İqtisadçı alimdən böhran xəbərdarlığı: Dekabr və yanvar...
İqtisadiyyat22 noyabr 2020 11:40

"Koronavirus artıq hər kəsin qapısını döyür, bu sürətlə yayılma davam edərsə, təhlükələr həm tibbi və həm də sosial-iqtisadi müstəvidə çoxala bilər. Odur ki, hakimiyyətin post-müharibə dövründə əsas diqqət göstərdiyi sahələrdən biri də COVİD-19 pandemiyasının neqativ təsirlərindən əhalini və sahibkarları qorumaq olmalıdır”.
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. O, bildirib ki, hazırda əhalinin sağlamlığının təminatı sahəsində durum bir neçə ay bundan əvvəlki ilə müqayisədə yaxşı olsa da, mövcud səhiyyə infrastukturu artan çarpayı, dərman, tibb ləvazimatı və həkim tələbatını qarşılaya bilməyəcək. Ona görə də hər kəsdə özünüqoruma instinkti yüksək olmalıdır:
"Düşünürəm ki, ən böhranlı ay bu ilin dekabr və gələn ilin yanvar ayları olacaq. Çox böyük ehtimalla bir neçə aydan sonra koronavirusa qarşı peryvəndin kütləvi istehsalına başlanılacaq. Yeri gəlmişkən, Azərbaycan höküməti peyvəndlə bağlı sifarişini indidən verməlidir ki, onu vaxtında ölkəyə gətirə bilsin.
Bununla yanaşı dövlət əhalinin sosial-müdafiəsini gücləndirmək və sahibkarlığa dəstək məqsədilə Nazirlər Kabinetinin 04 Aprel 2020 -ci tarixli Tədbirlər Planında nəzərdə tutulan tədbirləri davam etdirməlidir. Odur ki, təklif edirəm ki, bu ilin dekabr və gələn ilin yanvar ayları üzrə:
1) Əhaliyə güzəştli işıq limiti ayda 100 kvts. həcmində artırılsın. Bununla əlaqədar olaraq 20 milyon manat vəsait tələb olunacaq.
2) Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri 2020-ci tədris ilinin yaz semestri üzrə də ödənilsin. Bu məqsədlə 20 milyon manat vəsait kifayət edər.
3) Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində birdəfəlik ödəmə verilsin. Ödəniş məbləği bu ilin dekabr ayı üçün 190 manat, gələn ilin yanvar ayı üçün yaşayış minimumunun 2021-ci il üçün olan dəyəri həcmində müəyyənləşdirilsin. Bu il üçün tələb olunan büdcə 114 milyon manat təşkil edəcək.
4) Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi proqramı davam etdirilsin.
5) Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilsin.
Maliyyə Nazirliyinin açıqlamasına görə, 2020-ci ilin doqquz ayında dövlət büdcəsinin kəsiri 677,6 mln. manat təşkil edib və ya 1156,6 mln. manat məbləğində proqnozlaşdırılan kəsirdən 479,0 mln. manat və ya 41,4 faiz az olub. Göründüyü kimi büdcədə gərginlik yoxdur”.
Oxşar xəbərlər
- 20 Yanvar xalqımızın Qəhrəmanlıq Səlnaməsidir
19 yanvar 2021 23:00
- "Başı Sovet çəkici ilə əzilməlidir" - Almas İldırımın həyatı
18 yanvar 2021 18:38
- "Holcim"in maliyyə direktoru Dilbər Sultanovanın qanunsuz əməlləri
18 yanvar 2021 10:05
- Şəhidlər xiyabanında 20 Yanvar faciəsinə hazırlıq (VİDEO)
18 yanvar 2021 09:44
- Sabahdan Ukraynada rusca danışmaq qadağan olur
17 yanvar 2021 18:42
- İcra başçısının 3 milyon dəyərində şəxsi baxçası və ...– SİYAHI
17 yanvar 2021 17:06
- SMS- icazə ləğv olunur
16 yanvar 2021 12:23
- “Paşinyanın cəbhədə baş verənlər barədə çox az anlayışı var idi”
14 yanvar 2021 20:43
- Ərdoğanla Putin arasında kritik Qarabağ razılaşması: Türkiyə masada yox, sahədədir
14 yanvar 2021 13:31
- Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorları görüşdü
12 yanvar 2021 20:49
Xəbər lenti
- “ Hamısı da cavan qızlara diqqət edirdi..."
19 yanvar 23:13
- 20 Yanvar xalqımızın Qəhrəmanlıq Səlnaməsidir
19 yanvar 22:57
- “30 ildir İlhamı yanımda axtarıram, amma ...”
19 yanvar 22:35
- Azərbaycanla İran arasında mühüm sənəd imzalandı
19 yanvar 22:00
- “O sözə görə Siyaviş Novruzovun yerinə utandım...”
19 yanvar 19:08
- “Lotu Quli”nin məzarı başında atışma - Ölənlər
19 yanvar 18:51
- Mirdaməd Sadıqov öldü
19 yanvar 18:40
- Prezident Xanlar Vəliyevi həbsə göndərir
19 yanvar 18:29
- Qarabağda Prezidentin xüsusi nümayəndələri – FƏRMAN
19 yanvar 15:31
- Nazirin 2 şirkəti ləğv olundu (FOTO)
19 yanvar 14:25
- Aslanov oğluna Londonda 1 milyona mənzil aldı - SƏNƏD
19 yanvar 14:05
- Mirdaməd Sadıqovu aparata qoşdular
19 yanvar 13:55
- Musa Pənahov Qubada torpaqlari neçə ələ keçirib ?
19 yanvar 10:41
- Millət vəkilindən sosial media istifadəçilərinə çağırış
19 yanvar 10:28
- Osmanlı şahzadəsi vəfat etdi
19 yanvar 10:13
- Əli Həsənov danışdı: "Mən də insan idim…"
19 yanvar 09:43
- ABŞ-da silahlı qruplar küçələrə çıxdılar
19 yanvar 09:32
- Kamala Harris səlahiyyətlərini təhvil verdi
19 yanvar 09:25
- İki gün öncə Laçından gələn əsgər dəm qazından öldü
18 yanvar 21:56
- Professor Vaqif Abdullayev yazır - İKİ QARDAŞ
18 yanvar 21:34
- "Başı Sovet çəkici ilə əzilməlidir" - Almas İldırımın həyatı
18 yanvar 18:38
- “Təmizləmə prosesi gedir, hər kəs bunu bilsin”
18 yanvar 17:38
- Prezident 2 zavodun təməlini qoydu (FOTO)
18 yanvar 16:26
- Şuşaya çəkilən YOLDAN yeni - Fotolar
18 yanvar 15:28
- Temperatur 10 dərəcə aşağı enəcək - Xəbərdarlıq
18 yanvar 15:18
- İlk olaraq Oqtay Şirəliyevə vuracaqlar peyvəndi
18 yanvar 10:26
- "Holcim"in maliyyə direktoru Dilbər Sultanovanın qanunsuz əməlləri
18 yanvar 10:05
- Ermənistana yeni müdafiə naziri təyin olundu
18 yanvar 09:50
- Şəhidlər xiyabanında 20 Yanvar faciəsinə hazırlıq (VİDEO)
18 yanvar 09:44
- Navalnı Moskvada saxlanıldı - Video
18 yanvar 09:31
Video & Fotoqalereya
Video
Fotoqalereya