Əli Həsənov Antalyaya, oğlu Misirə getdi – Sensasion iddialar
Xəbər verdiyimiz kimi, ötən ayın 19-da Prezidentin keçmiş köməkçisi Əli Həsənovun səhhətində ciddi problemlər yaranıb və o təcili olaraq Türkiyəyə yola salınıb.
Səhhətində ciddi problemlər yarandığı üçün Türkiyəyə yola düşdüyü deyilən Əli Həsənov orada xəstəxanaya deyil otelə yerləşib.
Türkiyə hökumətinə yaxın mənbədən daxil olan məlumatda bildirilir ki, İstanbulda onlarla qohumu və dostu olduğu halda Əli Həsənov qalacağı yeri onlardan gizli saxlamaq üçün oteli “booking.com” vasitəsilə sifariş edib.
Bir neçə il əvvəl Əli Həsənovun qudası, millət vəkili Səttar Möhbalıyevin həyat yoldaşının vasitəçiliyi ilə İstanbulun ən bahalı yaşayış mərkəzlərindən hesab olunan “Bal Mumcu” ərazisində 75 milyon lirəyə villa aldığı bildirilir. Lakin maraqlıdır ki, İstanbulda bahalı villasının olmasına baxmayaraq Əli Həsənov öz villasında qalmaq istəməyərək İstanbulun “Moda” adlanan ərazisindəki “Double Tree” otelində qalmağa üstünlük verib.
Mənbənin verdiyi məlumatda qeyd olunur ki, adına onlarla bank kartı olmasına baxmayaraq Əli Həsənov oteldə kredit kartı olmadığını bildirərək bütün ödəmələrin nəğd şəkildə həyata keçiriləcəyini bildirib.
Bildirilir ki, səhhətində ciddi problemlər yarandığı deyilən və bu səbəbdən Türkiyəyə gedən Əli Həsənov Türkiyənin heç bir həkiminə güvənməyərək orada öncədən dostu olduğu azərbaycanlı həkimin müayinəsinə gedir.
İstanbula səfərinin müalicə xarakterli olduğu bildirən Əli Həsənov orada “Mərmərə Qrupu”nun üzvləri ilə hər gün görüş keçirir. Qeyd edək ki, “Mərmərə Qrupu”nun rəhbəri Akkan Suvər 1987-1995-ci illərdə Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) mətbuat katibi, sonralar isə partiya katibinin müavini olub.
4 sentyabr tarixində “Facebook” sosial şəbəkəsindəki hesabında səhhətinin ağır olduğundan yazan Əli Həsənov elə mesajı yazdığı radələrdə İstanbuldan Antalyaya səfər edib və maraqlıdır ki, İstanbuldan Antalyaya səfər edən zaman Əli Həsənov təyyarədən yox avtomobildən istifadə etməyə üstünlük verib.
Əli Həsənovun Türkiyə səfərilə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, səhhətində ciddi problemlərin olduğu deyilən Əli Həsənovun oğlu Şamxal Həsənov atası ilə eyni təyyarədə İstanbula getməyib. Yalnız atasının İstanbula getməsindən 2 gün sonra Şamxal Həsənov da İstanbula səfər edib. Əli Həsənov Antalyaya yola düşən zaman oğlu Şamxal Həsənov da “Misir Hava Yolları”na bilet alaraq Ərdoğan höküməti ilə ziddiyyətdə olan Qahirəyə gözlənilməz səfər edir.
Məsələ ilə bağlı Əli Həsənov oğlu Şamxal Həsənovdan münasibət öyrənmək istəsək də, onun telefon nömrəsinə zəng çatmadı. Vaxtı ilə Əli Həsənovun ailə üzvlərinə məxsus biznes şəbəkəsinə rəhbərlik edən, “Xəzər” TV-nin sabiq direktoru Mahmud Taharlı isə suallarımıza cavab verməkdən yayınaraq bildirdi ki, mən sadə vətəndaşam, məni bu məsələlər qarışdırmayın.
Yeniavaz.com
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 2024 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 2024 12:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 2024 10:08
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
15 aprel 2024 10:27
- SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi
10 aprel 2024 23:08
- Bakıda 800 minlik dələduzluq: Üç dövlət qurumu zərər gördü, dörd nəfər həbs olundu
9 aprel 2024 05:47
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10