Sahibkar borcu və bayraq sabotajı – Zakir Fərəcovdan sonra hansı “sürprizi” gözləyək…

Son vaxtlar ölkənin məmur korpusu ilə bağlı yeni siyasətin ortaya qoyulduğunun şahidi oluruq. Söhbət yeni tip məmur kontingentinin formalaşması istiqamətində ən ali siyasi iradənin ortaya qoyulmasından gedir. Bu kontekstdə köhnə və oliqarxlaşmış, islahat prosesinə mane olan məmurlarla vidalaşmadan tutmuş, məmur korpusunda reallaşan həbsləri qeyd edə bilərik. Ancaq bütün bunların fonunda özünü köhnə qvardiyaya aid edən bəzi məmurların dirənişinin şahidi oluruq. Bu dirəniş yalnız onların öz kreslolarının qorunmasına hesablanmayıb, onlar belə addımları və sabotajları ilə ölkənin gələcək inkişafının qarşısını almaq istəyirlər. Təəssüflə qeyd etməliyik ki, biz anoloji addımları və şəxsləri daha çox icra strukturlarında görürük. Ruşvət almasına dair ifşaedici videokadrların nümayiş olunamsından sonra, bəzi icra başçılarının yənə də eyni əməlləri təkrar etdiyini görmüşük. Hətta bu cür cinayət əməllərinə görə həbsə salınan icra başçılarının sayında bir artım da müşahidə edirik. Ən maraqlısı budur ki, bu qəbildən olan bəzi icra başçıları özünü “toxunulmaz” hesab etdikləri üçün yarıtmaz fəaliyyətləri ilə yanaşı, siyasi sabotaj sayılan addımlara da imza atırlar.
Uzun müddətdir ki, Sumqayıtın abadlaşmasında iştirak edən sahibkarların pulunu mənimsəməkdə ittiham olunan Sumqayıtın icra başçısı Zakir Fərəcovun adı ötən həftə çox biabırçı bir qalmaqalda hallandı. İlin, günün bu vaxtında bu adam göstəriş verib ki, Sumqayıtdakı məhlələrdən birində Tovuz şəhidlərimizin plakatı önündə asılan Türkiyənin bayrağı endirilsin. Doğrusu bu addımın niyə atıldığı ilk anda təəccüblü gəldi. Ancaq sonradan məlum oldu ki, həmin əməli edənlər icra hakimiyyətinin işçiləridir, bir az da düşünməyə qərar verdik. Bilirsiniz ki, hazırda ölkəmiz olduqca həssas bir məqama qədəm qoyub. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bizim ətrafımızda olan nəhəng ölkələr öz mövqelərini artıq konkret ifadə edirlər. Məsələn, Prezident İlham Əliyevin dəfələrlə etiraf etdiyi kimi, belə gərgin məqamda Rusiya Ermənistana silah daşıyır. Bunun fonunda isə qardaş Türkiyə birmənalı olaraq Azərbaycanı dəstəkləyir və 11 minlik bir həbi kontingentlə ölkəmizdə təlimə gəldi. Bu, eyni zamanda Türkiyənin ölkəmizə verdiyi açıq bir mesajıydı ki, hətta savaş olsa belə, biz Azərbaycanla birlikdəyik. Şübhəsizdir ki, qardaş ölkənin bu jestini ən gözəl dəyərləndirəndən biri də məhz ölkə başçısı olub. Gəlin ölkə başçısının bir neçə gün əvvəl, Yunanıstanın ölkəmizə yeni təyin edilmiş səfirinin etimadnaməsini qəbul edərkən Türkiyəni diplomatik ifadələrlə deyil, açıq mətnlə necə müdafiə etdiyinə diqqət edək:
“Toxunmaq istədiyim sonuncu məsələ Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdir. Sizə deyə bilərəm və bu, sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənin göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.
Göründüyü kimi, ölkə başçısı Rusiya kimi bir qonşumuzun Ermənistanı silahlandırdığını da bir neçə dəfə açıq ifadə edib. Belə dar məqamda bizə birmənalı dəstəyi verən ölkə Türkiyədirsə və bu dövlət başçısının siyasətində, nitqlərində ifadə olunursa, Zakir Fərəcov niyə bu münasibətlərə özfəliyyətilə xələl salmaq istəyir?
Ən maraqlısı isə budur ki, Zakir Fərəcov etdiyi bu siyasi sabotaja görə, nə çıxıb aydınlıq verir, nə də üzrhaqlıq edir. Yenə adamın yadına Sumqayıtın abadlaşmasında işləyib pulunu ala bilməyən iş adamları düşür. Adamlar uzun müddətdir ki, haray çəkirlər ki, icra başçısı bizimlə halallaşmayıb. Bunlardan yenə səs çıxmır. Yalnız müavinlərin adı ilə dövlət qurumlarına göndərdikləri əsassız məlumatlarla kifayətlənirlər. Həmin məktublarda qeyd edilir ki, güya sahibkarların pulu tam ödənilib. Sahibkarlar yenə haray çəkib, soruşurlar: hara, hansı hesaba? Cavab yoxdur. Bir nəticə hasil olur. Dünən sahibkarın pulunu verməyən məmur cəzasız qalanda, bu gün siyasi sabotaj etməkdən də qorxmayacaq. İstər sahibkarı incitmək, istərsə də belə həssas məqamda qardaş ölkənin bayrağını endirməyəyə çalışmağın bir adı var: cənab Prezidentin yürütdüyü siyasətlə uzlaşmayan, ona mane olan fəaliyyət. Əldə etdiyimiz məlumata görə, Zakir Fərəcov bayraq qalmaqalına görə yuxarıların bərk dannağına tuş gəlib. Hətta vəziyyət o yerə çatıb ki, həmin gündən sonra o, vaxtının böyük hissəsini iş kabinetində deyil, səhətinin qənaətbəxş olmadığını bəhanə edib, evində keçirir. Zakir Fərəcov bayraq qalmaqalını da hansısa müavinin üzərinə yükləmək istəsə də, yeç kim bu ağır məsuliyyəti boynuna götürməyib. Ən maraqlısı budur ki, sözügedən məmurla bağlı tənqidi materialları bir çox saytlar işıqlandırmır. Bunun bir neçə səbəbni müəyyən etdik. Bəzi KİV-lərlə Fərəcovun olduqca ciddi dostluq münasibətləri yaradılıb. Bir çoxları isə Fərəcovdan qorxur. Statistikaya fikir versəniz görərsiniz ki, ölkədə jurnalist həbs etdirən ( haqlı-haqsız-red) məmurların sırasında Fərəcov ilklikdə qərar tutub. Bütün bunlara baxmayaraq, vicdanını itirməyən, sözünü deməyi bacaran qələm əhli yenə də var. Bizim Zakir Fərəcovla heç bir qərəzimiz yoxdur, ancaq ondan bir təvəqqəmiz var. Vəzifə müfəqətidir. Ordan ya təqaüdə, ya da “içəri” getmək mümkündür. Əsas odur ki, borclu olduqlarınla halallaşasan. Bir də səhət, yaş, yeni idarəetmə metodu ilə ayaqlaşa bilmirsənsə, gənclərə yol açıb, istefa verəsən!
Azinforum.az
- Prezidentin İşlər idarəsinə hansı əmlaklar və təşkilatlar tabedir
26 yanvar 2021 22:58
- Yeni nazir kimin oğlu və kimin kürəkənidir...
26 yanvar 2021 22:33
- Azərbaycan - İran : Yeni reallıqlar
26 yanvar 2021 21:25
- Ermənilər Natavanın məzarını dağıdıb, sümüklərini aparıblar - Fotolar+Video
26 yanvar 2021 19:09
- Yeni nazir kimdir?
26 yanvar 2021 13:40
- Türk şirkətləri Qarabağda TEKSTİL fabrikləri açacaq
26 yanvar 2021 13:14
- Səmərqənddən Parisə düşən “ulduz” – Azərbaycanl..
26 yanvar 2021 13:05
- Şahin Mustafayev erməni həmkarı ilə görüşəcək - Tarix açıqlandı
26 yanvar 2021 12:51
- Azərbaycan əsasən bu ölkələrə məhsul ixrac edib
26 yanvar 2021 10:21
- Azərbaycanda fəaliyyətsiz partiyaların adları açıqlandı
25 yanvar 2021 21:21
- Prezidentin İşlər idarəsinə hansı əmlaklar və təşkilatlar tabedir
26 yanvar 22:58
- Yeni nazir kimin oğlu və kimin kürəkənidir...
26 yanvar 22:33
- Tağı Əhmədovun ayaqları tutuldu, xəstəxanaya yerləşdirildi
26 yanvar 22:13
- Azərbaycan - İran : Yeni reallıqlar
26 yanvar 19:22
- Ermənilər Natavanın məzarını dağıdıb, sümüklərini aparıblar - Fotolar+Video
26 yanvar 19:08
- Ramin Quluzadə PA-da İşlər müdiri oldu
26 yanvar 18:46
- Prezident Oqtay Şahbazovu vəzifəsindən azad etdi
26 yanvar 18:38
- Bakıda daha bir şəxs özünü hündürmərtəbəli binadan atdı - Video
26 yanvar 15:22
- Yeni nazir kimdir?
26 yanvar 13:40
- Prezident YENİ NAZİR təyin etdi
26 yanvar 13:27
- Türk şirkətləri Qarabağda TEKSTİL fabrikləri açacaq
26 yanvar 13:14
- Səmərqənddən Parisə düşən “ulduz” – Azərbaycanl..
26 yanvar 13:05
- Şahin Mustafayev erməni həmkarı ilə görüşəcək - Tarix açıqlandı
26 yanvar 12:51
- Azərbaycan əsasən bu ölkələrə məhsul ixrac edib
26 yanvar 10:21
- Georgi Vanyan İlham Əliyevə və Nikol Paşinyana çağırış etdi
26 yanvar 10:02
- Dünən Xırdalanda partlayışda özü öldü, qızının axtarışı davam edir
26 yanvar 09:49
- Nazir Əli Həsənovun oğlunu işdən çıxardı
25 yanvar 21:52
- Xırdalandakı partlayışdan - Fotolar+Video
25 yanvar 21:38
- Lütfi Zadənin 100 illiyi qeyd ediləcək - Sərəncam
25 yanvar 21:31
- Azərbaycanda fəaliyyətsiz partiyaların adları açıqlandı
25 yanvar 21:21
- Siyavuşu KİM öldürdü - Əliyeva sirrləri açdı
25 yanvar 18:11
- Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçilib
25 yanvar 17:53
- Əbülüqoz Bəyin qızına məxsus şirkətin gəlirləri - HESABAT
25 yanvar 17:42
- “Simpsonlar” Harrisin seçiləcəyini də öncədən görübmüş...
25 yanvar 13:17
- Rəmişin son görüntüsü - Foto
25 yanvar 13:01
- Sabunçuda evdə partlayış...
25 yanvar 12:51
- Icra başçısının otağından 50 min pul oğurlandı - VİDEO
25 yanvar 12:34
- Bərbərxana və gözəllik salonlarının fəaliyyəti bərpa olundu
25 yanvar 09:59
- Zәrif Bakıya gəldi
25 yanvar 09:50
- Erməni tarixçi Azərbaycan xalqını təbrik etdi- VIDEO
24 yanvar 21:41