4 saat yaralı vəziyyətdə mühasirədə qalan əsgərimiz
"Dörd saat yaralı vəziyyətdə mühasirədə qalıb, şəhid olan əsgər" adıyla yayılan qəhrəmanımızın videosuna yəqin ki, əksəriyyətiniz baxmışdı. Çox təsirli idi. Milyonlarla baxışı olan video haqqında sosial şəbəkələrdə dolaşıq xəbərlər yayılmağa başladı. Bilərəkdən, ya da bilməyərəkdən bir nəfərin o şəhidin sağ olduğu ilə bağlı yaydığı video ailənin müraciətindən sonra sosial şəbəkə istifadəçiləri tərəfindən silindi.
Əziz oxucular, təəssüflər olsun ki, videoda gördüyünüz qəhrəmanımız şəhid olub!
Şəhidimiz Qəbələ rayonu Əmirvan kəndində 1996-cı ildə anadan olmuş Abdurahmanov Elvin Əbülfəz oğludur.
Dünən şəhidimizin atası Əbülfəz Abdurahmanovla danışdım. Danışığı, səsinin qürurundan da hiss olunur ki, elə oğulu məhz bu cür KİŞİ cəmiyyətə təqdim edə bilər.
Miq.Az-a açıqlamasında Əbülfəz Abdurahmanov şəhid övladı haqqında xatirələrini danışır:
"Müharibə başlamamışdan bir həftə qabaq 1 günlük evə gəldi. Mənim ad günümü təbrik etmək üçün. Təsadüfən zəng elədi, təsadüfən gəldi, təbrik etdi və təsadüfən də xidmətə qayıtdı"-deyir şəhid atası.
Hələ iyul hadisələri zamanı oğlunun general Polad Həşimovun şəhid olması xəbərindən sarsıldığını bildirir:
"Ermənilərin Tovuzdakı hücümu ilə bağlı narahat idi Elvin. General Polad Həşimovun şəhid olma xəbərindən çox sarsılmışdı, yerə-göyə sığmırdı. Deyirdi ki, bu müharibə nə vaxtsa başlamalıdır."
Qəhrəman şəhidimiz məzuniyyətə az-az gəlirmiş. Atasının dediyinə görə o, özünü şəhid olmağa hazırlayıbmış:
"Çox qeyri-adi insan idi. Müharibə başlayan gün mənə zəng etdi. "Bismillah edib əks-hücuma keçdik, xeyir-dua ver, ata"-deyə bildirdi. Sonra mənə dedi ki, ola bilər, nəsə başqa yanlış xəbər eşidə bilərsiniz, amma inanmayın. Yalnız rəsmi, xüsusən də Cənab Ali Baş Komandanın dilindən səslənən xəbərlərə inanın. Onu da ki, narahat olma, məndən heç nə soruşma, eşidəcəyin lazım olan məlumatları özüm sənə deyəcəm. Özünə yaxşı bax, ata!"-deyə şəhid atası köks ötürür.
"Oktyabr ayının 1-də ad günü idi. Zəng edib təbrik etmək istədim. Tərəddüd etdim, mane ola bilərəm deyə fikrimdən daşındım. Dözə bilmədim, yenə zəng vurdum, telefonu bağlı idi. Ad gününü təbrik etmək də qismət olmadı mənə"- Əbülfəz Abdurahmanov deyir.
Şəhidimizin atası deyir ki, Elvin subay idi:
"Oğlum hələ evlənməmişdi. İki il idi ki, nişanlı idi. Hələ orta məktəb illərində, V-VI sinifdə oxuyarkən sevdiyi qızla nişanlı idi. Gələn il toyunu etməyə hazırlaşırdıq, qismət olmadı. Sən demə oğlum özü də bilirmiş ki, şəhid olacaq"-deyir Əbülfəz Abdurahmanov.
Şəhidimizin əmisi, ehtiyatda olan mayor Abdurahmanov Şakir də bizimlə söhbətində Elvinin cəsur, ürəkli hərbçi olduğunu bildirir:
"Həmişə mənə deyirdi ki, müharibə başlayacaq. Biz Qələbə qazanacağıq, sənin yarıda saxladığın kəşfiyyat arzularını mən davam etdirəcəm, əmi. Arzusu bu Vətən üçün savaşmaq, düşməni məhv eləmək, millət yolunda şəhid olmaq idi, ona da çatdı" - mayor Abdurahmanov Şakir danışır.
Şəhidimiz hərbi xidmətdən hər dəfə məzuniyyətə gələndə anasına deyrimiş ki, ana, sənin 3 oğlun yox, 2 oğlun var. Mən Vətənin oğluyam, çalış ki, mənsizliyə alışasan.
Bu barədə şəhidimizin qardaşı Elçin Abdurahmanov Miq.Az-a danışır:
"Müharibədən əvvəl də, sonra da hər şeyə hazır olun deyirdi. Sonuncu dəfə mənlə danışanda dedi ki, möhkəm olun! Nəsə olsa, atama-anama de ki, ağlamasın! Siz Qələbə xəbərini eşidəcəksiniz yaxınlarda. Anamla sonucu dəfə sentyabrın 30-da danışdı. Gülə-gülə dedi ki, axı sənə demişdim, o biri iki qardaşım sənin, mənsə Vətənin oğluyam. Məndən nigaran qalma, ana."-deyir Elçin Abdurahmanov.
"Dörd saat yaralı vəziyyətdə mühasirədə qalıb, şəhid olan əsgər" adıyla yayılan qardaşının videosuna da aydınlıq gətirir Elçin. Bildirir ki, əslində qardaşının videoda deyildiyi kimi mühasirədə qalib qan itirməsi xəbəri düzgün deyil:
"O video qardaşımın şəhid olduğu gündən qabaq çəkilib. Bilirəm, qardaşımın hansı şəraitdə şəhid olması ilə bağlı çoxları maraqlanır. Qeyd edim ki, qardaşım Füzuli-Cəbrayıl istiqamətində əməliyyatda yüksəklik uğrunda döyüş zamanı şəhid olub. Həmin yüksəklik qardaşım şəhid olan gün alınıb. Düzdür, çox yaxın məsafədə döyüş olub. Qardaşım yaralı halda olub və ağır artilleriya atəşi altında onu döyüş meydanından çıxarmaq mümkün olmayıb. Saatlar sonra yüksəklik götürülüb və arxadan kömək qüvvə gəlib. O zaman qardaşım aldığı güllə yarasından hospitala çatmamış şəhid olub. Amma yenə də sizin sayt vasitəsilə qardaşımı sevənlərə, onun üçün narahat olanlara deyirəm ki, məlum videoadakı çəkilişdən bir neçə gün sonra şəhid olub qardaşım. Həqiqətən də, aldığı güllə yarasından atəş xətti altında qalıb. Amma onu ordan çıxarmaq çətin olub. Təsəvvür edin, düşmən bütün artilleriya silahlarını işə salıbmış"-deyə Elçin bildirir.
Şəhid vəsiyyəti:
Elçin deyir ki, qardaşı şəhid olandan sonra telefonuna yazdığı vəsiyyətini tapıblar. Vəsiyyətdə yazılıb:
"Əgər mənə nəsə olsa, qırmızı flaş kartımda şəkillər var. Onlar silinib. Elçin, Məcnun, onları geri qaytarın, xatirə olaraq qalsın! Atama, anama yaxşı baxın! Vətənimizə, bayrağımıza, millətimizə bağlı namuslu oğullardan olun inşallah! Hər kəsin həyatda bir arzusu var. Mənim də qəlbimdə ən böyük arzum bir gün Vətənim üçün şəhid olmaqdır. Allaha əmanət olun, canım qardaşlarım!"
Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin giziri Abdurahmanov Elvin Əbülfəz oğlu Qəbələ rayonu, Əmirvan kəndində dəfn olunub.
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 2024 10:29
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 2024 11:06
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 2024 10:08
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 2024 09:31
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20