Həyat yoldaşının çiynində son mənzilə
Müsahibə21 noyabr 2020 20:13
Qubadlıda bayrağımızı dalğalandıran igid əsgərimizin fotosu ölkə mətbuatında, sosial şəbəkələrdə geniş yer almışdı. Müdafiə Nazirliyinin yayımladığı videogörüntülərdə düşmən bayrağını təpikləyib yerə salan, qürur və ehtiramla öz bayrağımızı azad edilmiş Qubadlıya sancan bu əsgərin görüntüləri hamımızı qürurlandırmışdı. Amma çox keçmədi ki, sarsıdıcı xəbər gəldi- igidimiz hərbi əməliyyatların dayandırılmasına cəmi bir neçə gün qalmış Laçın uğrunda gedən döyüşlərdə şəhid olmuşdu…
Həmin hərbçimiz, əslən Gəncədən olan Röyal Cəfərov Gəncədəki N saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu olub. Ailəsi ilə birgə kirayədə yaşayıb. Müharibə başlanan gündən döyüşlərə göndərilib. Əvvəl Murovdağda döyüşüb, sonra Füzuli, Zəngilan, Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. Həmişə ön cəbhədə olub. Noyabrın 4-də düşmən gülləsinə tuş gələn Röyal döyüş meydanında şəhadətə qovuşub.
Şəhidimizin qüruru və mətanəti ilə ondan geri qalmayan həyat yoldaşının fotosu isə hər bir azərbaycanlını kövrəltdi. Qəhrəman igidimizin cənazəsini çiynində daşıyan bu qadın müharibənin simvollarından birinə çevrildi...
Qarabağın işğaldan azad edilməsi uğrundakı döyüşlərdə qəhrəmancasına həlak olan 30 yaşlı Rövşən Cəfərovun iki övladı var. Böyük qızı Yağmur 3 yaşındadır, oğlu Ruzgar isə cəmi üç aylıqdır. Yeni doğulan körpəsinin üzünü doyunca görə bilməyib. Ömür-gün yoldaşının cənazəsini öz çiynində son mənzilə yola salan Firuzə Cəfərova deyir ki, bu, onun Röyala son borcu olub:”Röyal mənim üçün həm ata-ana, bacı-qardaş, həm də dost-sirdaş idi. 2016-cı ildə ailə qurmuşduq. Çox dərdlərimizi birgə bölüşmüşük. Bu, mənim Röyalın qarşısında olan son borcum idi. Bunu etməli idim”.
F.Cəfərova həyat yoldaşı ilə qürur duyduğunu, onunla fəxr etdiyini deyir: "Röyal snayper idi. Çox vaxt əlaqə saxlaya bilmirdik. Onlara telefon işlətmək olmazdı. Cəbrayıldan sonra Qubadlıda döyüşüb. Sonra Laçın rayonu istiqamətinə yönləndirilib, orada vuruşub. Sonuncu dəfə noyabrın 3-də telefonla əlaqə saxladıq. Röyalın şəhid olmasından üç gün sonra xəbər tutduq. Qaynıma zəng vurub Füzuliyə çağırdılar. Əvvəl mənə dedilər ki, yaralıdır. Axşamtərəfi bayrağa bürünmüş nəşini gətirdilər, bir gecə evimizdə qaldı, qonağımız oldu”.
Döyüş meydanında ayağından yaralanan Röyalı yaxın dostu Süleyman Məmmədov sürüyərək çıxarmaq istəyib. Lakin düşmən aman verməyib, Röyalı yenidən hədəfə alıb, snayperlə vurub. Röyala dəyən güllə onun bədənindən çıxaraq dostu Süleymanı da yaralayıb. Süleyman onlara tərəf gələn səkkiz erməni əsgərini öldürüb, dostunun meyiti düşmənin əlinə keçməsin deyə yaralı vəziyyətdə özüylə 700 metr daşıyıb...
Şəhid atası Vaqif Cəfərov oğluyla qürur duyduğunu deyir: "Şəhidlik hər adama nəsib olmur. Vətənimiz sağ olsun. Mən oğlumla fəxr edirəm”. Dərdli ata başqa heç nə demir, danışmaq istəmir...
Şəhid Röyal Cəfərov noyabrın 7-də Gəncədəki Şəhidlər Xiyabanında dəfn edilib.
Mənbə: Virtualaz.org
Oxşar xəbərlər
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 2024 16:41
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Moskva terrorunda azərbaycanlı kişi və erməni xanımı da öldürülüb
24 mart 2024 20:47
- Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO
24 mart 2024 05:58
- Leyla Bədirbəylinin Amerikada yaşayan nəvəsi
23 mart 2024 19:51
- Crocus City Hall-da YALIN ƏLLƏ terrorçunu zərərsizləşdirən şəxs danışdı - VİDEO
23 mart 2024 18:55
- Ağacan Abıyevə ağır itki
22 mart 2024 13:17
Xəbər lenti
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
Video & Fotoqalereya
Video
Fotoqalereya