Afrikanı qana bələyən Fransa insanlığa qara ləkədirlər - FOTO
Maqazin22 noyabr 2020 13:25

Özünü "nsan haqlarının və demokratiyanın vətəni” sayan Fransa böyük fransız inqilabının prinsiplərinə dəfələrlə xəyanət edib. Əsrlər boyu bu ölkə insan haqları və demokratiya ilə bir araya sığmayan bəşəri cinayətlər törədib. Bu ölkənin təkcə Afrikada törətdikləri isə bəşəri prinsip və insanlığa qara ləkədir.
Fransa 19-cu əsrin əvvəllərindən başlayaraq necə deyərlər, "Qara qitəni” qana bələyib. Məsələn, Əlcəzair 1830-cu ildən 1962-ci ilə qədər, 132 il müddətində Fransanın işğalında qalıb. Təkcə 8 il, 1954-1962-ci illər arasında baş verən böyük müstəqillik müharibəsi zamanı fransız işğalçılar 1,5 milyon əlcəzairlini qətlə yetiriblər. Tarixi məlumatlara görə, Əlcəzair müstəqillik mübarizəsi apardığı bir dövrdə əhalisi 8-10 milyon ətrafında idi. Fransa işğalçıları ölkədəki əhalinin 15 faizini öldürüb. Yəni hər 6,6 adamdan 8 il davam edən müstəqillik mübarizəsi dövründə öldürülüb. Bu isə hər ailədən ən az bir nəfərin həyatını itirməsi deməkdir. Bu isə açıq-aşkar soyqırımıdır.
Və ya başqa bir fakt: 1859-cu ildə Cibuti ərazisindəki Ubuk şəhərini ələ keçirən fransızlar, 11 Mart 1862-ci ildə Tecura Sultanı Əhməd Əbu Bəkiri müqavilə imzalamağa məcbur edirlər. Müqaviləyə görə, Ubuk şəhəri 52 000 frank müqabilində Fransaya təhvil verilirdi. Bu müqavilə fransızların bölgədə hakimiyyət qurmalarına zəmin hazırladı. Fransa sonrakı illərdə Cibutidəki bütün qəbilə rəhbərlərini müqavilə bağlamağa məcbur etdi. Cibutinin müsəlman xalqı Fransa müstəmləkəsini heç bir zaman qəbul etmək istəməmişdir. Ancaq fransızlar müsəlmanların qiyamlarını qanla yatırıblar.
Müsəlmanlar 1917-ci ildə fransız müstəmləkəçilərə qarşı geniş miqyaslı bir qiyam başladılar. Ancaq fransız müstəmləkəçilər bu qiyamı da bütün insanlıqdan kənar əməliyyatlarla yatırdılar. Fransızlar 1911-ci ildə baş verən döyüşdən sonra Çadı bütövlükdə ələ keçiriblər. Bundan sonra fransızlar Çadda çoxlu sayda məscidi və mədrəsəni dağıdırlar. İslami tədrisi dayandırır və insanlara öz dinlərini öyrənməyə qadağa qoyurlar. Bütün dini cəmiyyətləri bağlayırlar. Çoxlu sayda elm adamını zindanlara ataraq, işgəncələrlə öldürürlər. Müsəlman elm adamları fransız zülmündən xilas olmaq üçün müxtəlif yerlərdə gizlənirlər. Fransızlar bunları ortaya çıxarmaq məqsədilə 1917-ci ildə Çadda dini həyatın yenidən qurulması mövzusunda Əbəsə şəhərində simpozium təşkil edirlər və bunu hər tərəfdə elan edirlər. 400-ə qədər elm adamı müsbət dəyişiklik olacağını ümid edərək, simpoziumun keçiriləcəyi salona toplanır. Ancaq çox keçmədən fransız işğalçıları salonu hər tərəfdən mühasirə edərək, toplanan elm adamlarının hamısını öldürür. Fransızların cinayətləri və qırğınları sonrakı illərdə də davam edir.
1839-cu ildə bugünkü Qabon torpaqlarını fransızlar portuqaliyalılardan satın aldı və burada müstəmləkənin əsasını qoydu. Bundan sonra Atlantik okeanı sahillərində qul ticarəti mərkəzi qurub, insanların boğazına zəncir taxaraq satırdılar.
Komor adalarını fransızlar 1830-cu illərdə zəbt etdilər. 1912-ci ildə bütün yerli rəhbərlikləri və İslami qurumları ləğv etdilər, çoxlu qətliamlar törətdilər.
1990-1999-cu illərdə huti və tutsilərin bir-birlərinə qarşı etdiyi qırğında 650 min adam öldürülmüşdü. Sui-qəsd nəticəsində öldürülən Burundi dövlət başçısı Ndadaye öldürülmədən iki gün əvvəl təşkil etdiyi mətbuat konfransında huti və tutsi qəbilələri arasındakı etnik qarşıdurmanın arxasında Belçika və Fransa hökumətlərinin olduğunu söyləmişdi. Ruanda soyqırımı 1994-cü ildə üç aya yaxın bir müddətdə 800 min tutsi və huti Fransanın dəstəklədiyi huti ordusu tərəfindən qətl edildi. İngilis jurnalist Linda Melvern, sabiq Fransa dövlət başçısı Fronçois Mitterandın xüsusi arxivindən faydalanaraq, 8 iyul 2008-ci ildə "Times” üçün yazdığı analizində soyqırımın arxasında Fransanın olduğunu dəlillərlə sübut etmişdi. 2002 və 2004-cü illərdə İnsan Haqları Müşahidə təşkilatı dərc etdiyi hesabatda da qırğını edən huti ordusunun Fransa hökuməti tərəfindən öyrədildiyini, qırğın əsnasında da Fransanın BMT nəzarətindəki əsgərlərindən kömək aldığı ifadə edilmişdi. Bu qırğınlar Fransa tərəfindən edilən cinayətlərin hamısı deyil.
Fransa Vyetnamda, Konqo, Madaqaskar, Fil Dişi və s. ərazilərdə də cinayətlər törədib.
Mənbə: Lent.az
Oxşar xəbərlər
- Nazirin 2 şirkəti ləğv olundu (FOTO)
19 yanvar 2021 14:25
- "Başı Sovet çəkici ilə əzilməlidir" - Almas İldırımın həyatı
18 yanvar 2021 18:38
- Prezident 2 zavodun təməlini qoydu (FOTO)
18 yanvar 2021 16:26
- Temperatur 10 dərəcə aşağı enəcək - Xəbərdarlıq
18 yanvar 2021 15:18
- Şahlar Əsgərov KAMİLLİK əmsalını tapıb = ?
17 yanvar 2021 15:10
- Ordusu olmayan ölkələr: Onları kim qoruyur? (SİYAHI)
17 yanvar 2021 11:14
- Rotşild infarktdan öldü - 175 mlrd.dollar onu...
16 yanvar 2021 20:49
- Bakıya qar yağacaq, yolları buz bağlayacaq - Xəbərdarlıq
16 yanvar 2021 13:51
- Mehriban Əliyeva Şuşadan bu dəfə foto paylaşdı
15 yanvar 2021 17:16
- Qubadlıda Ordumuzun zabiti şəhid oldu (FOTO)
13 yanvar 2021 10:04
Xəbər lenti
- “ Hamısı da cavan qızlara diqqət edirdi..."
19 yanvar 23:13
- 20 Yanvar xalqımızın Qəhrəmanlıq Səlnaməsidir
19 yanvar 22:57
- “30 ildir İlhamı yanımda axtarıram, amma ...”
19 yanvar 22:35
- Azərbaycanla İran arasında mühüm sənəd imzalandı
19 yanvar 22:00
- “O sözə görə Siyaviş Novruzovun yerinə utandım...”
19 yanvar 19:08
- “Lotu Quli”nin məzarı başında atışma - Ölənlər
19 yanvar 18:51
- Mirdaməd Sadıqov öldü
19 yanvar 18:40
- Prezident Xanlar Vəliyevi həbsə göndərir
19 yanvar 18:29
- Qarabağda Prezidentin xüsusi nümayəndələri – FƏRMAN
19 yanvar 15:31
- Nazirin 2 şirkəti ləğv olundu (FOTO)
19 yanvar 14:25
- Aslanov oğluna Londonda 1 milyona mənzil aldı - SƏNƏD
19 yanvar 14:05
- Mirdaməd Sadıqovu aparata qoşdular
19 yanvar 13:55
- Musa Pənahov Qubada torpaqlari neçə ələ keçirib ?
19 yanvar 10:41
- Millət vəkilindən sosial media istifadəçilərinə çağırış
19 yanvar 10:28
- Osmanlı şahzadəsi vəfat etdi
19 yanvar 10:13
- Əli Həsənov danışdı: "Mən də insan idim…"
19 yanvar 09:43
- ABŞ-da silahlı qruplar küçələrə çıxdılar
19 yanvar 09:32
- Kamala Harris səlahiyyətlərini təhvil verdi
19 yanvar 09:25
- İki gün öncə Laçından gələn əsgər dəm qazından öldü
18 yanvar 21:56
- Professor Vaqif Abdullayev yazır - İKİ QARDAŞ
18 yanvar 21:34
- "Başı Sovet çəkici ilə əzilməlidir" - Almas İldırımın həyatı
18 yanvar 18:38
- “Təmizləmə prosesi gedir, hər kəs bunu bilsin”
18 yanvar 17:38
- Prezident 2 zavodun təməlini qoydu (FOTO)
18 yanvar 16:26
- Şuşaya çəkilən YOLDAN yeni - Fotolar
18 yanvar 15:28
- Temperatur 10 dərəcə aşağı enəcək - Xəbərdarlıq
18 yanvar 15:18
- İlk olaraq Oqtay Şirəliyevə vuracaqlar peyvəndi
18 yanvar 10:26
- "Holcim"in maliyyə direktoru Dilbər Sultanovanın qanunsuz əməlləri
18 yanvar 10:05
- Ermənistana yeni müdafiə naziri təyin olundu
18 yanvar 09:50
- Şəhidlər xiyabanında 20 Yanvar faciəsinə hazırlıq (VİDEO)
18 yanvar 09:44
- Navalnı Moskvada saxlanıldı - Video
18 yanvar 09:31
Video & Fotoqalereya
Video
Fotoqalereya