prezidentin xüsusi nümayəndələri – FƏRMAN
19 yanvar 2021 15:31
- Nazirin 2 şirkəti ləğv olundu (FOTO)
19 yanvar 2021 14:25
- Mirdaməd Sadıqovu aparata qoşdular
19 yanvar 2021 13:55
- İki gün öncə Laçından gələn əsgər dəm qazından öldü
18 yanvar 2021 21:56
- Professor Vaqif Abdullayev yazır - İKİ QARDAŞ
18 yanvar 2021 21:34
- “ Hamısı da cavan qızlara diqqət edirdi..."
19 yanvar 23:13
- 20 Yanvar xalqımızın Qəhrəmanlıq Səlnaməsidir
19 yanvar 22:57
- “30 ildir İlhamı yanımda axtarıram, amma ...”
19 yanvar 22:35
- Azərbaycanla İran arasında mühüm sənəd imzalandı
19 yanvar 22:00
- “O sözə görə Siyaviş Novruzovun yerinə utandım...”
19 yanvar 19:08
- “Lotu Quli”nin məzarı başında atışma - Ölənlər
19 yanvar 18:51
- Mirdaməd Sadıqov öldü
19 yanvar 18:40
- Prezident Xanlar Vəliyevi həbsə göndərir
19 yanvar 18:29
- Qarabağda Prezidentin xüsusi nümayəndələri – FƏRMAN
19 yanvar 15:31
- Nazirin 2 şirkəti ləğv olundu (FOTO)
19 yanvar 14:25
- Aslanov oğluna Londonda 1 milyona mənzil aldı - SƏNƏD
19 yanvar 14:05
- Mirdaməd Sadıqovu aparata qoşdular
19 yanvar 13:55
- Musa Pənahov Qubada torpaqlari neçə ələ keçirib ?
19 yanvar 10:41
- Millət vəkilindən sosial media istifadəçilərinə çağırış
19 yanvar 10:28
- Osmanlı şahzadəsi vəfat etdi
19 yanvar 10:13
- Əli Həsənov danışdı: "Mən də insan idim…"
19 yanvar 09:43
- ABŞ-da silahlı qruplar küçələrə çıxdılar
19 yanvar 09:32
- Kamala Harris səlahiyyətlərini təhvil verdi
19 yanvar 09:25
- İki gün öncə Laçından gələn əsgər dəm qazından öldü
18 yanvar 21:56
- Professor Vaqif Abdullayev yazır - İKİ QARDAŞ
18 yanvar 21:34
- "Başı Sovet çəkici ilə əzilməlidir" - Almas İldırımın həyatı
18 yanvar 18:38
- “Təmizləmə prosesi gedir, hər kəs bunu bilsin”
18 yanvar 17:38
- Prezident 2 zavodun təməlini qoydu (FOTO)
18 yanvar 16:26
- Şuşaya çəkilən YOLDAN yeni - Fotolar
18 yanvar 15:28
- Temperatur 10 dərəcə aşağı enəcək - Xəbərdarlıq
18 yanvar 15:18
- İlk olaraq Oqtay Şirəliyevə vuracaqlar peyvəndi
18 yanvar 10:26
- "Holcim"in maliyyə direktoru Dilbər Sultanovanın qanunsuz əməlləri
18 yanvar 10:05
- Ermənistana yeni müdafiə naziri təyin olundu
18 yanvar 09:50
- Şəhidlər xiyabanında 20 Yanvar faciəsinə hazırlıq (VİDEO)
18 yanvar 09:44
- Navalnı Moskvada saxlanıldı - Video
18 yanvar 09:31