"Qadını yırtıcıya çevrilmiş xalq əbədi olaraq məğlub xalqa çevrilir..."
Hadisə20 oktyabr 2020 09:05
Bu gün Azərbaycan heç vaxt olmadığı dərəcədə birdir və bu birlik genetik özünümüdafiə və milli təəssübkeşlik hissini, gələcək nəsillər qarşısında məsuliyyət hissini silkələyib oyadır. Bu birlik şəxsi ədavətləri, kin-küdurəti, dedi-qodunu, böhtanları bir kənara atır və baxın telekanallara, mətbuata, sosial şəbəkəyə – fikirlər, mülahizələr, düşüncələr, istəklər şəxsi yox, xalq mənafeyi naminə söylənir, sevinc də, nigarançılıq da, həyəcan da yalnız şəxsin yox, xalqın sevinci və həyəcanıdır.
Əgər bu gün övladını itirmiş ana: «- Vətən var olsun!»- deyirsə, əgər bu gün ocağı dağıdılmış ata: «- Bu ev-eşik əsgərimizin dırnağına da dəyməz!»- deyirsə, bu, həmin birliyin mənəvi miqyasının göstəricisidir.
Bizim müasir dünyamız ikili siyasi standartlar dünyasıdır.
Şimali İrlandiya xalqı Böyük Britaniyadan ayrılmaq, öz əzəli torpağında müstəqil yaşamaq istəyir – dərhal dövlətlərin ərazi bütövlüyünün dəyişməzliyi yada düşür. Kataloniya xalqı səs verərək, İspaniyadan ayrılmaq, öz əzəli torpağında müstəqil yaşamaq istəyitr, yenə də dərhal ərazi bütövlüyünün dəyişməzliyi əldə bayraq edilir. Erməni millətçiliyi başqa bir dövlətin ərazisində ikinci bir dövlət yaratmaq istəyir, ancaq həmin ərazi bütövlüyünün dəyişməzliyi nəinki yada düşmür, bir çox hallarda açıq, ya da dolayısı ilə müdafiə olunur, Avropanın böyük bir dövlətinin başçısı haray salır ki, Azərbaycan Qarabağı işğal etmək istəyir. Avropanın ən geridə qalmış ölkələrinə Avropa İttifaqının qapıları taybatay açılır, onlar İttifaqa üzv qəbul edilir, Türkiyə isə min bir bəhanə ilə kənarlaşdırılır. İki NATO ölkəsi – Türkiyə ilə Yunanıstan arasında gərginlik yarananda elə həmin NATO ölkələrinin üzvləri yenə də ya açıq, ya da dolayısı ilə Yunanıstanı müdafiə edir.
Bu ikili standartlar dünyasında həmin standartlardan çəkinməyərək, onlarla barışmayaraq, öz xalqının taleyi ilə bağlı siyasi iradəni ortaya qoymaq, tarixi cəsarət, fədakarlıq və inam tələb edir.
Preziden İlham Əliyev bu siyasi iradəni bütün sərtliyi və qətiliyi ilə ortaya qoydu və Azərbaycan birliyinə nail oldu, Ermənistan təcavüzünə qarşı savaş Vətən müharibəsinə çevrildi. Bu müharibədə bizim ən böyük müttəfiqimiz – həqiqətdir və İlham Əliyevin təmiz ana dilində, təmiz ingilis dilində, təmiz rus dilindəki çıxışları bu həqiqəti dünya ictimaiyyətinə çatdırır, bu həqiqəti həmin ikili standartların üzünə çırpır.
Bu çıxışlar həqiqətin qələbəsidir və bizim cəbhə qələbələrimiz də bu həqiqətin təsdiqidir.
Cəbrayılın, Hadrutun, Füzulinin, bir çox kəndlərimizin işğaldan azad olunması, əslində, Azərbaycanın yeni tariximin başlancığıdır və erməni millətçiliyinin bütün cidd-cəhdinə baxmayaraq, Azərbaycan öz ərazi bütövlüyünü əldə edəcək.
Xalq qələbə çalacaq.
Ancaq bundan sonra da Azərbaycan qələbələri davam edəcək – siyasi qələbələri, mədəni, elmi, iqtisadi qələbələri və Azərbaycan sivil bir Avropa ölkəsi kimi dünya birliyində öz layiqli yerini daha artıq möhkəmlədəcək, daha artıq nufuz və hörmət qazanacaq, çünki o siyasi iradənin miqyası geniş və çoxcəhətlidir.
İlham Əliyevin ortaya qoyduğu bu siyasi iradə xalqı ordunun güvənc yerinə, ordunun da xalqa güvənc yerinə çevirdi.
Xudafərin körpüsü Azərbaycanı yenə öz tarixi keçmişi ilə birləşdirdi. Bu siyasi iradə Azərbaycanla Türkiyə arasındakı qardaşlığı da daha artıq doğmalaşdırdı və münasibətlər daha əməli, işgüzar və daha fərəhli bir mərhələyə keçdi.
Biz yaxşı bilirik ki, atalar sözu yüzillieklərin sınağından keçərək özünü təsdiq edir, anqcaq baxın, «Bir millət, iki dövlət» sözləri qısa bir müddətdə Azərbaycanda da, Türkiyədə də atalar sözünə çevrildi və bu gün Ulu öndərin yaratdığı bu atalar sözü yeni çalarlar əldə etdi, münasibətlərə yeni və isti nəfəs verdi.
Bu günlərdə mən xəbərlərdə oxudum ki, Ermənistanın yazıldığına görə tanınmış jurnalisti Yeva Abramyan Gəncəyə raket atılarkən uşaqların, qadınların da qətlə yetirilməsindən ruhlanaraq, orduya çağırış edib ki, Azərbaycanın dinc əhalisini daha artıq qətlə yetirmək, onlara daha artıq raketlər atmaq lazımdır.
Doğrusu, bu çağırış mənə çox təsir etdi: qərəz qadını, yəni ananı yırtıcıya çevirib.
Və mən fikirləşdim ki, qadını yırtıcıya çevrilmiş xalq – əbədi olaraq məğlub xalqa çevrilir.
Xalq üçün bundan böyük faciə ola bilməz.
Elçin Əfəndiyev,
Azərbaycan sabiq baş nazirinin müavini, xalq yazıçısı
Oxşar xəbərlər
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 2024 10:05
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 2024 13:54
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- İtaliyada XVI əsrə aid qadın VAMPİR-in siması bərpa edildi
25 mart 2024 10:42
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya