Eldar Mahmudovun oğluna Rusiyadan şübhəli pul köçürmələri

ABŞ Maliyyə Nazirliyinin ən qapalı strukturlarından biri olan maliyyə cinayətləri ilə mübarizə bölməsi FinCEN Azərbaycanın keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudova bağlı firmaya Rusiyadan şübhəli pul köçürmələrini aşkar edib.
Virtualaz.org xəbər verir ki, söhbət milyonlarla dollardan gedir. Bu haqda Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun (ICIJ) və "BuzzFeed News” nəşrinin birgə araşdırmasında deyilir.
Jurnalistlər FinCEN-in məxfi sənədlərinə çıxış əldə ediblər və məlum olub ki, ABŞ Maliyyə kəşfiyyatı Rusiyada prezident Vladimir Putinə yaxın adamlara biznesmenlər və şirkətlər tərəfindən şübhəli pul köçürmələri edilib. İri Rusiya şirkətləri, o cümlədən dövlət şirkətləri isə xarici ölkələrin liderlərinə, yaxın adamlara pullar köçürüblər.
FinCEN sənədlərindən birinə əsasən, ABŞ Maliyyə kəşfiyyatı Eldar Mahmudovun oğluna bağlı olan offşor firmanın Rusiyanın mobil rabitə operatoru MTS-dən 2014-2015-ci illərdə milyonlarla dollar aldığını göstərir.
Araşdırmada deyilir ki, Eldar Mahmudovun ailə üzvləri onun vəzifədə olduğu dövrdə nəhəng sərvətlər əldə ediblər. Onun övladları Böyük Britaniyada, İspaniyada, İsveçrədə çoxsaylı daşınmaz əmlaka, habelə bir sıra ölkələrdə biznes aktivlərinə malikdir. Mahmudovun ailə üzvlərinin biznesi Cayman National Bankın sənədlərinin araşdırmaçı jurnalistlərin əlinə keçməsi nəticəsində üzə çıxmışdı.
Qəfildən varlanan ailənin başçısı - Eldar Mahmudov 2015-ci ilin oktyabrında vəzifəsindən azad edilib. Böyük cinayət təhqiqatı aparılıb və nəticədə onun oğlunun yaxın dostu, eyni zamanda işgüzar partnyoru barəsində beynəlxalq axtarış elan edilib. Keçmiş Milli Təhlükəsizlik nazirinin oğlunun dostu və ortağı Ayaz Kərimov "Caspian Telecommunication Ltd” adlı offşor şirkətin rəhbəri idi. Həmin şirkət Britaniya Vircin adalarında qeydiyyatdan keçib, barəsində heç bir məlumat olmasa da, tezliklə Azərbaycanın telekommunikasiya bazarında iri oyunçuya çevrilib.
Jurnalistlər araşdırıblar ki, həmin offşor şirkətin əsl sahibi Anar Mahmudov olub.
Onun biznesi isə dövlət miqyası alıb: 2015-ci ildə "Caspian Telecommunication Ltd”-nin törəmə şirkəti "Cartburg Networks Corp” Bakıda Belarusun "Beltelekom” şirkəti ilə beynəlxalq rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə imzalayıb. Təntənəli imza mərasimində Azərbaycanın o vaxtkı Rabitə və Yüksək Texnologiyalar naziri də iştirak edib. Mahmudovun oğlunun offşor şirkətinin törəməsi ilə Azərbaycanın bir sıra dövlət şirkətləri də müqavilələr bağlayıblar və onun razılığı olmadan Azərbaycanın telekommunikasiya bazarında işləmək mümkün deyildi.
Lakin Mahmudovun oğlunun offşor şirkəti təkcə "Beltelekom”u cəlb etməmişdi. FinCEN-in sənədlərinə əsasən, Rusiyanın telekommunikasiya nəhəngi MTS 2015-ci il noyabrın 20-dən etibarən (Mahmudov vəzifədən çıxarılandan az sonra) bir neçə köçürmə ilə "Caspian Telecommunication Ltd”-ə 5.3 milyon dollardan çox pul ödəyib. Bu köçürmələrdən cəmi bir ay sonra - 2015-ci ilin dekabrında Ayaz Kərimov barəsində cinayət işi qaldırılıb.
Şirkətin rəhbəri Ayaz Kərimov 2016-cı ildən axtarışa verilib. O, iri məbləğlərdə vəsaitin mənsimsənməsində və talanmasında ittiham olunur.
MTS şirkətindən bildiriblər ki, onların Azərbaycanda heç vaxt biznesləri olmayıb və indi də yoxdur. Ödəmələri isə 2013-cü ildə MTS-lə "Caspian Telecommunication Ltd” şirkəti arasında beynəlxalq rabitə xidmətlərinə dair imzalanmış müqavilə ilə əsaslandırıblar. Həmin müqavilə üzrə MTS-in Rusiya, Ukrayna və Ermənistandakı nömrələrinə, habelə Azərbaycandakı mobil və fiksə edilmiş nömrələrinə səs trafikinin ötürülməsi həyata keçirilib. MTS bildirib ki, müqavilə 2014-2015-ci illərdə fəaliyyətdə olub və onun çərçivəsində trafik mübadiləsinə görə hər iki tərəf ödəmələr edib.
- Rüstəm Usubov da həbs olunur
14 aprel 2021 07:58
- Afaq Bəşirqızının oğluna yüksək VƏZİFƏ VERİLDİ
12 aprel 2021 16:00
- Afaq Bəşirqızının oğluna yüksək VƏZİFƏ VERİLDİ
12 aprel 2021 16:00
- “Monopolist monopolist qalmağa çalışır” - Deputatdan açıqlama
13 aprel 2021 12:47
- Bakı “BT”nin rəis müavini həbs edildi
7 aprel 2021 13:25
- Növbəti həbs Eldar Mahmudov ...
6 aprel 2021 16:31
- Həbs edilən generallar Eldar Mahmudovun ən yaxın kadrlarıdır
6 aprel 2021 00:04
- “65 yaşa gəlib çatmağın heyrətindəyəm...”
3 aprel 2021 09:09
- “İndi oğlanlarımın ataları mənəm deyə, özlərinə iş qurmamalıdırlar?”
31 mart 2021 12:36
- Bu tanınmış restoranlar da cərimələndi - Siyahı
26 mart 2021 17:50
- Lukaşenko İlham Əliyevin oğlundan danışdı
14 aprel 23:33
- İki ayda Azərbaycanda 510 əkiz, 9 üçəm doğulub
14 aprel 16:46
- “Rəsmi Bakı 7 bölgənin eyni vaxtda tələb edirdi” - Paşinyan
14 aprel 14:43
- Azərbaycanda 41% vətəndaş 65 yaşa çatmadan ölür
14 aprel 13:21
- Bakıda narkotik və əxlaqsızlığı təbliğ edən uşaq geyimləri Fotolar
14 aprel 12:27
- Azərbaycandan İrəvana 211 milyon dolları kim göndərib? – ŞOK
14 aprel 10:29
- Milli Məclisdə papağı boş qalmış 5 deputat yeri
14 aprel 10:20
- Rüstəm Usubov da həbs olunur
14 aprel 07:58
- “O, çox təkid etdi və mərhum atamdan dəfələrlə bunu xahiş etmişdi”
14 aprel 07:49
- Bu gündən Azərbaycanda Ramazan ayı başladı
14 aprel 00:30
- Navalnı “Qurani-Kərim”ə görə həbsxananı məhkəməyə verdi
13 aprel 23:50
- Əliyev ilə Lukaşenkonun qeyri-rəsmi görüşü oldu (VİDEO)
13 aprel 23:11
- Lukaşenko gəldi - Fotolar
13 aprel 18:53
- Moskvada öldürülən Gəncəli Albertin həyatı VİDEO)
13 aprel 17:56
- Dilqəm Əsgərov: Şahbaz Quliyev Paşinyanın dostudur ŞOK
13 aprel 15:48
- Niyə bəzən hava proqnozları düz çıxmır?
13 aprel 14:10
- Ağsuda polisin təhqir etdiyi Bakı sakini nazir Vilayət Eyvazova müraciət etdi
13 aprel 12:44
- İlham Əliyev: "Müharibədən sonrakı vəziyyət kövrəkdir"
13 aprel 10:55
- Avtoritet Əli Heydərovu kim öldürdü ?
13 aprel 10:40
- “Nar” paytaxt və regionlarda yenilənmiş xidmət mərkəzlərini təqdim edir
13 aprel 10:32
- Jurnalistlər Cəbrayıl və Qubadlıya yola düşüb
13 aprel 10:20
- Lukaşenko sabah Azərbaycana gəlir
12 aprel 18:05
- Afaq Bəşirqızının oğluna yüksək VƏZİFƏ VERİLDİ
12 aprel 16:00
- Afaq Bəşirqızının oğluna yüksək VƏZİFƏ VERİLDİ
12 aprel 16:00
- Qubad İbadoğlunun qızı izlənilir - DİN araşdırır
12 aprel 13:59
- İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışını etdi
12 aprel 12:40
- Qubanın axundunun intim videosu yayıldı
12 aprel 11:49
- Hadı Rəcəblinin restoranında toy edənlər cərimələndi
12 aprel 11:20
- Elmira Axundova 250 min manata maşın aldı - FOTOLAR
11 aprel 21:17
- “Ziya Bünyadovun öldürüldüyü silah tapıldı ” - ŞOK
11 aprel 17:32